Məhkəmə qərarları › İş №2(102)-809/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-809/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-809/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ziyan tələbi, işçinin maddi məsuliyyəti, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “əmlaka (ticarət mal və ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-610/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh xx.xx.2017-ci il tarixli, 415-K nömrəli əmrlə İddiaçı-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır.

2. İddiaçı-nin xx.xx.2018-ci il tarixli, 192-K nömrəli əmri ilə Cavabdeh MMC-nin satış əməliyyatları şöbəsinə Baş satıcı vəzifəsinə keçirilmişdir.

3. İddiaçı-nin direktoru ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən Cavabdeh İddiaçı-nin S atış departamentinə Administrator vəzifəsinə keçirilmiş, əmək haqqı 175 manat müəyyən edilmişdir.

4. Eyni tarixdə tərəflər arasında “X6 haqqında” müqavilə imzalanmışdır. Sənədə əsasən, Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür (bənd 1). Maddi məsul şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir (bənd 4).

5. İddiaçı-nin xx.xx.2019-cu il tarixli, 206-K nömrəli əmri ilə Cavabdeh ilə bağlanmış İddiaçı-nin Satış Departamentinin Satış 1 Şöbəsinin Administratoru vəzifəsi üzrə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəllə sinin 68-ci maddəsinin ikinci hissəsinin "xxxx" bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı və ya MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 6.566 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-nin bank hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-NZS 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh tərəfindən MMC-yə zərər vurulması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 6.819 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh 253 manat ödəniş etmiş, qalıq borc 6.566 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirməmişdir. Beləliklə, cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də əmək müqaviləsi və X6 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur.

8. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş yekun Aktda qeyd olunmuşdur ki, OBA NZS-2 mağazasının müdiri işləmiş maddi-məsul ş əxs - Cavabdeh xx.xx.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal - material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10.291,44 manat məbləğində kəsirinin olduğu müəyyən edilmişdir.

9. MMC-nin daimi fəaliyyətdə olan inventarizasiya komissiyasına cavabdeh tərəfindən imzalanaraq təqdim edilmiş xx.xx.2019-cu il tarixli iltizamnamədə - 1.540 say çeşid malda 10.291,44 manat məbləğdə kənarlaşma olduğu qeyd edilmiş, cavabdeh yoxlama və araşdırma prosesindən razı olduğunu, kənarlaşma yaradan mallarla tanış olduğunu və heç bir sualının olmadığını qeyd etmişdir.

10. MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh 6.819 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 253 manat pulu MMC-nin xəzinəsinə mədaxil etmiş, onun MMC-yə 6.566 manat borcu qalmışdır. 11. 22 aprel 2020-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, cavabdehə 3 gün ərzində 6.566 manat məbləğində maddi ziyanın MMC-yə ödənilməsi, əks halda onun barəsində müvafiq hüquqi tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5189 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2019-cu il tarixli yekun aktda göstərilən müxtəlif adda, müxtəlif markalı əksik gəldiyi qeyd edil ən ərzaq mallarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 10.291,44 manat müəyyən edilir.

13. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)133/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia tələbi təmin edilmiş, cavabdehdən maddi ziyanın əvəzi kimi 6.566 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı MMC-nin bank hesabına ödənilməsi və iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təkzibedilməz sübutlarla və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin MMC-nin administratoru vəzifəsində işlədiyi müddət ərzində 10. 291,44 manat məbləğində mal çatışmazlığı müəyyən edilmiş, iddiaçı 6.566 manat məbləğində maddi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir.

15. Məhkəmə ekspert rəyində qeyd olunmuş məbləği deyil, iddia ərizəsində göstərilən məbləği əsas kimi qəbul etmiş və hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin MMC-yə 6.566 manat məbləğində mal çatışmazlığına görə borcunun olduğu müəyyən edildiyindən, iddia əsaslı hesab olunmalıdır.

16. Belə ki, məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsirli olması öz təsdiqini tapmışdır.

17. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Re spublikası Əmək Məcəlləsinin 191, 194, 199, 202, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissədə ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə iş materiallarında olan ziddiyyətli sübutlara ümumiyyətlə qiymət verməmişdir. İddiaçı mal çatışmazlığına görə 6.566 manat məbləğində borc olmasına dair maliyyə arayışı təqdim etmişdir. Lakin ekspertiza keçirilməsilə bağlı təqdim edilmiş sənədlərdə mal çatışmamazlığının 10.291,44 manat olması göstərilmişdir. Məhkəmə araşdırma apararkən ümumiyyətlə bu ziddiyyətin səbəbini müəyyən etməmişdir. Bundan başqa, məhkəmə onun administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasını ümumiyyətlə dəqiqləşdirməmişdir. Halbuki, mağaza ona təhvil verilməmiş və o, administra tor vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmamazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmişdir. Bununla bağlı təqdim edilmiş sübutlara isə məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Hətta həmin sübutları araşdırma zamanı nəzərə almamışdır. Həmçinin, ekspertiza təqdim edilmiş sənədlər əsasında keçirilmişdir. Lakin ekspertə təqdim edilmiş sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqəti əks etdirib-etdirməməsini dəqiqləşdirmək məhkəmənin səlahiyyətinə aid olsa da, bununla bağlı heç bir tədbir görməmişdir. Həmçinin, qətnamədə göstərilmişdir ki, guya vurulmuş zərərdən 253 manat ödəniş etmişdir. Lakin o, heç bir ödəniş etməmişdir. Bunu onun adından kimsə etmişdir. Hətta işdən çıxan zam an son haqq-hesab edilərək ona əmək haqqı da köçürmüşlər. Əgər onun mağazaya borcu olsaydı, bu pul vəsaiti köçürülməzdi və həmin pul vəsaitinə də tutma yönəldilərdi. Lakin məhkəmə bu sübutları da araşdırmamış və hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və qətnamədə öz əksini tapmış rəqəmlər arasında ciddi fərq mövcuddur. Bu hal tələbin əsassız olmasını, sübutların isə ziddiyyətli olmasını göstərir. Qətnamədən görünür ki, iddiaçının kifayət qədər ziddiyyətli sübutlar təqdim etməsinə baxmayaraq məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları əlaqəli şəkildə şərh etməmiş, həmin sübutlardan hansını qəbul edibetməməsini və qəbul etməsinin səbəblərini göstərməmiş, həmçinin izah etməmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-2398/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Telman Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı MMC-də işlədiyi dövr ərzində işçi kimi cavabdeh iddiaçıya 6.566 manat məbləğində maddi ziyan vurmuşdur. Bu fakt iş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktı, cavabdehə 3 gün ərzində 6.566 manat məbləğində maddi ziyanın MMC-yə ödənilməsi barədə xəbərdarlıq edilməsi, xx.xx.2020-ci il tarixli maliyyə arayışı, iş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə-ə mtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5189 saylı ekspert rəyi, ən başlıcası maddi məsul şəxs olduğu filial üzrə 10.291,44 manat əksikliyə dair inventarizasiyanın nəticələri ilə razılaşaraq akta imza etməsi və nəhayət vurulmuş ziyanın 253 manatının onun tərəfindən ödənilməsi ilə təsdiq olunmuşdur.

22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçıya ziyan vurmaması, borcunun olmamasına dair dəlillərinə tənqidi yanaşır və hesab etmişdir ki, həmin dəlillər hər hansı bir mötəbər subtla təsdiq olunmayan, həmçinin iddiaçı tərəfindən təqdim olunmuş yuxarıda qeyd olunan subutlarla təkzib olunan dəlillər olmaqla, həmin dəlillər apellyasiya şikayətinin təmin olunaraq iddianın rədd olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Onun məsuliyyətində olan ticarət o byektində mal çatışmazlığı barədə rəhbər şəxslərə müraciət etməsinə dair birtərəfli yazışmaları məhkəmə kollegiyası etibarlı sübut kimi qəbul etmir. Ən azı o səbəbdən ki, bu müraciətlər dövri olaraq təkrarlanmış və maddi məsul şəxs olan cavabdehin müraciətinin ilk vaxtlardan cavabsız qaldığı təqdirdə onun hansı səbəbdən belə bir şəraitdə əmək müqaviləsini davam etdirməsi analaşılan deyildir. Məhkəmə baxışı zamanı o, bu barədə sualı cavablandıra bilməmişdir. Cavabdeh apelyasiya şikayətində inventarizasiyanın nəticəsi olaraq mal çatışmazlığının 10.291,44 manat olduğu halda maliyyə arayışında 6.566 manat göstərilməsini ziddiyətli məqam kimi qeyd etsə də, özü də bu məsələyə aydınlıq gətirə bilməmişdir. Bu məqama qiymət verən məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda tələb edilən məbl əğ inventarizasiyanın nəticəsi olaraq müəyyən edilmiş və maddi məsul şəxs kimi cavabdeh tərəfindən qəbul edilmiş məbləğdən azdır.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək və maddi məsuliyyət haqqında müqavilələrə əsasən, cavabdeh iddiaçı MMC-yə əmək prosesində vurduğu maddi zərərin əvəzinin ödənilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmədikdə və işəgötürənə maddi zərər vurduqda, işəgötürənin bu maddi zərərin əvəzini tələb etmək hüququ yaranır və onun qarşısında işçi maddi məsuliyyət daşıyır. Apelyasiya şikayətində cavabdeh iddiaçıya heç bir zərər vurmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Şikayətin dəlilləri iş materialları ilə tamamilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirmiş və hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 191.1, 194.1, 194.2, 199, 202-ci, Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 430.1, 442, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllnin 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat:

26. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun təqsirini təsdiq edən heç bir sübut olmamasına baxmayaraq onu təqsirli şəxs kimi tanımış, Mülki Məcəllənin 1096-cı maddəsinin tələbini pozmuşdur. Halbuki onun təqsirsiz olduğunu təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Məhkəmə həmin sübutlara istinad etməmişdir. Bundan başqa, məhkəmə MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iddiaçı mal çatışmazlığına görə 6.566 manat məbləğində borcunun olmasına dair arayış təqdim etmişdir. La kin ekspertiza keçirilməsi üçün təqdim olunmuş sənədlərdə 10.291,44 manat borcun olduğu göstərilmişdir. Sübutların ziddiyyətli olmasına baxmayaraq məhkəmə araşdırma aparmamış və hesab etmişdir ki, həmin ziddiyyəti o, izah edə bilməmişdir. Həmçinin, məhkəmə cavabdehin administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq predmetlərinin) hansı vəziyyətdə olmasının ümumiyyətlə dəqiqləşdirilməməsini yenə də cavabdehin təqsiri kimi görmüşdür. Halbuki mağaza cavabdehə ümumiyyətlə təhvil verilməmiş, bunun əksinə cavabdeh administrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmişdir. Bununla bağlı təqdim edilmiş sübutlara isə məhkəm ə ümumiyyətlə qiymət verməmiş, həmin sübutları nəzərə almamışdır. Həmçinin, ekspertiza təqdim edilmiş sənədlər əsasında keçirilmişdir. Lakin ekspertə təqdim edilmiş sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqəti əks etdiribetdirməməsini dəqiqləşdirmək məhkəmənin səlahiyyətinə aid olsa da, məhkəmə bununla bağlı heç bir tədbir görməmişdir. Qətnamədə göstərilmişdir ki, guya cavabdeh vurulmuş zərərdən 253 manat ödəniş etmişdir. Məhkəmə bunu borcun etirafi kimi qəbul etmişdir. Lakin cavabdeh heç bir ödəniş etməmişdir. Hətta cavabdeh işdən çıxan zaman son haqq-hesab edilərək ona əmək haqqı da köçürülmüşdür. Əgər cavabdehin mağazaya borcu olsaydı bu pul vəsaiti köçürülməzdi və həmin pul vəsaitinə da tutma yönəldilərdi. Lakin məhkəmə bu sübutları da araşdırmamış və hüquqi qiymət verməmi şdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1344/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi) Əhməd Nurməmmədov və Zaur Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunubolunmadığı barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, iddiaçının təqdim etdiyi inventarizasiya aktı və həmin akt üzrə verilmiş ekspert rəyi əsasında belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurm uşdur. Halbuki Əmək Məcəlləsinin 191-ci maddəsi işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının istinad etdiyi inventarizasiya aktı əsasında məhkəmə xx.xx.2019-cu il tarixdə mağazada faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsinin aparıldığını və 10.291,44 manat kənarlaşma olduğunu müəyyən etmişdir. Halbuki qeyd olunan kənarlaşma faktının mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təsdiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndiri lə bilməz.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin Məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur. Eyni zamanda, birinci instansiya məhkəməsində zərərin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının cavabdehdən tələb etdiyi ziyanın məbləğinin (maddi qiymətlilərə) iş materiallarında olan sənədlərlə hesablanarkən nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. Lakin ekspert yalnız iş materiallarında inventarizasiya aktında əskik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiymətinin ümumi dəyərini nəzəri qaydada müəyyən etməklə kifayətlənmişdir.

32. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, mülki işin 51-125-ci səhifələrində birinci instansiya məhkəməsində tərəfindən ümumiyyətlə qiymət verilməmiş xeyli sayda yazılı sənədlər mövcuddur. Həm iddiaçının tələbini, həm də cavabdehin etirazlarını əsaslandırmaq üçün təqdim edilmiş həmin sənədlərin məhkəməyə kim tərəfindən və hansı qaydada təqdim edildiyini müəyyən etmək mümkün olmasa da, işə əlavə edilmiş həmin sənədlərə qiymət vermək məhkəmənin vəzifəsi olmuşdur.

33. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin işəgötürənə zərər vurduğu müəyyən olunduğu halda onun öz ərizəsi ilə işdən azad edilməsinin ağlabatan olmadığı barədə dəlilinə qiymət vermədiyi halda hesab etmişdir ki, cavabdehin mal çatışmazlığı barədə rəhbər şəxslərə müraciətləri dövri olaraq təkrarlanmış və maddi məsul şəxs olan cavabdehin müraciətinin ilk vaxtlardan cavabsız qaldığı təqdirdə onun hansı səbəbdən belə bir şəraitdə əmək müqaviləsini davam etdirməsi anlaşılan deyildir. Məhkəmə, həmçinin inventarizasiyanın nəticəsi olaraq mal çatışmazlığının 10.291,44 manat olduğu halda maliyyə arayışında 6.566 manat göstərilməsi barədə ziddiyyətə cavabdehin aydınlıq gətirməli olduğu barədə qənaətə gəlmişdir.

34. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır. Apellyasiya instansiya məhkəməsin də ikinci icraat:

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1304/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi) Gülnarə Tağızadə və Lətifə Məmmədov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi qət edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin n əticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır.Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur.

37. Lakin işə baxmış birinci instansiya məhkəməsi işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmadığı barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, iddiaçının təqdim etdiyi inventarizasiya aktı və həmin akt üzrə verilmiş ekspert rəyi əsasında belə qənaət ə gəlmişdir ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Halbuki Əmək Məcəlləsinin 191-ci maddəsi işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur.

38. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi inventarizasiya aktı əsasında məhkəmə xx.xx.2019-cu il tarixdə mağazada faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsinin aparıldığını və 10.291,44 manat kənarlaşma olduğunu müəyyən etmişdir. Halbuki qeyd olunan kənarlaşma faktının mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təsdiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin disp ozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndirilə bilməz. Əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin Məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur.

39. Eyni zamanda, birinci instansiya məhkəməsində zərərin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının cavabdehdən tələb etdiyi ziyanın məbləğinin (maddi qiymətlilərə) iş materiallarında olan sənədlərlə hesablanarkən nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. Lakin ekspert yalnız iş materiallarında inventarizasiya aktında əskik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiymətinin ümumi dəyərini nəzəri qaydada müəyyən etməklə kifayətlənmişdir.

40. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mü bahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).

41. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə almadan yuxarıda qeyd olunan ekspert rəyini cavabdehin iddiaçıya tələb olunan məbləğdə ziyan vurduğunu təsdiq edən mötəbər sübut kimi qəbul etmişdir.

42. Mülki işin 51-125-ci səhifələrində olan və iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin iclasında təqdim olunmuş sənədləri digər sübutlarla müqayisəli surətdə tədqiq edərək məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasına dair işdə heç bir rəsmi məlumat mövcud deyildir və təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut təqdim olunmamışdır.

43. Bundan əlavə cavabdeh administrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmazlığının olması ilə əlaqədar Cəmiyyətin rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmiş, lakin müdiriyyət tərəfindən həmin müraciətlərə h eç bir reaksiya verilməmiş və müvafiq araşdırmalar aparılıb qanuni tədbirlər görülməmişdir.

44. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab etmişdir ki, xx.xx.2019-cu ildə təsdiq edilmiş, xx.xx.2019-cu il tarixində OBA NZS-2 filialında aparılmış təhvil-təslim məsələlərinə dair yekun Akt” X1 tələblərinə uyğun tərtib edilməmişdir və həmin aktın düzgünlüyü məhkəmə tərəfindən qəbul edilmir. İddiaçı tərəfindən iddianın təmin olunmasına dair başqa bir sübut təqdim edilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.

45. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. İddia tələbi əsassız olub, həqiqəti əks etdirmədiyinə və mötəbər sübutla rla öz təsdiqini tapmayıb təkzib olunduğundan təmin edilə bilməz.

46. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 191.1, 191.2, 194.1, 194.2, 199, 200, 203, 206-cı, Mülki Prosessual Məcəllnin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində ikinci icraat:

47. Qətnamədən iddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6.566 manat və dövlət rüsumu kimi ödənilmiş 45 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməd ə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunmuş və işçi aktla tanış edilmişdir. Məhz 17 iyun 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”ın sonunda qeyd edilmişdir ki, “Bu yekun aktda qeyd olunan bütün material qiymətliləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldum:” qeyd edilməklə, cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin sözügedən aktın ilk səhifəsində maddi məsul şəxs cavabdeh şəxsən imza etməklə bildirmişdir ki, “İnventarizasiya nəticələri mənim iştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam.” Bununla yanaşı iş materiallarında olan “İltizamnamə”dən də görünür ki, cavabdeh iltizamnaməyə şəxsən imza etməklə şirkətə vurduğu ziyanı etiraf etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi göstərilən aktı və iltizamnaməni iddia tələbi üzrə mötəbər olmayan sübut qismində qiymətləndirərkən, aktın və iltizamnamənin cavabdeh tərəfindən imzalanmasını və şirkətə vurmuş olduğu ziyanı etiraf etməsini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi inventarizasiya nəticələrinə dair aktın və iltizamnamənin cavabdeh tərəfindən imzalanmasının səbəblərini, bu imzanın həmin aktda və iltizamnamədə göstərilənlərlə razılığını ifadə edib-etməməsini araşdırmadan, yalnız ekspert rəyinin əsaslandırıcı hissəsində göstərilənlərə istinad etməklə, iddianı rədd edərək Mülki-Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin tələblərini poz muş və prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

49. Bundan başqa qeyd olunmalıdır ki, MMC-nin NZS 2 filialında keçirilmiş inventarizasiya prosesi ilə bağlı izahatına əsasən, NZS 2 filialında cavabdehin xx.xx.2019cu il tarixində keçirilən inventarizasiya prosesi zamanı 694.445,37 AZN dövriyyəsinin olduğu və 10.291.44 AZN əskikgəlmə aşkarlanmışdır. Mağazanın dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği 6.819,21 (10.291,44-694.445.37*0,5%) AZN qalmışdır. Bu qeyd edilənlər xx.xx.2019-cu il tarixli aktın ilk səhifəsindəki sütunlardakı xanalarda göstərilmişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5904/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 20 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

51. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktiki halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmasına dair göstərişləri tam və lazımınca yerinə yetirilməmişdir.

52. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, cavabdeh iddiaçının əməkdaşı olmaqla, onunla əmək qanunvericiliyə əsasən X6 barədə müqavilə bağlanmış və cavabdehin iştirakı ilə sonuncunun administrator olduğu “ObaNZS2” mağazasında 17 iyun 2019-cu il tarixdə aktivlər üzrə inventarizasiya aparılmaqla, çatışmazlıq aşkar edilmişdir.

53. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək göstərir ki, inventarizasiyanın nəticəsi olaraq 6.819 manat məbləğində zərər vurulması müəyyən olunmuş, cavabdeh tərəfindən onun 253 manat hissəsi ödənilmiş, qalıq 6.566 manat zərər məbləği ödənilməlidir.

54. Göstərilən hallara istinad edən kassasiya instansiyası məhkəməsi əvvəlki icraatında aşağıdakı halların araşdırılmasını zəruri hesab etmişdir: ziyanın həqiqətən vurulduğu aşkar olmalı; təqsirkarın əməli, yə ni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır.

55. Apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə uyğun araşdırmanın nəticəsi olaraq qeyd edir ki, cavabdehin administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasına dair işdə heç bir rəsmi məlumat mövcud deyildir və təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut təqdim olunmamışdır.

56. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsinin həmin qiymətləndirilməsi tam olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”-da olan cavabdehin qeydinə, yəni - “Bu yekun aktda qe yd olunan bütün material qiymətləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldıım:” və aktın ilk səhifəsində maddi məsul şəxs olan cavabdehin qeydinə “İnventarizasiya nəticələri mənim iştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam” əsaslanmaqla iddianın təmin olunması nəticəsinə gəlmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən həmin akta münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əməkdaşları tərəfindən tərtib olunmuş 17 iyun 2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt X1 tələblərinə uyğun tərtib edilməmiş və həmin aktın düzgünl üyü məhkəmə tərəfindən qəbul edilmir.

58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticləri ilə razılaşmamış və qeyd etmişdir ki, məhkəmənin bu nəticəyə hansı araşdırmanın nəticəsinə uyğun gəlməsini müəyyən etmək mümkünsüzdür. Belə ki, həqiqətən iş üzrə keçirilmiş ekspertiza rəyinin əsaslandırıcı hissəsində 17 iyun 2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktın X1 tələblərinə uyğun olmaması göstərilmişdir. Bununla belə həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, iddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 17 iyun 2019-cu il tarixli Oba NZS2 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda, cavabdehin hesabında olan çatışmazlığın 6.8 19 manat məbləğində müəyyən olunur.

59. İş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun 17 iyun 2019-cu il tarixli Akta əsasən mağazasında siyahıya alınmış mallar üzrə 6.819 manat çatışmazlıq müəyyən olunmuşdur. Göstərildiyi kimi aktın əvvəlində cavabdeh “İnventarizasiya nəticələri mənim iştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam” qeydini, aktın sonunda isə “Bu yekun aktda qeyd olunan bütün material qiymətləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldum.” qeyd edilməklə, cavabdeh tərəfindən imzalanmışdır.

60. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən ak tı iddia tələbi üzrə mötəbər olmayan sübut qismində qiymətləndirərkən, aktın cavabdeh tərəfindən imzalanmasını nəzərə almamışdır. Bununla bağlı isə iddiaçı tərəfin dəlillərinin aydınlaşdırılması üçün hər hansı bir cəhd göstərməmiş, həmin aktı sübut kimi qəbul etməməsinə dair mövqeyini əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat:

61. Apellyasiya instansiya məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli, 9/3014 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yeku n aktına əsasən Oba NZS-2 mağazasının müdüri işləmiş maddiməsul şəxs Cavabdeh xx.xx.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10.291,44 manat məbləğində kəsirin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Opede qəsəbəsində yerləşən kodu 186 olan NZS-2 filialında mağaza müdüri Cavabdeh xx.xx.2019-cu il tarixində keçirilən inventarizasiya zamanı 694.445,37 AZN dövriyyəsinin olduğu və 10.291,44 AZN əksikgəlmə aşkarlanmışdır. Mağazanın dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği 6.819,21 (10.291,44- 694.445,37*0,5%) AZN qalmışdır. Bundan əlavə, Cavabdeh fəaliyyəti ilə əlaqədar olaraq 253,21 manat məbləği ndə motivasiya məbləği qalıq kənarlaşma məbləği olan 6.819,21 manatdan çıxılmışdır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Cavabdeh iddiaçıya olan yekun borc məbləği 6.566,0 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən inventarizasiya keçirildiyi xx.xx.2019-cu il tarixədək mağazaya müvafiq fakturalar əsasında qəbul edilmiş məhsulların çeşidi, miqdarı, dəyəri ayrı-ayrılıqda xx.xx.2019-cu il tarixli inventarizasiya aktında və eyni zamanda qaimələrdə öz əksini tapmışdır.

62. Məhkəmə-mühasibatlıq ekspertizasının 18 may 2023-cü tarixli 9/3014 nömrəli rəyi məhkəmə tərəfindən araşdırılarkən ekspert rəyinin tam olmadığı, ekspert qarşısında qoyulmuş suallara cavab verilmədiyi, qarşıda qoyulan suallara cavab verilməsi üçün lazımı tədqiqat obyektlər inin araşdırılmadığı müəyyən edildiyindən, apellyasiya instansiya məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 9/4690 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktından əsasən Oba NZS-2 mağazasının müdüri işləmiş maddi-məsul şəxs Cavabdeh xx.xx.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10.291,44 manat məbləğində kəsirin oldu ğu müəyyən edilmişdir. OBA NZS-2 filialında mağaza müdüri Cavabdeh xx.xx.2019-cu il tarixində keçirilən inventarizasiya zamanı 694.445,37 AZN dövriyyəsinin olduğu və 10.291,44 AZN əksikgəlmə aşkarlanmışdır. Mağazanın dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği 6.819,21 (10.291,44-694.445,37*0,5%) AZN qalmışdır. Bundan əlavə Cavabdeh fəaliyyəti ilə əlaqədar olaraq 253,21 manat məbləğində motivasiya məbləği qalıq kənarlaşma məbləği olan 6.819,21 manatdan çıxılmışdır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Cavabdeh iddiaçıya olan yekun borc məbləği 6.566,0 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən inventarizasiya keçirildiyi xx.xx.2019-cu il tarixədək mağazaya müvafiq fakturalar əsasında q əbul edilmiş məhsulların çeşidi, miqdarı, dəyəri ayrı-ayrılıqda xx.xx.2019-cu il tarixli inventarizasiya aktında və eyni zamanda qaimələrdə öz əksini tapmışdır.

63. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, inventarizasiya aktını, qaimə fakturaları və oradakı cavabdeh tərəfindən icra edilmiş imzanı, həmin sənədlərin doğruluğunu mübahisələndirmir. İnventarizasiya aktına cavabdeh imza etməklə aparılmış yoxlamanın və onun nəticəsinin, müəyyən edilmiş çatışmamazlığın olduğu ilə razılaşmışdır. Cavabdeh həmin sənədə imza etməsi çatışmamazlığın və müəyyən edilmiş kəsir məbləğinin ona aid olmasına razılığı kimi qəbul edilə bilməz. Qeyd etdiyi kimi cavabdehin akta imza etməkdə niyyəti yalnız mağazada müəyyən edilmiş çatışmamazlığın doğruluğunu təsdiq etmək olmuşdur. Onu da bildirir ki, cavabdeh müxtəlif vaxtlarda mal çatışmamazlığı ilə bağlı iddiaçıya məlumat vermişdir.

64. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-610/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Gülnar Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

65. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə toplanmış sübutlardan, xx.xx.2019-cu il tarixdə OBA NZS-2 mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair yekun Akt, xx.xx.2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt, cavabdeh tərəfindən verilmiş İlt izamnamə, ekspert rəyləri ilə müəyyən edillir ki, iddiaçıya mal çatışmamazlığı nəticəsində maddi zərər dəymişdir. İş üzrə üç dəfə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyləri ilə iddiaçıya 10.291,44 manat maddi zərər dəydiyi, müəyyən kəharlaşmalar çıxıldıqdan sonra yekun borc məbləği 6.566,0 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının obyekti qismində inventarizasiya aktı və eyni zamanda qaimələr nəzərə alınmışdır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

66. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş eksperti zanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şərh olunan bu sübutlara istinadən demək olar ki, iddiaçıya həqiqətən ziyanın vurulduğu aşkardır. Həmin ziyanın mövcudluğu, sadalanan sübutların mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

67. Məhkəmə kollegiyasında araşdırma zamanı hətta cavabdeh tərəf sadalanan sənədlərin doğruluğunu mübahisələndirmədiyini, göstərilən çatışmamazlığın, kəsirin olduğu ilə razılaşdıqlarını göstərmiş, həmin kəsirin cavabdehə aid olması ilə razılaşmadıqlarını bildirmişdir. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirdiyini, mal çatışmamazlığı, mağazadakı məhsulların sayı ilə stokdakı malların uyğun gəlməməsi barədə iddiaçıya dəfələrlə məlumat verməsi ilə bağlı etirazını bildirir və etirazın əsası o laraq e-mail internet poçt ünvanı vasitəsilə göndərilmiş məlumatlara istinad edir.

68. Məhkəmə kollegiyası etirazın qeyd olunan dəlilərini digər sübutlarla birlikdə müqaisəli təhlil edib hesab etmişdir ki, həmin e-mail internet poçt ünvanı vasitəsilə göndərilmiş məlumatlar əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Belə ki, məhkəmə qeyd etmişdir ki, cavabdehin etirazının dəlilini, e-mail internet poçt ünvanı vasitəsilə göndərilmiş məlumatların həqiqiliyini ilk növbədə cavabdehin özünün verdiyi və iş materiallarına əlavə edilmiş izahatı təkzib edir. İş materiallarının 2-ci cildinin 14-cü iş vərəqində olan izahatında Cavabdeh göstərmişdir ki, o, iyul 2018-ci ildə “OBA” NZS-2 mağazasında adminstrator işləyir, meyvə qəbulu zamanı son 2-3 gündür ki, kartof-soğan məhsu llarını çəkmədən qəbul etmiş və səbəb olaraq bildirmişdir ki, dəfələrlə çəkmişdir. Çəkisi düzgün olduğu üçün son zamanlar çəkməyə ehtiyac duymamışdır.

69. Göründüyü kimi cavabdehin izahatında göstərdiklərindən müəyyən olunur ki, mağazaya göndərilən məhsulların çəkisində əskiklik halları müşahidə edilməmişdir. Belə olan halda demək olar ki, cavabdeh maddi məsul şəxs olaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını təmin etmək üçün üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməmişdir.

70. Apellyasiya şikayətin başqa bir dəlili cavabdehin adminstrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasını ümumiyyətlə dəqiqləşdirməməsi, mağazanın ona təhvil verilməməsi və adminstrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmamazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etməsi barədə dəlilini məhkəmə kollegiyası əsaslı hesab etməmiş və qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aparılmış inventarizasiya yoxlamasına cavabdehin adminstrator vəzifəsinə təyin edilən tarixədək mağazaya qəbul edilmiş mal-material barədə məlumatlar deyil, yalnız cavabdehin işlədiyi dövrdə onun özü tərəfindən qaimə-fakturalar əsasında qəbul edilmiş məhsullar barədə məlumatlar daxil edilmişdir. Məhz bu xüsusatın doğruluğunu müəyyən etmək məqsədi ilə təkrar və əlavə ekspertiza təyin edilmiş, ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən inventarizasiya keçirildi yi xx.xx.2019-cu il tarixədək mağazaya müvafiq fakturalar əsasında qəbul edilmiş məhsulların çeşidi, miqdarı, dəyəri ayrı-ayrılıqda xx.xx.2019-cu il tarixli inventarizasiya aktında və eyni zamanda qaimələrdə öz əksini tapmışdır.

71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertə təqdim edilmiş sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqəti əks etdirib-etdirməməsinin dəqiqləşdirilməməsi, vurulmuş zərərdən 253 manat ödənişin onun tərəfindən edilməməsi, mağazaya borcu olsaydı son haqq-hesaba əsasən ona əmək haqqının köçürülməli olmaması ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə kollegiyası araşdırması zamanı cavabdeh tərəf qaimə-fakturaları, inventarizasiya aktındakı məlumatları, həmin sənədlərin doğruluğunu mübahisələndirmədiyini bildirdi. Yalnız m üəyyən edilmiş kəsir məbləğinin cavabdehə aid olması ilə razılaşmadıqlarını, aktdakı imzanın cavabdeh tərəfindən icra edildiyini, cavabdehin həmin sənədə imza etməklə bağlı iradəsinin yalnız mağazada mal çatışmamazlığının müəyyən edilməsi ilə razılaşmasını ehtiva etdiyini bildirdi. Həmin mal çatışmamazlığının cavabdehə aid olmadığını və imza etməsinin bu yönümdə qiymətləndirilməsinə etiraz etdiyini göstərdi.

72. Məhkəmə kollegiyası cavabdehin həmin etirazı ilə razılaşmamış, bu xüsusat üzrə qiymətləndirmə aparılmasını zəruri hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, qanunvericiliyinə əsasən vurulan ziyanın müəyyən edilməsi üçün işəgötürənin araşdırma aparmaq, işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İş üzrə toplanmış sənədlərdən görün ür ki, işəgötürən (iddiaçı) tərəfindən aparılmış yoxlamanın nəticəsi olaraq təhvil-təslim nəticələrinə dair yekun Akt və xx.xx.2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt tərtib edilmiş, yoxlama nəticəsində cavabdehin işlədiyi mağazada mal çatışmamazlığı-kəsir müəyyən edilmişdir. Həmin aktlara cavabdeh tərəfindən imza edilmişdir. Əvvəlki yoxlama tarixi xx.xx.2018-ci il, son yoxlama tarixi xx.xx.2019-cu il tarix olmaqla həmin dövr üzrə, xx.xx.2019-cu il tarixdə OBA NZS-2 mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair yekun Aktdan görünür ki, cavabdeh bu Aktda “İnventarizasiya nəticələri mənim imştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam.” qeydi ilə razılaşarq imza etmişdir.

73. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qeyd olunan məzmu nlu Akt X6 haqqında müqaviləyə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləğinin müəyyən eilməsi məqsədi ilə tərtib olunur. Bu barədə müqavilə şərti nəzərdə tutulmuşdur (X6 haqqında Müqavilə 3-cü bənd) və işçi (cavabdeh) müqavilə tərəfi olmaqla bu barədə məlumatlı idi. Müqavilə şərtinə əsasən işçi aktla tanış olduqdandan sonra ziyanla razılaşmadığı halda imtina edə bilər, bu barədə müvafiq qeyd göstərə bilərdi. Daha aydın ifadə edilsə işçi bu akt tərtib edilərkən həmin aktın ümumi mal çatışmamazlığına görə deyil, işçinin vuruduğu ziyanla bağlı yoxlamanın nəticəsi olaraq tərtib edildiyini bilməli idi. Bundan başqa, xx.xx.2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktından görünür ki, OBA NZS-2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs – Cavabdeh xx.xx.2 019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal - material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 10.291,44 manat məbləğində kəsirin olduğu müəyyən edilmişdir. Həmin aktda “Bu yekun aktda adları qeyd olunan bütün material qiymətləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur.” qeydi göstərilmiş və maddi məsul şəxs Cavabdeh bu qeydə imza etmişdir. Göründüyü kimi bu halda da göstərilmiş qeydlə işçi (cavabdeh) razılaşaraq imza etmiş, heç bir qeyd göstərməmiş, aktı imzalamaqdan imtina etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, əgər cavabdehin dediyi onun imza icra etməsindəki iradəsi yalnız aktın doğruluğunun təsdiq edilməsinə yönəlmişdirsə bu halda digər əməkdaşlar kimi “Aktın düzgünlüyünü imzamızla təsdiq edirik” qrafası qarşısında imza etmiş olardı. Lakin göründüyü kimi cavabdeh göstərilən qeydə imza etmiş, bununla da yoxlanılan butun malmaterial məlumatları və müəyyən edilmiş çatışmamazlıqla razılaşdığını göstərmişdir. Bu göstərilənlər cavabdehin aktlara imza etməkdə iradə ifadəsinin yalnız mağazada aparılmış yoxlama və bunun nəticəsində mağazada müəyyən edilmiş çatışmamazılığın olmasının müəyyən edilməsi ilə razılaşdığına yönəlməsi barədə göstərdiklərini təkzib etməklə, inandırıcı və işin faktiki hallarına uyğun deyildr.

74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili cavabdehin mağazaya borcu olsaydı son haqq hesab üzrə ona əmək haqqının köçürülməli olmaması ilə bağlı dəlilini də əsassız hesab etmiş və bildirmişdir ki, əmək haqqından tutulmalar Əmək Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslar olduqda həyata keçirilə bilər. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin son haqq-hesabından tutulmanın aparılmaması mövcud mübahisə üzrə borclu olmaması anlamına gəlməyə əsas verən hal kimi qiymətləndirilə bilməz.

75. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 191.1, 191.2, 192.1, 192.2, 1991, 199.2, 200, 203.1, 203.2, 206.1-ci, Mülki Prosessual Məcəllnin 14.2, 77.1, 88, 217.1, 217.3, 372.2, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

76. Qətnamədən cavabdeh (Vəki l2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

77. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işəgötürənə hər hansı formada ziyan dəyməsinin cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə səbəbli əlaqəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu nəticəyə gələn məhkəmə nəzərə almamışdır ki, onun satıcı-kassir vəzifəsindən baş satıcı vəzifəsinə, daha sonra administrator vəzifəsinə keçirilməyi məhz üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada və vicdanla yerinə yetirməyinin nəticəsində olmuşdur. Digər tərəfdən, iddianın predmeti onun əmək müqaviləs i üzrə üzərinə götürdüyü öhdəliyi icra edib-etməməyi ilə bağlı deyil, əgər əmək funksiyasını yerinə yetirməmişdirsə, onda nəyə görə işəgötürən onu məhz bu əsasla işdən azad etməmişdir?! Məhkəmə yalnız onun iş materiallarında olan izahatını əsas götürərək, işlədiyi müddətdə mal çatışmazlığı ilə bağlı səlahiyyətli şəxslərə yazdığı email-ləri mötəbər sübut hesab etməmişdir. Cavabdeh hesab etmişdir ki, məhkəmənin gəldiyi bu nəticə də əsassızdır. Belə ki, mal çatışmazlığı barədə məlumat yalnız kartofsoğanla bağlı olmamış, mağazada satılan digər məhsullarla da bağlı olmuşdur. Belə olan halda, məhkəmə tərəfindən e mail-lərin mötəbər sübut kimi nəzərə alınmaması başa düşülən deyil. Kəsir, əksiklik onun işlədiyi mağaza üzrə ola bilər. Amma o işlədiyi müddətdə ona sadəcə müvafiq sənədlər imzaladıb lar və o, işləməyə başlayanda əvvəl mağazada hansı malların olması barədə təhvil-təslim aparılmamışdır. Maraqlıdır, qətnamənin 86-cı bəndində məhkəmə qeyd edir ki, “əgər iddia olunan kəsir mağazaya göndərilən əskik məhsula görə yaranmışdırsa, bu halda əskik məhsulun gəlməsi faktı hesabatlarda, proqram məlumatlarında əksini tapmış olmalı idi. Bu vəzifə maddi məsul şəxs tərəfindən yerinə yetirilməli idi. Lakin belə hərəkətin edildiyi görünmür. Əksinə, cavabdeh tərəfindən verilmiş iltizamnamənin məzmunundan bəlli olur ki, bütün mədaxil və məxaric xərclərini sistemə işləmişdir. Bu hal isə belə nəticəyə gəlməyə əsas verir ki, mal çatışmazlığı müəyyən edilmiş olsaydı, bu fakt deyildiyi kimi həmin sənədlərdə əks olunmalı idi. Lakin belə bir xüsusat nə araşdırma zamanı, nə də ekspert tədqiqatı zam anı müəyyən edilməmişdir”. Bu nəticəyə gələn məhkəmə nəzərə almamışdır ki, 2018 və 2019-cu ildə mağazada olan məhsullarla stokda göstərilən məhsulların üst-üstə düşməməsi barədə məlumat vermişdir və onlar tərəfindən heç bir tədbir görülməmişdir. Buna görə də hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Ekspert rəyinə gəldikdə isə qeyd cavabdeh qeyd etmişdir ki, iş üzrə 3 dəfə ekspertiza keçirilməsinə baxmayaraq, bir-birini təkrarlayan rəylər verilmiş, məhkəmənin qərardadda qoyduğu suallara aydınlıq gətirilməmişdir. Cavabdehin əmək fəaliyyətinə başladığı zaman ona hansı malların təhvil verildiyi, mağazada olan mallarla stokda göstərilən malların üst-üstə düşüb-düşməməsi aydınlaşdırılmamışdır. Cavabdeh işlədiyi müddətdə aşkar etdiyi nöqsanlar barədə səlahiyyətli ş əxslərə mail vasitəsilə məlumat vermişdir. Bütün bu halların məhkəmə tərəfindən nəzərə alınmaması başadüşülən deyil.

78. Həmçinin qeyd olunmalıdır ki, əmək qanunvericiliyinin tələblərinə görə, işəgötürən ona vurulan zərərin ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş zərərlə işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş zərərin həqiqi miqdarını araşdırır. İşçinin X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlaması təkbaşına çatışmayan mallara görə işçinin məsuliyyət daşıması üçün yetərli deyil. Konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Zərərin ödənilməsini təmin etmək haqqında qərar qəbul e dənədək işəgötürən əmtəə maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşçinin “İnventarizasiya nəticələri mənim iştirakım ilə araşdırıldı, çıxarılan nəticə ilə razıyam.” Qeydi ilə razılaşaraq imza etməyinin yeganə səbəbi mağazada mal əskikliyinin olduğunu bilməyi və bu barədə dəfələrlə səlahiyyətli şəxslərə məlumat verməyi ilə əlaqədardır, bu qeydə imza etməyi həmin əskikliyin onun tərəfindən icra edilməsi kimi qiymətləndirilə bilməz. Əks halda, cavabdeh çatışmazlığın olması, mağazada olan mallarla stokda göstərilən malların uyğunsuzluğu ba rədə məlumat verməzdi, o, özü yoxlamanın keçirilməsində, bu uyğunsuzluğun araşdırılmasında maraqlı olmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsi.

79. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

80. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

81. Maddə 192 (1-ci hissə). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

82. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

83. Maddə 199 (1-ci hissə). İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 g ötürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

84. Maddə 199 (2-ci hissə). Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin “c”, “ç” və “d” bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X6 daşıyırlar.

85. Maddə 200 (1-ci hissə). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X6 daşıması barədə yazılı müqavilə bağlaya bilər.

86. Maddə 203 (1-ci hissə). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

87. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

88. Maddə 206 (1-ci hissə). Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq s azişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

89. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

90. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

91. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

92. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

93. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

94. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

95. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

96. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

97. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

98. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

99. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

100. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

101. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

102. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

103. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarlarında şərh edilən göstərişlərinə əməl olunmadığı müəyyən edilmişdir.

105. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini məqsədəuyğun hesab edir.

106. Belə ki, işin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh əmək müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə i ddiaçı MMC-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə MMC-nin satış əməliyyatları şöbəsinə Baş satıcı vəzifəsinə keçirilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə MMC-nin Satış departamentinə administrator vəzifəsinə keçirilmiş, eyni tarixdə tərəflər arasında “X6 haqqında” müqavilə imzalanmışdır. Cavabdeh administrator vəzifəsinə təyin edilən tarixdə mağazada olan mal-materiallar ona təhvil verilməmiş, bununla bağlı müvafiq akt və ya digər təhvil-təslim sənədi tərtib edilməmişdir. Həmçinin cavabdeh administrator vəzifəsinə təyin edildikdən sonra xx.xx.2018-ci il tarixdən etibarən mağazada mal-materialda (ərzaq və digər satış predmetlərinin) çatışmazlığının olması, yəni r eal vəziyyətdə mağazada olan malların sayı ilə stokda olan (yəni dövriyyənin fasiləsiz davam etməsini təmin etmək üçün şirkətin hər zaman əlində saxladığı hazır məhsul və mallar) malların sayının uyğun gəlməməsi, real vəziyyətdə mağazada malların az olması, yaxud olmaması, lakin sənədlər üzrə stokda çox göstərilməsi barədə rəhbərliyin e-mail ünvanına dəfələrlə məlumat verərək həmin halların araşdırılmasını xahiş etmiş, lakin xx.xx.2019-cu il tarixə kimi müdiriyyət tərəfindən həmin müraciətlərə heç bir reaksiya verilməmiş, müvafiq araşdırmalar aparılıb qanuni tədbirlər görülməmişdir. Yalnız xx.xx.2019-cu il tarixdə OBA NZS-2 mağazasında inventarizasiya keçirilmiş, siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman mağazad a 10.291,44 manat məbləğində kəsirinin olduğu müəyyən edilmiş, Aktivlər üzrə inventarizasiya nəticələrinə dair Akt xx.xx.2019-cu il tarixdə MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə cavabdehlə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "xxxx" bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş, MMC tərəfindən cavabdehə əmək haqqı və son haqq-hesab ödənilmişdir.

107. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 6.819 manat məbləğində müəyyən olunmasını, cavabdehin isə 253 manat ödəniş etməsini və qalıq borcnun 6.566 manat təşkil etməsini qeyd edərək, cavabdeh tərəfindən ödənilməm iş 6.566 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-nin bank hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

108. Məhkəmə baxışı zamanı məhkəmələr tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının oxşar rəyləri ilə həmçinin, Oba NZS-2 mağazasının müdüri işləmiş maddi-məsul şəxs Cavabdeh xx.xx.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10.291,44 manat məbləğində kəsirin olduğu, cavabdehin xx.xx.2019-cu il tarixində keçirilən inventarizasiya zamanı 694.445,37 AZN dövriyyəsinin olduğu, 10.291,44 AZN əksikgəlmə aşkarlanması, mağazanın dövriyyəsinə uyğun olaraq dövriyyə güz əşti (0,5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləğinin 6.819,21 (10.291,44-694.445,37*0,5%) AZN qalması, bundan əlavə cavabdehin fəaliyyəti ilə əlaqədar olaraq 253,21 manat məbləğində motivasiya məbləğinin qalıq kənarlaşma məbləği olan 6.819,21 manatdan çıxılması, beləliklə cavabdehin iddiaçıya olan yekun borc məbləğinin 6.566,0 manat olması müəyyən edilmişdir.

109. İşə daha əvvəl ilk dəfə baxmış kassasiya instansiya məhkəməsinin məhkəmə kollegiyası, məhkəmələr tərəfindən cavabdehin administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq predmetlərinin) hansı vəziyyətdə olmasının ümumiyyətlə dəqiqləşdirilməməsini, buna baxmayaraq cavabdehi təqsiri kimi görmələrini, halbuki mağazanın cavabdehə ümumiyyətlə təhvil verilməməsini, həm də cavabdehin administrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etməsini, o cümlədən sonraki kassasiya baxışında məhkəmə kollegiyası, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunmasını və işçinin aktla tanış edilərək 17 iyun 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”ın sonunda “Bu yekun aktda qeyd olunan bütün material qiymətliləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldum:” qeyd etməklə vurduğu ziyanı etiraf etməsini, lakin apellyasiya instansiya məhkəməsinin göstərilən aktı və iltizamnaməni iddia tələbi üzrə mötəbər olmayan sübut qismində qiymətləndirərkən, aktın və iltizamnamənin cavabdeh tərəfindən imzalanmasını və şirkətə vurmuş olduğu ziyanı etiraf etməsini nəzərə almamasını, əvvəlki icraatında qeyd olunan halların araşdırılmasını zəruri hesab etməsini, ziyanın həqiqətən vurulduğunun aşkar olmasını, təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olub-olmamasının müəyyənləşdirməli olmasını qeyd etmişlər.

110. İşə sonuncu dəfə baxmış apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni qüvvədə saxlayarkən qeyd etmişdir ki, cavabdehin mal çatışmamazlığı, mağazadakı məhsulların sayı ilə stokdakı malların uy ğun gəlməməsi barədə iddiaçıya dəfələrlə məlumat verməsi ilə bağlı e-mail internet poçt ünvanı vasitəsilə göndərilmiş məlumatlar əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Belə ki, cavabdehin etirazının dəlilini, e-mail internet poçt ünvanı vasitəsilə göndərilmiş məlumatların həqiqiliyini ilk növbədə cavabdehin özünün verdiyi və iş materiallarına əlavə edilmiş izahatı təkzib edir. İş materiallarının 2-ci cildinin 14-cü iş vərəqində olan izahatında Cavabdeh iyul 2018-ci ildə “OBA” NZS-2 mağazasında adminstrator işləməsini, meyvə qəbulu zamanı son 2-3 gündür ki, kartof-soğan məhsullarını çəkmədən qəbul etməsinin səbəbi olaraq dəfələrlə çəkməsini, düzgün olduğu üçün son zamanlar çəkməyə ehtiyac duymadığını bildirmişdir. Göründüyü kimi cavabdehin izahatında göstərdiklə rindən müəyyən olunur ki, mağazaya göndərilən məhsulların çəkisində əskiklik halları müşahidə edilməmişdir. Belə olan halda demək olar ki, cavabdeh maddi məsul şəxs olaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını təmin etmək üçün üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməmişdir.

111. Apellyasiya instansiya məhkəməsi həmçinin, cavabdehin apellyasiya şikayətinin adminstrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasını ümumiyyətlə dəqiqləşdirməməsi, mağazanın ona təhvil verilməməsi və adminstrator vəzifəsinə təyin edildikdən sonra mağazada malmaterialın (ərzaq və digər satış predmetlərinin) çatışmamazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etməsi barədə d əlilini əsaslı hesab etməmiş və qeyd etmişdir ki, aparılmış inventarizasiya yoxlamasına cavabdehin adminstrator vəzifəsinə təyin edilən tarixədək mağazaya qəbul edilmiş mal-material barədə məlumatlar deyil, yalnız cavabdehin işlədiyi dövrdə onun özü tərəfindən qaiməfakturalar əsasında qəbul edilmiş məhsullar barədə məlumatlar daxil edilmişdir. Məhz bu xüsusatın doğruluğunu müəyyən etmək məqsədi ilə təkrar və əlavə ekspertizalar təyin edilmiş, ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən inventarizasiya keçirildiyi xx.xx.2019-cu il tarixədək mağazaya müvafiq fakturalar əsasında qəbul edilmiş məhsulların çeşidi, miqdarı, dəyəri ayrı-ayrılıqda xx.xx.2019-cu il tarixli inventarizasiya aktında və eyni zamanda qaimələrdə öz əksini tapmışdır. İşəgötürən (iddiaçı) tərəfindən aparılmış yoxlamanın nəticəsi olaraq təhvil-təslim nəticələrinə dair yekun Akt və xx.xx.2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt tərtib edilmiş, yoxlama nəticəsində cavabdehin işlədiyi mağazada mal çatışmamazlığıkəsir müəyyən edilmişdir. Həmin aktlara cavabdeh tərəfindən imza edilmişdir. Əvvəlki yoxlama tarixi xx.xx.2018-ci il, son yoxlama tarixi xx.xx.2019-cu il tarix olmaqla həmin dövr üzrə, xx.xx.2019-cu il tarixdə OBA NZS-2 mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair yekun Aktdan görünür ki, cavabdeh bu Aktda “İnventarizasiya nəticələri mənim imştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam.” qeydi ilə razılaşarq imza etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən məzmunlu Akt X6 haqqında müqaviləyə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləğinin müəyyən eilməsi məqsədi ilə tərtib olunur. Göründüyü kimi cavabdeh göstərilən qeydə imza etmiş, bununla da yoxlanılan butun mal-material məlumatları və müəyyən edilmiş çatışmamazlıqla razılaşdığını göstərmişdir. Bu göstərilənlər cavabdehin aktlara imza etməkdə iradə ifadəsinin yalnız mağazada aparılmış yoxlama və bunun nəticəsində mağazada müəyyən edilmiş çatışmamazılığın olmasının müəyyən edilməsi ilə razılaşdığına yönəlməsi barədə göstərdiklərini təkzib etməklə, inandırıcı və işin faktiki hallarına uyğun deyildr.

112. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir:

113. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, cavabdehin e-mail internet poçt ünvanı vasitəsilə göndərilmiş məlumatların həqiqiliyi ilə bağlı etirazının dəlilinin, onun iyul 2018-ci ildə “OBA” NZS-2 mağazasında adminstrator işlədiyi vaxt, meyvə qəbulu zamanı son 2-3 gün kartof-soğan məhsullarını çəkmədən qəbul etməsi, buna səbəb kimi dəfələrlə çəkməsini, düzgün olduğu üçün son zamanlar çəkməyə ehtiyac duymadığını bildirməsi barədə iş materiallarının 2-ci cildinin 14-cü iş vərəqində olan izahatı ilə təkzib olunması, cavabdehin izahatında göstərdiklərindən, mağazaya göndərilən məhsulların çəkisində əskiklik hallarının müşahidə edilməməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, iş materiallarının 2-ci cildinin 14-cü iş vərəqində cavabdehin qeyd olunan məzmunda izahatı yoxdur və həmin iş vərəqiəsinə tamamilə başqa məzmunlu sənəd tikilmişd ir. Bundan başqa cavabdehin yuxarıda qeyd olunan məzmunda izahat verməsi qəbul edilsə belə, həmin məzmunlu izahat, cavabdehin mal çatışmamazlığı, mağazadakı məhsulların sayı ilə stokdakı malların uyğun gəlməməsi barədə iddiaçıya dəfələrlə məlumat verməsi ilə bağlı e-mail internet poçt ünvanı vasitəsilə göndərilmiş məlumatların “əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul edilə bilməməsi” kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Çünki cavabdeh iddiaya qarşı etirazında ilk gündən “OBA” NZS-2 mağazasında adminstrator işləməyə başlayarkən mağazanın ona təhvil verilməməsini və çatışmazlığın onun həmin vəzifədə işləməyə başladığı vaxtdan əvvələ aid olduğunu göstərmişdir. Odur ki, mağazaya göndərilən məhsulların çəkisində sonradan əskiklik hallarının müşahidə edilməməsi barədə qeyd olunanlar, cavabdehin mağazasında adminstrator işləməyə başladığı vaxtadək mövcud olmuş çatışmazlığa münasibətdə hər hansı əhəmiyyət kəsb etmir və mağazanın cavabdehə təhvil verilməməsini təkzib etmir.

114. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh tərəfindən oba.nzs02 <mailto:oba/nzs02@oba.com.azElektron ünvan 1> elektron poçt ünvanına göndərilmiş və surəti mailto:emil.serkerov@oba.azElektron ünvan 2, ruslan.emiraslanov@oba. com.az, Elektron ünvan 3, Elektron ünvan 4, Elektron ünvan 5, OBA.muhasibat.ucotu @oba.com.az, OBA.Elektron ünvan 6, Elektron ünvan 7, kamal.nəbiyev @oba.com.az, rauf.hacıElektron ünvan 8, daxil. Nezaret.OElektron ünvan 9 elektron poçt ünvanlarına yönləndirilmiş, “Stok problemi” başlıqlı elektron məktublarda -22 oktyabr 2018-ci il tarixdə, saat 14:54-də “mağazada ol an malların sayı ilə stokun uyğun gəlmir, meyvə ştoku həddən artıq göstərir. Bu problemlə bağlı mənə köməklik göstərməyinizi xahiş eduirəm.”, 22 oktyabr 2018-ci il tarixdə, saat 17:48-də “NZS 2 kod 186 Filialında mağazanın ştokunda problem yaranır. Mağazada olan malların sayı ilə stokun uyğun gəlmir. Bununla bağlı mənə köməklik göstərməyinizi xahiş eduirəm.”, 06 dekabr 2018-ci il tarixdə, saat 20:45-də “NZS 2 kod 186 Filialında meyvənin ştokunun düzgün göstərmir. Məs. Banan marketdə 25 kq. Var ama ştokda 287,44 kq göstərir, kartof 35 kq var ama stokda 177 kq göstərir, soğan mağazada 55 kq var, stok 117 kq göstərir, Nar Göyçay heç yoxdur ama ştokda 19,42 kq göstərir və s. Xahiş edirəm mənə köməklik göstərəsiniz.”, 07 dekabr 2018-ci il tarixdə, saat 10:04-də “NZS 2 kod 186 Filialında meyvəni n ştokunun düzgün göstərmir. Məs. Banan marketdə 25 kq. Var ama ştokda 287,44 kq göstərir, kartof 35 kq var ama stokda 177 kq göstərir, soğan mağazada 55 kq var, stok 117 kq göstərir, Nar Göyçay heç yoxdur ama ştokda 19,42 kq göstərir və s. Xahiş edirəm mənə köməklik göstərəsiniz.”, 12 dekabr 2018-ci il tarixdə, saat 17:54-də “NZS 2 kod 186 Filialında meyvənin ştokunun düzgün göstərmir. Marketdəki meyvə ilə stok üst-üstə düşmür. Xahiş edirəm mənə köməklik göstərəsiniz. Marketdə təqribi 35 kq banan var stok 287 kq göstərir, Kartof 6 kq, stok 72 kq göstərir, Pomidor ucuz Oba heç yoxdur ama ştokda 107,7 göstərir, Xiyar Oba 12 kq var, stok 97 kq göstərir, Soğan Oba 30 kq vqr, stok 93,82 kq göstərir, pomidor Qazax təqribi 10 kq var ama stok 40,33 kq göstərir, limon Oba 70 ədəd var ama ştokda 212 ədəd göstərir, bibər şirin Oba heç yoxdur stok 24,1 kq göstərir, bidər acı OBA heç yoxdu 16,71 kq stok göstərir, üzüm yerli ağ heç yoxdu 32,8 kq stok göstərir, nar Göyçay OBA heç yoxdu 19,42 stok göstərir, mandarin yerli 10 kq var, ama stok 33 kq göstərir, feyxoa heç yoxdur stok 12,87 göstərir, fındıq OBA 8,4 kq var stok 16,6 kq göstərir, qarğıdalı heç yoxdu çoxdan qurtarıb ama 22 əd göstərir.” 28 fevral 2019-cu il tarixdə, saat 16:47-də “NZS 2 kod 186 Filialında ştokla mağazada olan mal düz gəlmir. Məs. Fellini unu dükanda 0-dır ştokda 2751,526 kq göstərir, Saxar 100 kq var stok 1545,344 kq göstərir, Siyəzən toyuğu dükanda 133,161 kq var, broyler təqribi 25 kq var, ama stok 88 kq göstərir, Onlem pamperslər № 6, №5, №4, №3 heç biri düz gəlmir, Gəncə təndir dükanda 13 ədəd var, ştokda 8 2 ədəd göstərir, banan dükanda 60 kq var ama ştokda 267 kq göstərir, kartof Cəlilabad dükanda 60 kq var, stok 169 kq göstərir, zəncəfil dükanda 0-dır, ama stok 5,281 kq göstərir, Xiyar Oba dükanda 6 kq var, stok 96,886 kq göstərir, Pomidor Oba dükanda təqribi 10 kq var, ama ştokda 48,44 kq göstərir, ümumiyyətlə meyvə düz göstərmir, çox məhsul düz göstərmir. Xahiş edirəm köməklik göstərəsiniz.” 04 aprel 2019-cu il tarixdə, saat 16:02-də “NZS 2 kod 186 Filialında mağazadaki mallarla stok üst-üstə düşmür. Fellini unu dükanda 150 kq var, ama ştokda 2693,583 kq göstərir, Şəkər mağazada 150 kq, pesok var, ama stok 1773,551 kq göstərir, Siyəzən təzə toyuq mağazada 20,1 kq var ama stok 127,975 kq göstərir, Cənub təzə toyuğu mağazada yoxdu, ama ştokda 84,554 kq göstərir, dobble-bom saqqız mağazada yoxdur ştokda 642 ədəd göstərir, Mac coffe mağazada 35 ədəd var ama ştokda 363 ədəd göstərir, xiyar mağazada 2 kq var ama ştokda 84 kq göstərir, pomidor mağazada 5 kq var ama ştokda 38,078 kq göstərir, kartof mağazada 60 kq var ama ştokda 175 kq göstərir, kök yerli mağazada 3 kq var ama ştokda 82,874 kq göstərir, kələm 15 kq var ama ştokda 68,262 kq göstərir. Xahiş edirəm yardımçı olardınız.” məzmunlu məlumatlar verilmişdir.

115. İş materiallarında maddi məsul şəxs kimi əmək fəaliyyətinə başladığı zaman cavabdehə hansı malların təhvil verilməsi barədə hər hansı sübut mövcud olmadığından, həmçinin cavabdeh mağazada olan çatışmazlıqlar barədə əvvəlcədən rəhbərliyə dəfələrlə məlumat verdiyindən, lakin müdiriyyət tərəfindən həmin müraciətlərə heç bir reaksiya verilməməklə müvafiq araşdırmalar aparılıb qanuni tədbirlər görülmədiyindən, cavabdehin xx.xx.2019-cu il tarixdə OBA NZS-2 mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair yekun Aktda “İnventarizasiya nəticələri mənim imştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam.” qeydi etməsi, onun həmin ziyanın özü tərəfindən vurulmasını etiraf etməsi kimi qəbul edilə və qiymətləndirilə bilməz. Odur ki, cavabdehin həmin sənədə imza etməsi və yuxarıdaki məzmunlu qeydi yazması, çatışmamazlığın və müəyyən edilmiş kəsir məbləğinin ona aid olmasına razılığı kimi qəbul edilə bilməməsi, onun akta imza etməkdə niyyətinin yalnız mağazada müəyyən edilmiş çatışmamazlığın doğruluğunu təsdiq etmək olması barədə kassasiya şikayətinin dəlilləri əsaslıdır.

116. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya ins tansiya məhkəməsi, aparılmış inventarizasiya yoxlamasına cavabdehin adminstrator vəzifəsinə təyin edilən tarixədək mağazaya qəbul edilmiş mal-material barədə məlumatlar deyil, yalnız cavabdehin işlədiyi dövrdə onun özü tərəfindən qaimə-fakturalar əsasında qəbul edilmiş məhsullar barədə məlumatların daxil edilməsini qeyd etməsi, onun gəldiyi son nəticəni təkzib etməklə, cavabdehin mağazada adminstrator vəzifəsinə təyin edilməsinə qədər yaranmış çatışmazlığa görə də məsuliyyət daşıması barədə yanlış nəticəyə gəlməsini təsdiq edir.

117. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin, təkrar və əlavə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilməsi, ekspert rəyləri ilə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən inventarizasiya keçirildiyi xx.xx.2019-cu il tarixədək mağazaya müvafiq fakturalar əsasında qəbul edilmiş məhsulların çeşidi, miqdarı, dəyəri ayrı-ayrılıqda xx.xx.2019-cu il tarixli inventarizasiya aktında və eyni zamanda qaimələrdə öz əksini tapmasının müəyyən edilməsi, iddiaçıya mal çatışmamazlığı nəticəsində 10.291,44 manat maddi zərər dəyməsi, müəyyən kəharlaşmalar çıxıldıqdan sonra yekun borc məbləğinin 6.566,0 manat məbləğində müəyyən edilməsi, ekspertiza tədqiqatının obyekti qismində inventarizasiya aktı və eyni zamanda qaimələrin nəzərə alınması, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı halın mövcud olmaması barədə gəldiyi nəticə də əsaslı olmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticədən də aydın olur ki, ekspertə cavabdehin mağazaya adminstrator vəzifəsinə qəbul edildi yi vaxta aid malların vəziyyəti haqqında təhvil-təslim aktı təqdim edilməmiş, yalnız cavabdehin mağazada adminstarator vəzifəsində işlədiyi dövrədə onun qəbul etdiyi mallara aid olan inventarizasiya aktı təqdim edilmişdir.

118. Məhkəmə kollegiyasının mövqeyinə görə, aparılmış inventarizasiya yoxlaması və məhkəmə-mühasibatləq ekspertizasının rəyləri, cavabdehin adminstrator vəzifəsinə təyin edilən tarixədək mağazaya qəbul edilmiş mal-material barədə məlumatlar deyil, yalnız cavabdehin işlədiyi dövrdə onun özü tərəfindən qaimə-fakturalar əsasında qəbul edilmiş məhsullar barədə məlumatları əhatə etdiyindən, həmçinin inventarlaşmanı aparan şəxslərə və ekspertlərə cavabdehin mağazaya adminstrator vəzifəsinə qəbul edildiyi vaxta aid malların vəziyyəti haqqında təhvil-təslim aktı təqdim edilmədiy indən, habelə çatışmazlığa görə cavabdehin qanunazidd əməldə təqsirliliyini təsdiq etməməsi, cavabdehin fəaliyyəti ilə müəyyən edilmiş çatışmazlıq arasında səbəbli əlaqəni təsdiq etməməsi səbəbindən aparılmış inventarizasiya yoxlaması və məhkəmə-mühasibatləq ekspertizasının rəyləri iddia tələbinin təmin olunması üçün mötəbər sübutlar kimi qəbul edilə bilməz.

119. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin maddənin 2-ci hissəsinə əsasən isə tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

120. Qeyd olunan normanın hazırki işin halına tətbiqi zamanı müəyyən edilir ki, mağazada çatışmazlıq barədə cavabdeh iddiaçıya əvvəlcədən dəfələrlə məlumat versə də, iddiaçı həmin müraciətlərə vaxtında münasibət bildirərək müvafiq tədbirlər görmədiyindən, habelə cavabdehin əmək fəaliyyətinə başladığı zaman mağazdakı malların ona təhvil verilməsini iddiaçı MMC təmin etmədiyindən, cavabdehin mövcud ziyana görə təqsirli olması və məsuliyyət daşıması iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

121. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.

122. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan (50, 100 və 100 manat) cəmi 250 (iki yüz əlli) manat iddiaçı MMC-dən alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

123. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 5)-610/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “əmlaka (ticarət mal və ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pul İddiaçı-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, Kad 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK - CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) hesabına keçirilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar