Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8080/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Manafov Faiq Səmədağa oğlunun, Cavabdeh1 və vəkili Quliyeva Kamilə Şiraslan qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Manafov Faiq Səmədağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-100/2019 saylı, 09 aprel 2019cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-8833/19 saylı qətnaməsi ilə, (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(001)100/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 152994.64 ABŞ dolları kredit borcu, 54277.01 ABŞ dolları faiz borcu, 115210.43 ABŞ dolları cərimə, cəmi 322482.08 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla), 30 manat notariat xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin, notariat xərcinin və dövlə t rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Manafov Faiq Səmədağa oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsinə dair gəldiyi nəticə AR MM-nin 380-ci maddəsinə ziddir. Bundan başqa həmçinin qeyd etmişdirlər ki, ekspert rəylərindəki kredit borcunun bağlanması haqqında məlumat ekspertlərin apardıqları tədqiqat yekunu kimi gəldikləri nəticə deyil, MKR-dən çıxarışa istinaddır. Yəni ekspertizanın nəticəsində 18.02.2011-ci il tarixə kredit müqaviləsi üzrə qalıq borcun məbləği müəyyən edilmiş və bu tarixdən sonra ümumilikdə 15255,36 USD məbləğində ödənişin aparıldığı göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki işin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da AR MPM-nin 418.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21.08.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Manafov Faiq Səmədağa oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini, cavabdeh X1 və vəkili Quliyeva Kamilə Şiraslan qızı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin MKnın 21 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsas ən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya i nstansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1, 380.2 -ci maddələrinə, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarlarına istinadən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 2 il müddətinə verilmiş və kreditin qaytarılması üçün son müddət 18.02.2011-ci il müəyyən edilmişdir. İddiaçının Mülki Məcəllənin 373.2ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblər dən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 18.02.2009-cu il tarixli 0902-3604/0044 saylı kredit müqaviləsi üzrə iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə iddiaçının istinad etdiyi kimi iddia müddəti ötdükdən sonra Cavabdeh1 tərəfindən az məbləğlərdə ödənişlərin həyata keçirilməsi həqiqətə uyğun görsənmir. Həmçinin Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim olunan və ekspert rəyi ilə öz təsdiqini tapan məlumatlardan aydın olur ki, iddiaçı hazırda tələb etdiyi kredit müqaviləsi üzrə heç bir borcun olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumat vermişdir. İddiaç ının məlumatın səhvən verilməsi barədə dedikləri isə ümumiyyətlə həqiqətə uyğun görsənmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin tam araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18.02.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 26 % dərəcəsi ilə 200 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılması üçün son müddət 18.02.2011-ci il müəyyən edilmişdir. 18.02.2009-cu il tarixdə həmçinin bankla Cav abdeh1 arasında “Sonrakı ipoteka müqaviləsi” bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi yüklü edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəylərində Cavabdeh1 kredit müqaviləsinin bitmə tarixinə, yəni 18.02.2011-ci il tarixə 168.250,00 ABŞ dolları əsas, 95.111,86 ABŞ dolları faiz borcunun olduğu qeyd olunmuşdur. 28.01.2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsində həmçinin qeyd olunur ki, iş materiallarında olan 02.10.2015-ci il tarixli, 16.02.2015-ci il və 12.04.2017-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən çıxarışda Borcalanın bağlanmış öhdəlikləri hissəsində 18 fevral 2009-cu il tarixli, 0902-3604/0044 №-li kredit müqaviləsi üzrə 153.060,00 ABŞ doll arı məbləğində kreditin verildiyi, həmin müqavilə üzrə borcun bağlandığı və 05.02.2014-cü il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən çıxarışda Borcalanın bağlanmış öhdəlikləri hissəsində 18 fevral 2009-cu il tarixli, 0902-3604/0044 №-li kredit müqaviləsi üzrə 200.000,00 ABŞ dolları məbləğində kredit verildiyi, həmin müqavilə üzrə borcun bağlandığı öz əksini tapmışdır. İddiaçı tərəf bu halı apellyasiya şikayətində də qeyd etdiyi kimi Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv məlumat verilməsi ilə əsaslandırmışdır. İş materiallarında olan “Kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında” arayışdan görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə ardıcıllıqla olan ödənişlərdən sonuncu ödəniş 30.04.2012-ci il tarix də 700 ABŞ dolları olmuş, sonradan 15.03.2016-cı il tarixə qədər heç bir ödəniş olmamış, yalnız 15.03.2016cı il tarixdə 1 ABŞ dolları, 31.08.2016-cı il tarixdə 41.24 ABŞ dolları, 15.02.2017-ci il tarixdə isə 23.12 ABŞ dolları ödəniş olmuşdur. Həmçinin Cavabdeh1 tərəfindən 15.02.2017-ci il tarixdə banka ərizə ilə müraciət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Cavabdeh1 tərəfindən ardıcıl olaraq ödənilən məbləğlərdən sonuncusu 30.04.2012-ci ildə həyata keçirilmiş, həmin ödənişdən sonra 15.03.2016-cı il tarixə qədər 4 il 15 gün heç bir ödəniş olmamışdır. Yəni iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçının istinad etdiyi ödənişlər və ərizənin yazılması iddia müddəti ötürüldükdən sonra olmuşdur. İşin materiallarından görünür ki, Cavabdeh1 30.04.20 12-ci il tarixdən sonra olan ödənişlərin onun tərəfindən həyata keçirilmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Kollegiya qeyd edir ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən ba şlanır, təzələnir. Normanın məzmunundan da görünür ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia müddəti ötdükdən sonra Cavabdeh1 tərəfindən az məbləğlərdə ödənişlərin həyata keçirilməsinin həqiqətə uyğun görsənməməsinə dair qənaəti işin araşdırılmış hallarına uyğun gəlmir. Belə ki, faktiki olaraq ödənişlərin mövcudluğu baxımından apellyasiya instansiyası məhkəməsinin daxili inam əsasında formalaşdırdığı bu qənaətin hüquq i əsas yoxdur. Bundan əlavə, kollegiyanın qənaətinə görə də cavabdehin 30.04.2012-ci il tarixdən sonra olan ödənişlərin onun tərəfindən həyata keçirilmədiyini bildirməsinə dair izahatı da məhz 16.03.2016-cı ildə 1 ABŞ dollar, 31.08.2016-cı ildə 41,24 ABŞ dolları və 15.02.2017-ci ildə 23.12 ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsinə dair subutların mövcudluğu baxımından araşdırılmamış və bu hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, apellyasiya şikayətində göstərildiyi kimi 31.08.2016-cı ildə 41,24 USD cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı X5 tərəfindən, 15.02.2017-ci ildə 23.12 USD isə Cavabdeh1 özü tərəfindən bankın kassasına nağd qaydada ödənilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallardan diqqətəlayiq olan hala, yəni, Cavabdeh1 tərəfindən 15.02.2017-ci il tarixdə banka ərizə ilə müraciət edilməsinə, həmin ərizənin məzmununda göstərilənlərə diqqət yetirmədən cavabdehin iddiaya olan etirazının və iddia müddətinin tətbiqi barədə ərizəsinə sözügedən ərizənin məzmunu baxımından hüquqi qiymət verməmişdir. Qeyd edilən ərizəsində bankın İdarə Heyətinin sədrinə müraciət edərək, 200 000 USD kredit götürdüyünü, kredit müqaviləsi üzrə banka 152997 USD borcunun qaldığını və oğlunun səhhətinə görə uzun müddət ödəniş edə bilmədiyini göstərərək ona köməklik etməyi bankdan xahiş etmişdir. Cavabdehin bu ərizəsi iş materiallarında olsa da məhkəmə iddia müddətinin tətbiqi haqqında məsələni həll edərkən ona qiymət ver məmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəylərinə də işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmiş və iddiaçının məlumatın səhvən verilməsi barədə dediklərinin isə ümumiyyətlə həqiqətə uyğun görsənməməsi qənaətinə gələrkən nəzərə almamışdır ki, ekspert rəylərindəki kredit borcunun bağlanması haqqında məlumat ekspertlərin apardıqları tədqiqatın yekunu kimi gəldikləri nəticə deyil, Mərkəzləşdirilmiş Kredit reyestrindən çıxarışa istinaddır. Yəni ekspertizanın nəticəsində 18.02.2011-ci il tarixə kredit müqaviləsi üzrə qalıq borcun məbləği müəyyən edilmiş və bu tarixdən sonra ümumilikdə 15255,36 USD məbləğində ödənişin aparıldığı göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən həmin çıxarış borcun cavabdeh tərəfindən ödənildiyini təsdiq edən sənəd kimi qəbul edilə bilməzdi. Belə ki, bank tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv məlumat verilməsi nəticəsində həmin reyestrdə borcun bağlandığı haqqında məlumat qeyd edilmişdir. Əgər borc həqiqətən ödənilmiş olsaydı, bank ipoteka predmeti olan evin ipotekadan azad olunması barədə də daşınmaz əmlakın dövlət reyestrinə məlumat verərdi və yaxud ən azından həmin evin mülkiyyətçisi – ipotekaqoyan kimi cavabdeh bunu bankdan tələb edərdi. Göstərilən dəlillər kassasiya şikayətinin də dəlillərini təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqın da» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şika yətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməməklə onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, apellyasiya şikayətinin dəlillərinə məhz cavabdeh tərəfin iddiaya etirazının əs ası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da iddiaçının tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş, sübutları birtərəfli qiymətləndirmişdir. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət m ühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 1 30-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına q aytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21.08.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8080/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8080/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver