Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-808/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1818/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İB ilə Cavab deh arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx xxxxxx 2014-cü il tarixli, 5450 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İstehlakçı Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi evində istifadə olunan qaz xəttinə qaz sayğacı quraşdırılmışdır. 2016-cı ilin xxxx 2019-cu xxxx ayınadək olan müddətdə müxtəlif tarixlərdə İddiaçı İB-nin əməkdaşları tərəfindən həmin qaz sayğacına texniki baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair bir neçə dəfə akt tərtib edilmiş, fotoşəkillər çəkilməklə akta əlavə edilmişdir. Həmin aktlar əsasında itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması həyata keçirilmiş və məhkəmədə hazırkı iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3611,10 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış və bununla bağlı idd iaçının əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməklə və qanunsuz qoşulmalar ləğv edilməklə aktlar tərtib edilərək, cərimələr hesablanmış olsa da, cavabdeh həmin cəriməni ödəməmişdir. Belə ki, Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 49,50 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 349,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 172,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 753 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 691,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, x x.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat olmaqla, ümumilikdə 3349,30 manat İddiaçı İB-yə ziyan vurmuşdur. Cavabdeh ilə bağlanılmış “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh təbii X2nı pozduğuna görə 3611,10 manat debitor borcu qalmışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia əri zəsinə yazılı etiraz təqdim etməmişdir.
5. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx xxxxxx 2020-ci il tarixli, 2(012)-353/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 298,80 manat məbləğində pul zərər olaraq və 10 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh yaşadığı (abonent kodu: **********07980) ünvan 1 ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X2”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qism ən əsaslı hesab edilməli, sonuncu aktlar xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat olmaqla, cəmi 298,80 manat məbləğində pul zərər olaraq cavabdehdən tutulub iddiaçının bank hesabına ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1818/20 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-353/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə, cavabde h tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma faktının sonuncu 3 akt üzrə əsaslı hesab edilib öncəki aktlar üzrə isə əsassız hesab edilərkən, öncəki aktların əsassızlığı hər hansı bir hüquq müəyyənedici maddi hüquq norması ilə əsaslandırılmamışdır. Məhkəmələr tərəfindən işə baxılarkən, cavabdehin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə SALDO-ya (GASREPORT proqramı üzrə), eləcə də mexaniki qaz sayğacı üzrə SALDO-ya (AGİS üzrə) ümumiyyətlə nəzər salınmamış, həmin sənədlər sübut qismində məhkəmədə tədqiq edilməmiş və qətnamədə göstərilməmişdir. Cavabdeh abonentin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə SALDO-na əsasən, cavabdeh son 8 il ərzində cəmi 14 manat məbləğində ödəniş etmiş, barəsində aktlar tərtib olunduğu x/2016cı il tarixdən x/2019-cu il tarixinə kimi isə ümumiyy ətlə iddiaçının hesabına ödəniş etməmişdir. İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar; müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmiş, ümumiyyətlə məhkəmə iclaslarına gəlməməklə iddia tələbinə dair susmuş, susqunluğu ilə də iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etdiyini ifadə etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Odur ki, iddiaçı tərəfindən gö stərilənləri nəzərə alacaq kassasiya instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdır. Beləliklə, iddiaçı tərəfindən toplanmış sübutlarla müəyyən edilir ki, iddia tələbi əsaslıdır, lakin onun təmin olunmamış hissəsində aşağı instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi məhkəmə qətnaməsi səhvdir, işin hallarına uyğun gəlmir. Kassasiya şikayətinin dəlilləri də formal mülahizə xarakteri daşımır, məhkəməyə təqdim olunmuş dəllillər tam əsaslıdır. Bu kimi fakt və halları düzgün tədqiq etməmiş Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş materiallarına apellyasiya instansiyasında yenidən baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Mə hkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 597.1. Alıcı əşyanı alğı-sat qı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu:
17. Maddə
2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər K abinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş X2:
18. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
21. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnamə iddianın rədd edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
27. İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, Abşeron rayonu Qobu qəsəbəsində (abonent kodu: **********07980) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, həmin akt istehlakçı Cavabdeh həmin aktı imzalamqdan imtina etmişdir.
28. İddiaçı İtirilmiş təbii qazın dəyərini n hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilən qərarlardan görünür abonent Cavabdeh yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evdə (abonent kodu: **********07980) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk dəfə xx.xx.2016-cı il tarixdə akt tərtib edilmiş, həmin akt tərtib edildikdən sonra qazpaylayıcı tərəfindən Cavabdeh Balağa qızının qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırılması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Halbuki “X2”nın tələbinə görə qazpaylayıcı hər bir akt üzrə tələb olunan qaydalara əməl etmək vəzifəsi daşıdığı halda bunu etməmişdir. Buna görə də sonuncu aktlardan əvvəlki aktlar əsasında hesablanmış cərimələrin əsassız olmasına istinadən həmin hissədə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.
30. Beləliklə, apelyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təbii qazdan kənar qoşulma ilə qanunsuz istifadə etməsinə baxmayaraq qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırma tədbirlərini görməmişdir.
31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual normaları düzgün tətbiq etməmişdir.
32. Belə ki, qaz qurğusunun sahibindən icazəsiz qaz alan şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (§17-18).
33. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 5450 saylı qazın alqı-satqısı müqaviləsinin 2.3.4-cü bəndinə görə, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.
34. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu müqavilənin və «X2»nın tələblərinə əməl etməlidir.
35. Tərəflər arasındakı münasi bətləri tənzimləyən bu norma və şərtlərdən görünür ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da «X2»nın və müqavilə şərtlərinin pozulmasına görə Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlahçının yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Başqa sözlə, yalnız dayandırma tədbirinin tətbiq edilməməsinə əsaslanmaqla iş üzrə nəticəyə gəlinməsi qanuni və əsaslı sayıla bilməz.
36. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır.
37. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktaların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisəni fiksə etməsi b axımından aid edilənliyi yoxlanılmalıdır.
38. Bununla yanaşı işdəki digər dəlillər (foto, izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricililərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilərək (MPM, maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir.
39. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən qətnamə bu qaydalara əməl edilmədən çıxarılmışdır. Ona görə də qətnamə iddianın rədd edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınma qla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1818/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilən hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.