Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-81/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququnun bərpa olunması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayə tinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququnun bərpa olunması və evə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilmiş, X1 himayəsində yaşayan xx xxxx 2007-ci il təvəllüdlü Nuray Urfullayevlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Mirzəyev, hakimlər Q.Kərimov və Z.Babayev) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2019-cu il tarixli qətnaməsinin qismən iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı Cəlilabad şəhəri. D.Qorqud küçə sində yerləşən 47 B nömrəli evə azyaşlı uşağı ilə birlikdə köçürülməsinə və həmin evdən uşağı ilə birlikdə istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh1 ilə X5 xx xxxx 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Həmçinin o da mübahisə olunmur ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahdan xx xxxxxx 2005-ci il tarixdə Emil adlı oğulları və xx xxxx 2007-ci il tarixdə Nuray adlı qızları anadan olmuşdur. Eyni zamanda o da mübahisə olunmur ki, Cəlilabad rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, X4 atası Cavabdeh1, X3 anası İddiaçı yanında qalması qət edilmişdir. Bundan başqa o da mübahisə olunmur ki, Cəlilabad şəhəri, Dədə Qorqud küçəsində y erləşən 47 B nömrəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı bildirir ki, o, 2004-cü il tarixdə Cavabdeh1 ilə faktiki olaraq ailə həyatı qurmuş, nikahlarını isə xx xxxx 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra Cavabdeh1 yaşadığı Cəlilabad şəhəri, D.Qorqud küçəsində yerləşən 47 saylı evə gəlin köçmüşdür. Birgə nikahlarından Emil və Nııray adlı iki uşaqları doğulmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olsa da, sonradan aralarında narazılıqlar baş vermiş və ayrılmışlar. Aralarında olan nikah Cəlilabad rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahı pozularkən qızı Nııray onunla, oğlu Emil isə cavabdehlə qalmışdır. Cavabdehlə ayrıldıqdan sonra atasına məxsus evdə uşağı ilə birlikdə yaşamağa başlamışdır. Lakin ona məxsus cehiz əmlakı cavabdehin evində qalmışdır. Yaşadığı həmin evdən qovuldıığu üçün ora gedə bilmir. Hazırda onun yaşamağa başqa evi olmadığına görə və valideynlərinə yük olduğuna görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 bildirir ki, iddiaçı ilə 2004-cü ildə faktiki nikahla evlənərək ailə həyatı qurmuşlar. Nikahlarını xx xxxx 2005-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından Emil və Nuray adlı iki uşaqları doğulmuşdur. Toydan sonra iddiaçı onun valideynləri ilə birlikdə yaşadığı Cəlilabad şəhərində yerləşən evə gəlin köçmüşdür. Əvvəllər iddiaçı ilə mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Aralarında olan nikah isə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən uşaqlarından Emil onun yanında, qızı Nuray isə iddiaçının yanında yaşamağa başlamışdır. O İddianı qəbul etmir, belə ki, iddiaçının köçməsini tələb etdiyi yaşayış evi ona deyil atasına məxsusdur. Bundan əlavə iddiaçı valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh2 bildirir ki, Cavabdeh1 onun oğlu, Elvira isə onun keçmiş gəlinidir. Raminlə Elvira 2004-cü ildə faktiki nikahla evlənərək ailə həyatı qurmuş, nikahlarını isə xx xxxx 2005-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından Emil və Nuray adlı iki uşaqları doğulmuşdur. Toydan sonra iddiaçı onların yaşadığı Cəlilabad şəhərində yerləşən evə gəlin köçmüşdür. Raminlə Elvira əvvəllər mehriban yaşasalar da, sonradan onların ailə münasibətləri pozulmuş və ayrılmışlar. Aralarında olan nikaha isa xitam verilmişdir. Hazırda İddiaçı öz valideynlərinə məxsus evdə yaşayır. İddiaçın ın köçürülməsini tələb etdiyi yaşayış evi onun xüsusi mülkiyyətindədir və o, öz mülkiyyətindən maneəsiz istifadə etmək istəyir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi X1 himayəsində yaşayan xx xxxx 2007-ci il təvəllüdlü Nuray Urfullayevlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissədə ləğv edilərək iş həmin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi X1 himayəsində yaşayan xx xxxx 2007-ci il təvəllüdlü Nuray Urfullayevlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissədə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikas ı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcə lləsinin 228.5-ci maddəsinin mülkiyyətçisinin razılığı müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qərarda eyni zamanda qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü statusuna malik deyildir və iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlməsi üçün onunla mülkiyyətçi arasında qeyd edilən məzmunda notarial qayda da təstiq edilmiş yazılı razılaşma bağlanmamışdır. Bununla yanaşı işin halları ndan görünür ki, iddiaçı yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən sonra da mübahisə predmeti olan mənzildə yaşasa da qeyd edilən Məcəllənin normaları ilə də onun həmin evdən istifadə hüququ əmələ gəlməmişdir. Belə ki, xüsusi mülkiyyətdə olan evlərə münasibətdə istifadə hüququnun əmələ gəlməsi və xitamı Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri ilə tənzimlənir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bil ərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə işin yuxarıda qeyd edil ən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi X1 himayəsində yaşayan xx xxxx 2007-ci il təvəllüdlü Nuray Urfullayevlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissədə maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ümumilikdə ləğvini xahiş etsə də mənzilə istifadə hüququnun tanınmasına dair iddianın rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onun hüquq və vəzifələri nə toxunmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənzilə istifadə hüququnun tanınmasına dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2019-cu il tarixli qətnaməsi X1 himayəsində yaşayan xx xxxx 2007-ci il təvəllüdlü Nuray Urfullayevlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-81/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-81/2020
14.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver