Məhkəmə qərarları › İş №2(102)-8083/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8083/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8083/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsindən "xxxx" İKB ASC-nin və Cavabdeh kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(002)-5636/201 7 hakim R.K.Mürsəlov) iddiaçı “xxxx” İKB ASC-nin Cavabdeh Nazım oğluna qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən əsas borc üzrə 4.504 ABŞ dolları, faiz borcu üzrə 1.517 ABŞ dolları, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 6.072 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1753/2019 hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev, A.N.İmanov) "xxxx" İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə cavabdehdən əsas, faiz və cərimə borcunun tutul ması hissəsində dəyişdirilmiş, cavabdehdən əsas borc üzrə 4.100 ABŞ dolları, faiz borcu üzrə 4.048 ABŞ dolları, 410 ABŞ dolları cərimə məbləğinin ödəniş gününə manata olan məzənnəsi ilə iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini, cavabdeh isə qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 16 dekabr 2013-cü il tarixli kredit müqaviləsi əsasında “xxxx” İKB ASC tərəfindən Cavabdeh Nazım oğluna 36 ay müddətinə illik 17% ödəmək şərti ilə 30.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tərəflər arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsi əsasında borcluya məxsus avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 19 sentyabr 2017-ci il tarixdə “xxxx” İKB ASC kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yeti rilənədək qüvvədə qalır. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində apellyasiya qaydasında mübahisələndirilmədiyi halda məhkəmə əsas borcun məbləğini dəyişmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, kredit müqaviləsi üzrə faiz borcundan 7.128 ABŞ dolları ödəsə də, apellyasiya məhkəməsi ondan 4.048 ABŞ dolları məbləğindən faiz borcunun tutulması barədə nəticəyə gəlmişdir. Halbuki kredit müqaviləsi üzrə əsas borc məbləğinə cəmi 8.646 ABŞ dolları məbləğində faiz hesablanması nəzərdə tutulmuşdur. Həmçinin apellyasiya məhkəməsi tənasübsüz surətdə yüksək dəbbə pulunun tutulmasını qət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasıya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin nümayən dəsi isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən iddaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi əsas, faiz borcu və cərimənin tutulması hissəsində ləğv edilməklə iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, fai z və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı tərəfindən borcun tutulması hissəsində mübahisələndirilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 16 dekabr 2013-cü il tarixli kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 17% ödəmək şərti ilə 30.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bank 19 sentyabr 2017-ci il tarixdə cavabdehdən 4.504 ABŞ dolları əsas, 4.828 ABŞ dolları faiz və 6.598 ABŞ dolları cərimə olmaqla cəmi 15.931 ABŞ dolları məbləğində borcun tutulması barədə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi kredit müq aviləsi üzrə cəmi 8.646 ABŞ dollar məbləğində faiz borcunun nəzərdə tutulduğunu, həmin məbləğdən 7.128 ABŞ dolları hissəsinin ödənildyini nəzərə alaraq, ödənilməmiş 4505 ABŞ dolları əsas, 1.517 ABŞ dolları məbləğində faiz borcunun, eyni zamanda 50 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. İddiaçı həmin qətnamənin borcun tutulması hissəsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi öz təşəbbüsü ilə iddiaçının tələb etdiyi borc məbləğinin düzgün müəyyən edilməsi məqsədilə 09 mart 2018-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, 31 yanvar 2019-cu il tarixli ekspert rəyində cavabdehin iddiaçı banka 02 noyabr 2017-ci il tarixə 4.100 ABŞ dolları əsas, 4.048 ABŞ dolları faiz borcunun olduğu göstərilmiş dir. Apellyasiya məhkəməsi həmin rəyə əsaslanaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas borcun əvəzi olaraq 4.100 ABŞ dolları, faiz borcunun əvəzi olaraq isə 4.048 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, 50 ABŞ dolları məbləğində dəbbə pulu cavabdehdən tutulacaq əsas və faiz borcunun məbləğinə münasibətdə olduqca aşağıdır və burada bankın mənafeləri diqqətdən kənarda qalmışdır. Apellyasiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 410 ABŞ dolları məbləğində cərimənin tutulmasını qət etmişdir. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələ b olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqın da” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Apellyasiya məhkəməsinin mötəbər sübut kimi qiymətləndirdiyi 31 yanvar 2019-cu il tarixli ekspert rəyində tərtib edilmiş cədvəlin 5-ci sütununda faiz dərəcəsi illik 17 faiz göstərilsə də, iddiaçı bankın 7.128 ABŞ dolları faiz məbləğini qəbul edərək faiz borcu məbləğindən silinməsi nəzərə alınmaqla, ödənilməmiş faiz borcu kimi 4.048 ABŞ dolları məbləğində borcun hesablanması həmin faiz dərəcəsinə uyğun deyildir Apellyasiya məhkəməsi istinad etdiyi ekspert rəyində göstərilən qalıq faiz borc məbləğinin müqavilə üzrə razılaşdı rılmış faiz dərəcəsi üzrə hesablanmış faiz borc məbləği ödənilmiş faiz borcunun məbləğin fərqini (müqavilə şərtlərinə uyğun olaraq, yəni illik 17 % hesablanmaqla) əks etdirməməsinə ümumiyyətlə hüquqi qiymət verməməklə, həmin rəy üzrə gəlinən nəticəni düzgün hesab etmişdir. Halbuki, müqavilənin 1.11-ci bəndində də göstərilmişdir ki, bu müqavilə üzrə kreditin illik faiz dərəcəsi 17 % təşkil edir. Bununla bərabər həmin müqavilənin 1.14-cü bəndində isə göstərilmişdir ki, gecikdirilmiş borc yaranan hallarda hər gecikdirilən gün üçün illik 54% hesablanır. Göründüyü kimi, müqavilənin həmin bəndi gecikdirilmiş borc yaranan halda tətbiq edilən sanksiyalar kimi, yəni cərimə kimi nəzərdə tutulmuşdur. Kredit müqaviləsi 30.500 ABŞ dolları məbləğində əsas borc məbləğinə cəmi 8.646 ABŞ dolları məbləğində faiz borcunun tutulması razılaşdırılsa da, iddiaçı bank hazırda 11.956 ABŞ dolları faiz borcu hesablamışdır, həmin məbləğdən 7.128 ABŞ dolları ödənilmişdir və 4.828 ABŞ dolları faiz borcu isə məhkəmə qaydasında tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 420-ci maddəsi ilə müqavilənin standart şərtlərinin etibarsızlığı əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan normaların məzmunundan göründüyü kimi, qanunvericiliklə faizdən faiz tutulması qadağan edi ldiyindən, tərəflər arasındakı razılaşmanın əlavə faizlərin hesablanması barədə şərti özü-özlüyündə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını hərtərəfli, tam və obyektiv araşdırmamaqla, iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Bununıa bərabər, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası qeyd edilən normaların tələblərini, eyni zamanda cavabdeh tərəfindən 30.500 ABŞ kredit müqaviləsi üzrə 33.124 ABŞ dolları ödəniş icra edildiyini nəzərə alaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehdən tutulması qət edilən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh apellyasiya qaydasında mübahisələndirməmiş və həmin qətnamə ilə 4504 ABŞ dolları məbləğində əsas borcun tutulması qət edilmişdir. Apellyasiya insatansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin apellyasiya intansiya məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən 372-ci maddəsinin tələblərini pozaraq əsas borcun 4100 ABŞ dolları məbləğində tutulmasını qət etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti təmin edilmə li, apellyasiya məhkəməsinin qətnaməsi əsas, faiz borcu və cərimənin tutulması hissəsində ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu tarixli qətnaməsi əsas, faiz borcu və cərimənin tutulması hissəsində ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar