Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8084/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlə onun birgə nikahından doğulmuş uşaqların - 11.08.2006-cı il təvəllüdlü X3, 27.02.2009-cu il təvəllüdlü X5 v ə 20.06.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılması və hər ay, hər uşağa görə 200 manat, cəmi isə 600 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.01.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Suraxanı Rayon Məhkəməsinin 13.02.2017-ci il tarixli qiyabi qətnaməsi (İş № 2(010)1024/2017) ilə hər uşaq üçün müəyyən edilmiş 117 manat sabit pul məbləğində alimentin artırılmasını, qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat, ümumilikdə 462 manat s abit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya verilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli 2(103)-7902/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi M.Məmmədov, hakimlər Ş.Məhərrəmova və E.Şamayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.01.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili X1 tərəfindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Cavabdeh qarşı “alimentin artılırılması” tələbinə dair mülki iş üzrə iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında Cavabdeh mülki iş üzrə İddiaçı iddiadan imtina etməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddihüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icr aata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cav abdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası İddiaçı iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli 2(103)7902/2019 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiasından imtinası qəbul edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli 2(103)-7902/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8084/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8084/2019
25.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver