Məhkəmə qərarları › İş №2(102)-81/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-81/2025

17.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-81/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “X2” MMC cəlb edilməklə) birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması; yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsin də müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “X2” MMC cəlb edilməklə) “mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4955/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1207/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Bayramova (Qədirova) Məhbubə Qubad qızı arasında xx.xx.1988-ci il tarixdə X açmaz rayonu Qusarçay kənd XDS İK-da bağlanmış 52 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı cavabdeh X4 himayəsində və tərbiyyəsində saxlanılması, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək iddiaçı Cavabdeh1 xx.xx.2003-cü il tarixdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi alınıb cavabdeh X6 verilməsi qət edilmişdir. 2. 134 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 9anov rayonu, Əşrəf Əliyev 41B ünvanında yerləşən bina Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli 13 nömrəli sərəncamına əsasən sökülmüşdür. Söküntüsü aparılmış mənzil Cavabdeh1 istifadə və sahibliyinə 1992-ci il tarixdən ver ilmiş, İddiaçı isə xx.xx.1992-ci il tarixdən göstərilən binada valideynləri ilə birgə qeydiyyatda olmuşdur 3. “X2” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 034/A nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” ünvan 9anov rayonu, Ə.Əliyev küçəsi, ev 41 B ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasından mənzili “Vətəndaş”ın mülkiyyətinə verir, “Vətəndaş” isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilən qaydada “Satıcı”ya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Vətəndaş” yuxarıda göstərilən yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, 8 saylı, 1 otaqlı, ümumi sahəsi 45,0 m2 -dən ibarət olan təmirli mənzili Əliyar Əliyev küç.,ev 41 B ünvanında sökülmüş mənzili ilə əvəz edir. Müqavilənin 2.3-cü bəndinə əsasən “Vətəndaş”a 1,0 m2 sahənin öd ənişi, 1.300 manat şirkət tərəfindən ödəniləcək. 4. “X2” MMC tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, MMC tərəfindən ünvan 9anov rayonu, Ə.Əliyev küçəsi, ev 41 B ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi işlərinin aparılmasını həyata keçirir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1 27 mart 2007-ci ildən ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər İddiaçı, X18, X13, X10, X11, X16, Cavabdeh2, X17, X14r.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 4 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

7. Xaçmaz Rayon X28 Orta Məktəbinin xx.xx.2024-cü il tarixli, 49 və 50 nömrəli arayışlarına əsasən, Cavabdeh2 1995-ci ildə A.Məmmədov adına X28 orta məktəbinin 1ci sinfinə qəbul olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və tam orta təhsil haqqında sənədlə təmin olunmuşdur, İddiaçı isə 1997-ci ildə A.Məmmədov adına X28 orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 2006-cı ildə 9-cu sinfi bitirmiş və ümumi orta təhsil haqqında sənədlə təmin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılma sı” tələbinə dair iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək İddiaçı ünvan 9anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 8 saylı mənzildən istifadə hüququnun tanınması, iddiaçının orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehin oğludur və doğulduğu vaxtdan cavabdehin mülkiyyətində olan ünvan 6 ünvanında qeydiyyatdadır və orada yaşamışdır. İddiaçı tərəfindən verilmiş sorğu əsasında müəyyən edilmişdir ki, “X2” MMC tərəfindən ünvan 9anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən çoxmənzil li binanın sökülərək yerində yeni binanın tikinti işləri həyata keçirilməkdədir. Lakin həmin məktubda cavabdehlə bağlanan müqavilə barəsində məlumat verilməkdən imtina olunmuşdur. Cavabdeh1 binanın sökülməsi ilə əlaqədar iddiaçıdan mənzili tərk etməsini və yeni tikiləcək binada ona verilən mənzildə birgə yaşayışı davam etdirəcəklərini iddiaçıya bildirmişdir. Yeni bina tikildikdən və yeni mənzil cavabdehə təhvil verildikdən sonra isə cavabdeh həmin mənzildən istifadəyə mane olmuş, iddiaçının həmin mənzildə yaşamasına imkan verməmişdir. Ona görə də iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Cavabdeh1 iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək iddiaçının qanunsuz, əsassız və həqiqəti əks etdirməyən, iddia ərizəsinin təmin edilməməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.

16. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Architectural Constuction GROUP MMC ilə Cavabdeh1 arasında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ünvan 9anov rayonu, Əliyar Əliyev 41 B ünvanında, 1-ci blokun, 2-ci mərtəbəsində yerləşən, 8 saylı, 1 otaqlı, ümumi 45 kv.m ibarət olan təmirli mənzili Əliyar Əliyev küçəsi, ev 41 ünvanında sökülmüş mənzili əvəz edir. İddiaçının tələbinə münasibətdə qeyd edilir ki, iddiaçının sözügedən ünvan 6 ünvanında qeydiyyatda olması formal xarakter daşımışdır. Belə ki, uşaqların anası ilə Cavabdeh1 arasında olan nikaha 2003-ci ildə ləğv edilmiş və uşaqlar analarının himayəsində qalmışdır. Uşaqlar həmin vaxtdan bu günə qədər bir gün belə olsun həmin evdə yaşamamışlar. Əgər yaşamamışlarsa hansı istifadə hüquqund an söhbət gedə bilər?! Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd olunanla bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı qeyd edir ki, o, həmin mənzildə yaşayırdı. İddiaçı 8 ildir evlidir. Cavabdeh1 isə yenidən nikaha daxil olmuş, 20 ildən çoxdur ki evlidir və 2 övladı var. Əgər iddiaçı iddia edirsə, o evdə yaşamışdırsa, 8 nəfərin 20 kv.m evdə yaşaması məntiqə uyğun deyildir.

17. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh2 ünvan 9anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzilə dair istifadə hüququnun olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh2 anaları X7 ilə nikah pozulmamışdan qabaq onlar kirayə qalırdılar. 27 nömrəli mənzili keçmiş həyat yoldaşı bəyənmədiyindən orada qalmırdılar. Uşaqlar ananın himayəsində olduğundan, keçmiş həyat yoldaşı orada qeydiyyatda olduğundan uşaqlar 18 yaşına çatar-çatmaz ora qeydiyyata düşmüşlər. Nikah pozulduqdan sonra onlar Xaçmaz rayonu, Qusarçay qəsəbəsinə X4 anasının yanına daimi köçmüşlər. O, hal-hazırda ikinci həyat yoldaşı ilə X11 ilə rəsmi nikahdadır. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. O, sözügedən mənzildə qeydiyyatda olsalar da, hal-hazırda kirayə mənzildə yaşayırlar. Yeni mənzil onlara təhvil verilməmişdir. Ona məxsus mənzildə cavabdehlərə aid heç bir əşya yoxdur və uzun illərdir ki, cavabdehlər ayrı ünvanlarda yaşayırlar. Aralarında olan ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı və onun anası yaşadıqları mənzilə gələrək onun ailəsini təhqir etmiş, həyat yoldaşına hədə-qorxu gəlmiş, ona və ailəsinə nalayiq ifadələr işlətmişdir. Cavabdehlərin hər birinin yaşamaq üçün mənzilləri olsa da, ona məxsus mənzildən pasport qeydiyyatından çıxmırlar. Bu isə onun mülkiyyət hüquqlarını pozur.

19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair 2(005)1526/2024 saylı mülk i işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-626/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

20. X3 ifadəsində bildirmişdir ki, cavabdehlə 2003-2004-cü illərdən etibarən qonşu olmuşlar. Bina sökülən zaman cavabdeh ona mənzili satmaq istəsə də, oğlu ilə bağlı problemlər olduğunu bildirmişdir. İddiaçının mübahisəli mənzildə yaşadığını heç görməmişdir. DİN tərəfindən 2003-cü ildə order əsasında yaşayış mənzili verilirdi. O, cavabdehin əvvəlki ailəsini ümumiyyətlə tanımamış, yalnız ikinci ailəsi barədə məlumatı var. Cavabdehlə mənzilləri yanaşı yerləşirdi. Cavabdehin mənzili 1 otaqdan ibarət olmaqla, sahəsi 20-22 kv.m idi. Mənzillərin sahəsi hamıda eyni idi.

21. X1 ifadəsində bildirmişdir ki, Cavabdeh1 1994-1995-ci ildən etibarən tanıyır və o, qonşusudur, iddiaçını isə tanımır. 1986-cı ildən etibarən o, sökülən binada yaşayır. Atası Cavabdeh1 kimi polis işçisi olduğuna görə, ona həmin binada mənzil verilmişdi. Təqribən 1997-1988-ci ildən etibarən cavabdehin 2-ci ailəsini tanımış, onun 1-ci ailəsi barədə məlumatı yoxdur. Onlar 1-ci, cavabdeh isə 3-cü mərtəbədə olmaqla bina sökülənə qədər həmin ünvanda yaşamışlar. Əlavə olaraq qeyd edir ki, ona məxsus mənzil artım olduğuna görə, 45 kv.m idi, lakin mənzillərin standart sahəsi 1 otaqlı olmaqla 19-23 kv.m idi.

22. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)626/2024 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) birinci iş üzrə iddia tələbi təmin edilməmiş, birləşdirilmiş iş üzrə iddia tələbi təmin edilərək cavabdehlər İddiaçı və Cavabdeh2 ünvan 9anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi qət edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, birinci iş üzrə İddiaçı ünvan 9anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən 27 saylı mənzildən istifadə hüququnun yaranıbyaranmadığı ilə bağlı mübahisə mövcuddur. Belə ki, birinci iş üzrə cavabdehin verdiyi izahatlara və yazılı etirazlarına əsasən, ikinci iş üzrə cavabdehlər söküntüsü aparılmış mənzildə yaşamamışlar, yalnız Cavabdeh2 qısa müddət yaşamış, daha sonra anaları ilə daimi yaşamaq üçün başqa ünvana köçmüşlər, hətta cavabdehlər ümumi təhsillərini Xaçmaz rayonunda almışlar. Bununla yanaşı, birinci iş üzrə İddiaçı doğulduğu vaxtdan, yəni xx.xx.1990-cı il tarixdən sökülmüş ünvanda yerləşən mənzildə yaşamaqla qeydiyyatda old uğunu, binanın sökülməsi ilə əlaqədar mənzili tərk etdiyini və yeni tikiləcək binada veriləcək mənzildə yaşaması üçün ona şərait yaradılacağı iş üzrə Cavabdeh1 tərəfindən əmin edilmişdir. Birinci iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək, söküntüsü aparılmış mənzilin 1992-ci ildə polis orqanlarında işlədiyinə görə verildiyini, həmin mənzildə cavabdehlər qeydiyyata alınsalar da keçmiş arvadı - cavabdehlərin anası tərəfindən həmin mənzildə qəti olaraq yaşamağa etiraz edildiyi, bu səbəbdən də övladlarını götürüb getdiyini bildirir. 24. ünvan 9anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən 27 saylı mənzil ilə bağlı birinci iş üzrə Cavabdeh1 istifadə hüququ 1992-ci ildən sonra yarandığından müvafiq münasibətlərə əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin maddi hüquq normaları tətbiq ed ilməlidir.

25. Məhkəmə hər iki iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, işin məhkəmədə müəyyən edilmiş faktiki halları və şahid ifadələrinə əsasən, ikinci iş üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 mübahisəli mənzildə yaşamaları, o cümlədən həmin mənzildən təyinatı üzrə istifadə etmələri müəyyən edilmir. Belə ki, məhkəməyə sübut qismində təqdim olunmuş Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz Rayon X28 Orta Məktəbinin xx.xx.2024-cü il tarixli arayışlarından da göründüyü kimi, ikinci iş üzrə cavabdehlər 1995-ci il və 1997-ci il tarixlərində müvafiq olaraq A.Məmmədov adına X28 orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, məktəbi bitirənədək, yəni 2006-cı il tarixədək həmin məktəbdə oxumuşlar. Bundan başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2- 1207/2003 saylı, xx.xx.2003-cü il tarixl i qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə cavabdeh Bayramova (Qədirova) Məhbubə Qubad qızı arasında olan nikah pozulmuş, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı cavabdeh X4 himayəsində və tərbiyəsində saxlanılması qət olunmuşdur. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdehlər İddiaçı və Cavabdeh2 hələ valideynlərinin nikahlarının rəsmi qaydada pozulmasından əvvəl Xaçmaz Rayon X28 Orta Məktəbində təhsil almağa başlamışlar, nikah rəsmi pozulduqdan sonra anaları Bayramova (Qədirova) Məhbubə Qubad qızının himayəsində saxlanılmış və həmin dövrdə Xaçmaz rayonunda yaşamışlar.

26. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirmişdir ki, ikinci iş üzrə iddiaçı Cavabdeh1 təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X5 da ifadələrində hazırki mübahisəli hala dair faktları təsdiq edərək, İddiaçı habelə Cavabdeh2 mübahisəli mənzildə yaşadığını görmədiklərini, onları tanımadıqlarını, Cavabdeh1 hazırki ailəsinin ikinci nikahı olmasından məlumatlı olmadıqlarını, o cümlədən hazırki nikahından dünyaya gəlmiş övladlarını tanıdıqlarını bildirmiş, mülki iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbinin dəlilləri barədə faktları təsdiqləmişlər. Beləliklə, ikinci iş üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 mübahisəli mənzildə heç vaxt yaşamadıqları şahid ifadələri ilə də öz təsdiqini tapmışdır.

27. Bundan başqa, iş materiallarında olan 134 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən Nərimanov rayonu, Əşrəf Əliyev 41B ünvanında yerləşən binada val ideynləri ilə birgə qeydiyyatda olmuşdur. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, şəxsin mənzildə pasport qeydiyyatının olması faktı öz-özlüyündə onun həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil.

28. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, birləşdirilmiş iddia üzrə digər Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş, onun tərəfindən iddia tələbinə heç bir münasibət bildirilməmişdir.

29. Beləliklə, işin faktiki hallarına və şahid ifadələrinə əsasən müəyyən olunmuşdur ki, cavabdehlər faktiki olaraq ünvan 9anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzil ünvanda yaşamamışlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır.

30. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

31. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə, 9-cu maddə sinin birinci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində bir sıra pozuntulara yol verilmiş, işin halları ilə uyğun gəlməyən və sübuta yetirilməyən faktiki hallara istinad olunmuşdur. Məhkəmə cavabdehin təqdim etdiyi boşanma haqqında qətnaməyə və orta məktəbin verdiyi arayış ı, eləcə də şahid ifadələrini əsas götürərək belə bir qanunsuz qətnamə qəbul etmişdir. Şahid ifadələri ilə bağlı qeyd etmək lazımdır ki, həmin şəxslərin verdiyi ifadələr heç bir halda mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin şəxslər cavabdeh tərəfindən məhkəməyə cəlb edilmiş və ancaq öz mövqelərinə uyğun ifadə verə biləcək şəxslər nəzərə alınmışdır. Onların ümumiyyətlə bu işlə bağlılıqları müəyyən olunmur, həmin binada həqiqətən yaşamaları və qonşu olmaları ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ümumiyyətlə belə bir vəsatəti təmin etməməli olduğu halda, həm vəsatəti təmin etmiş, həm də həmin şahidlərin verdikləri ifadələri mötəbər dəlil kimi qiymətləndirmişdir. Hətta qətnamədə də qeyd edildiyi kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində b ildirmişdir ki, cavabdehlə 2003-2004-cü illərdən etibarən qonşu olmuşlar. Hazırki mübahisə isə 1992-ci ildən İddiaçı həmin mənzildə yaşaması ilə bağlı olmuşdur. Göründüyü kimi, bu ifadələr mübahisənin mahiyyətinə hər hansı təsir göstərə bilməz, ona görə də məhkəmə tərəfindən qətnamə qəbulu zamanı nəzərə alınmamalı idi. Məhkəmənin növbəti kobud pozuntusu onunla əlaqədar olmuşdur ki, hər hansı sübut olmadan nikah rəsmi pozulduqdan sonra iddiaçının anası Bayramova (Qədirova) Məhbubə Qubadqızının himayəsində saxlanıldığı üçün həmin dövrdə Xaçmaz rayonunda yaşadığını müəyyən etməsi olmuşdur. Halbuki, bununla əlaqədar iş üzrə hər hansı sübut yoxdur və ola da bilməz. Həmin qətnamə şəxslərin yaşayış yeri ilə bağlı hər hansı məlumat vermir, yalnız İddiaçı anasının himayəsində saxlanıldığını təsdiq edir. Cavabdehin təqdim etdiyi təhsillə bağlı arayış onun yaşayış yerini müəyyən etmir. Çünki proses zamanı da bildirdiyi kimi, İddiaçı faktiki olaraq təhsilinin ilk illərini Bakı şəhərində 32 saylı orta məktəbdə almış, 2006-cı ildə 1 saylı Bakı Peşə liseyinə qəbul olmuş, 2009-cu il tarixində oranı bitirmişdir. Qətnamənin növbəti qanunsuzluğu onunla əlaqədar olmuşdur ki, iddia tələbi yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi olmuşdur və məhkəmə iddia tələbini olduğu kimi təmin etmişdir. Hətta məhkəmə gedişatı zamanı hakim pozuntuya yol verərək cavabdehə iddianın “istifadə hüququnun itirilmiş hesab edilməsi” kimi dəyişdirilməsini təklif etmiş, lakin cavabdeh bununla razılaşmamış və tələbini bu qaydada qoymuşdur. Şəxsin övlad olma faktı artıq istifadə hüququnun yaranması ü çün əsasdır. Onun sonradan həmin evdə yaşayıbyaşaması istifadə hüququna xitam zamanı araşdırıla bilər. Qanunvericiliyin istinad olunan normalarından da aydın olur ki, şəxsin birinci dərəcəli ailə üzvü olması onun yaşayış sahəsindən istifadə hüququnun yaranması və bu hüququn mövcud olması üçün kifayətdir. Əgər şəxs bu hüququndan istifadə etməzsə və Konstitusiya Məhkəməsinin Plenum qərarlarında göstərilən əsaslar üzrə öz yaşayış yerini daimi olaraq tərk edirsə, yaranmış istifadə hüququna xitam verilə bilər. Məhkəmə elə bir qətnamə çıxarmışdır ki, İddiaçı ümumiyyətlə mübahisə predmeti olan mənzilə istifadə hüququ yaranmamışdır. Halbuki, işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin oğludur və hazırda da valideynlik hüquqlarından məhrumetmə halı olmadığı üçün rəsmi olaraq ata-oğul statusunda dırlar. Belə olan təqdirdə İddiaçı istifadə hüququnun ümumiyyətlə yaranmadığını təsbit etmək tamamilə qanunazidd olmuşdur. Qətnamədə 6-cı səhifə 2-ci abzasında da göstərildiyi kimi, “birinci iş üzrə cavabdehin verdiyi izahatlara və yazılı etirazlarına əsasən, ikinci iş üzrə cavabdehlər söküntüsü aparılmış mənzildə yaşamamışlar, yalnız Cavabdeh2 qısa müddət yaşamış, daha sonra anaları ilə daimi yaşamaq üçün başqa ünvana köçmüşlər, hətta cavabdehlər ümumi təhsillərini Xaçmaz rayonunda almışlar.” Göründüyü kimi, cavabdeh də İddiaçı həmin mənzildə yaşamasını qəbul etmiş, belə olan halda onun istifadə hüququnun olmayan hesab edilməsi mümkün deyildir. Növbəti və ən vacib məqamlardan biri odur ki, ikinci iş üzrə iddiaçı Cavabdeh1 ümumiyyətlə iddia predmeti ilə bağlı subyektiv hüququ yoxdur. Çün ki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövləKt adastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun. Məhkəmə ikinci iş üzrə Cavabdeh1 subyektiv hüququ olub-olmamasını araşdırmamış, əmlak üzərində hüquqlar qeydiyyata alınmadığı və bununla əlaqədar cavabdeh tərəfindən hər hansı digər sənəd təqdim edilmədiyi halda, onu mülkiyyətçi kimi qəbul etmiş və ve rdiyi əsassız tələbi təmin etmişdir.

35. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı, birinci iş üzrə cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, kirayədə qaldığı üçün keçmiş həyatyoldaşı narazılıq edirdi və bildirirdi ki, ev sahibi tez-tez müdaxilələr edir və bu səbəblə Xaçmaza qayıdacaqdır. O, bu səbəblə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdi, polis olduğu üçün onu yataqxanaya müvəqqəti yaşamaq üçün göndərdilər və bildirdilər ki, sonra imkan olanda ona ev də verəcəklər. İddiaçının dörd yaşayış yeri var. İddiaçı ona bildirmişdir ki, onu incitmək məqsədilə bu iddianı qaldırıb. Onun öz iddiasını qaldırmaqda məqsədi odur ki, cavabdeh öz həyat yoldaşının evinə qeydiyyata düşsün.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) 2(103)-4955/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 626/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işdə olan sənədlərlə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli 13 nömrəli sərəncamına əsasən ünvan 12 ünvanında yerləşən bina sökülmüş, həmin binada iddiaçının yaşadığı 27 nömrəli mənzilin əvəzinə “X2” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixl i müqaviləyə əsasən MMC sözügedən ünvanda inşa ediləcək yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 8 saylı, 1 otaqlı, ümumi sahəsi 45,0 m2-dən ibarət olan təmirli mənzili Cavabdeh1 təhvil verməyi öhdəsinə götürmüşdür.

38. Tərəflərin izahatları və şahid ifadələri ilə həmçinin müəyyən edilir ki, sözügedən 27 nömrəli mənzil Cavabdeh1 polis əməkdaşı olduğu üçün order əsasında verilmişdir.

39. Birinci iş üzrə İddiaçı iddia ərizəsində göstərir ki, Cavabdeh1 binanın sökülməsi ilə əlaqədar iddiaçıdan mənzili tərk etməsini və yeni tikiləcək binada ona verilən mənzildə birgə yaşayışı davam etdirəcəklərini ona bildirmişdir. Yeni bina tikildikdən və yeni mənzil cavabdehə təhvil verildikdən sonra isə cavabdeh həmin mənzildən istifadəyə mane olmuş, iddiaçının həmin mənzildə yaşamasına im kan verməmişdir.

40. Lakin işdən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı, valideynlərinin nikahlarının rəsmi qaydada pozulmasından əvvəl 1997-ci ildə Xaçmaz Rayon X28 Orta Məktəbində təhsil almağa başlamış, xx.xx.2003-cü il tarixdə valideynlərinin nikahı pozulduqdan sonra da anası Bayramova (Qədirova) Məhbubə Qubad qızının himayəsində olmaqla Xaçmaz rayonunda təhsilini davam etmiş, 2006-cı ildə təhsilini bitirmişdir. İş üzrə şahid qismində ifadə vermiş şəxslər ifadələrində bildirmişlər ki, İddiaçı sözügedən mənzildə yaşadığını görməmişlər.

41. Məhkəmə iclasında iddiaçı özü də bildirmişdir ki, o, birinci və ikinsi sinifə həmin mənzildən getmişdir.

42. Beləliklə, göstərilənlərlə müəyyən edilmişdir ki, İddiaçı Ə.Əliyev küçəsi 41B ünvanında yerləşən binanın 27 nömrəli mənzilindən 199 7-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində köçmüş və orada yaşamağa davam etmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

44. Qanunvericiliyin tələbindən göründüy ü kimi, Cavabdeh1 birləşdirilmiş iş üzrə iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır və onun ərizəsinin məzmunundan, həmçinin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatlarından müəyyən olunur ki, onun iddia qaldırmaqda məqsədi İddiaçı Ə.Əliyev küçəsi 41B ünvanında yerləşən binanın 27 nömrəli mənzilindən istifadə hüququnun olmamasının təsbit edilməsi, bunun müəyyən edilməsi nəticəsində İddiaçı həmin mənzildən qeydiyyatdan çıxarılması, veriləcək yeni mənzilə İddiaçı iddialarının qarşısının alınmasıdır.

45. İşdən də göründüyü kimi, İddiaçı mənzil qanunvericiliyi ilə müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində həmin mənzildən istifadə hüququnu itirmişdir. Beləliklə, iddia tələbinin “yaşayış sahəsindən istifadə hüququnun olmayan he sab edilməsi” və ya “istifadə hüququnun itirilmiş hesab edilməsi” kimi ifadə olunmasından asılı olmayaraq, hazırda İddiaçı sözügedən mənzildən istifadə hüququ mövcud deyil.

46. Apellyasiya instansiyası məhkəməsi etmişdir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzrə ifadə vermiş şahidlərin yaşayış yerlərinin Ə.Əliyev küçəsi 41B ünvanında yerləşən bina olması iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışlarla müəyyən edilir (iş v. 165-166). Birinci iş üzrə iddiaçı birinci instansiya məhkəm əsində vəkil ilə təmsil olunmuş, digər şahidlərin çağırılması barədə vəsatət vermək hüququndan istifadə etməmişdir.

48. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, şəxsin mənzildə qeydiyyatının olması faktı öz-özlüyündə onun həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil.

49. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, birləşdirilmiş iş üzrə iddia təmin olunduğundan birinci iş üzrə iddianın təmin edilməsi istisna edilir.

50. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

51. Məhkəmə kollegiyası mövqeyini xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54, 60, 106, 107-ci və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı apellyasiya məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(103)-4955/2024 saylı qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddia tələbinin təmin edilməsini, birləşdirilmiş icraat üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

53. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qeyd edilən normalarda təsbit edilən birinci dərəcəli ailə üzvünün istifadə hüququna malik olmasını nəzərə almadan və qanunu pozaraq İddiaçı ümumiyyətlə istifadə hüququnun olmamasını müəyyən etmişdir. Məhkəmələr hər hansı sübut olmadan Cavabdeh1ı icarədar hesab etmiş, buna əsasən i kinci iddianı tam təmin etmişdir. Bununla da qeyd olunan 107-ci maddənin tələblərini pozmuşdur. Məhkəmə ikinci iş üzrə Cavabdeh1 subyektiv hüququ olub-olmamasını araşdırmamış, əmlak üzərində hüquqlar qeydiyyata alınmadığı və bununla əlaqədar cavabdeh tərəfindən hər hansı digər sənəd təqdim edilmədiyi halda, onu icarədar kimi qəbul etmiş və verdiyi əsassız tələbi təmin etmişdir. Məhkəmə ətraflı bir araşdırma aparmamış, formal mülahizələrdən çıxış etmiş, verilən qərar ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğun olmamışdır. Məhkəmə,özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları hüquqi cəhətdən əsaslandırmamış, araşdırılan sübutların qəbul edilməməsinin səbəblər i göstərilməmişdir.

54. Birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam araşdırılması həyata keçirilməmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün bütün addımlar atılmamışdır. Məhkəmə cavabdehin əvəzinə özü hansısa faktları sübuta yetirməyə çalışmış, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməməsinə baxmayaraq, müvafiq faktları sübuta yetirilmiş kimi qiymətləndirmişdir. Belə ki, xüsusilə cavabdeh tərəfindən mübahisəli mənzilə dair hər hansı sənəd, o cümlədən order təqdim edilməməsinə baxmayaraq, məhkəmə yalnız şəxsin izahatına əsasən, həmin mənzilin cavabdehə order əsasında verildiyini təsbit etmişdir. Bu da qanunun kobud pozuntusudur. Məhkəmə birbaşa sübutları nəzərə almamış, özü dolayı yollarla hansısa qənaətə gəlmiş, qanunun tələblərinə əsasən sübut edilməli olan hal ları özü qiymətləndirmişdir. Məhkəmələr birləşdirilmiş iş üzrə icraatda iddia tələbindən kənara çıxmış, cavabdehin verdiyi iddianı başqa formada şərh etmişdir. Halbuki qanunun imperativ tələblərinə əsasən, məhkəmənin belə səlahiyyəti yoxdur. Qətnamədə sübutlar əlaqəli şəkildə şərh edilməmiş, qəbul edilməyən sübutların səbəbləri izah edilməmişdir.

55. Apellyasiya instansiya məhkəməsi hər hansı sübut olmadığı təqdirdə, cavabdehi mənzilin icarədarı kimi tanımış, 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsini mübahisə predmetinə tətbiq etmişdir.

56. Məhkəmə belə əsaslandırma etmişdir ki, “Beləliklə, göstərilənlərlə müəyyən edilir ki, İddiaçı Ə.Əliyev küçəsi 41B ünvanında yerləşənbinanın 27 nömrəli mənzilindən 1997-ci ildə Xaçmaz rayonunun Qusarçay k əndindəköçmüş və orada yaşamağa davam etmişdir.” İlk növbədə qeyd edilməlidir ki, iddiaçı apellyasiya məhkəməsində verdiyi izahatda da göstərmişdir ki, həmin mənzildən köçməsi öz istəyi ilə deyil, məhz Cavabdeh1 təzyiqi və məcburiyyəti ilə olmuşdur. Bununla əlaqədar polis orqanlarına da müraciət olunmuş, məhz cavabdehin hərəkətləri ilə iddiaçının həmin mənzildə yaşaması mümkün olmamışdır. Məhkəmənin daha sonra Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etməklə, Cavabdeh1 birləşdirilmiş iş üzrə iddia tələbini irəli sürməyə subyektiv hüququnun olduğunu qeyd etməsi tamamilə yanlışdır. Çünki 60-cı maddədə şəxsin öz iradəsi ilə yaşayış sahəsini daimi tərk etməsi nəzərdə tutulur. Hazırki mübahisədə isə İddiaçı həmin dövrdə 7 yaşlı uşaq olduğu üçün öz iradəsi ilə mənzili tərk edə bilməz. O, məhz atasının, yəni Cavabdeh1 tələbi və yaratdığı maneələrə görə mənzili tərk etmək məcburiyyətində qalmışdır. Məhkəmələr isə bu halları araşdırmamış, düzgün hüquqi qiymət verməmişlər.

57. Şahid ifadələri ilə bağlı qeyd etmək lazımdır ki, həmin şəxslərin verdiyi ifadələr heç bir halda mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin şəxslər cavabdeh tərəfindən məhkəməyə cəlb edilmiş və ancaq öz mövqelərinə uyğun ifadə verə biləcək şəxslər nəzərə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, cavabdehlə 2003-2004-cü illərdən etibarən qonşu olmuşlar. Hazırki mübahisə isə 1992-ci ildən iddiaçının İddiaçı həmin mənzildə yaşaması ilə bağlı olmuşdur. Göründüyü kimi bu ifadələr mübahisənin mahiyyətinə hər hansı təsir göstərə bilməz, ona görə də məh kəmə tərəfindən qətnamə qəbulu zamanı nəzərə alınmamalı idi. Qətnamədə birləşdirilmiş iş üzrə iddia tələbi ilə bağlı qeyd edilir ki, “İşdən də göründüyü kimi, İddiaçı mənzil qanunvericiliyi ilə müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində həmin mənzildən istifadə hüququnu itirmişdir. Beləliklə, iddia tələbinin “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” və ya “istifadə hüququnun itirilmiş hesab edilməsi” kimi ifadə olunmasından asılı olmayaraq, hazırda İddiaçı sözügedən mənzildən istifadə hüququ mövcud deyil.” Halbuki birinci instansiya məhkəmə gedişatı zamanı hakim pozuntuya yol verərək cavabdehə iddianın “istifadə hüququnun itirilmiş hesab edilməsi” kimi dəyişdirilməsini təklif etmiş, lakin cavabdeh və vəkilir bununla razılaşmamış və tələbini bu qaydada qoymuşdur. Cavabdeh vəkillə təmsil olunmuş və öz iradəsi ilə bu tələbi seçmişdir. Bu halda məhkəmələr iddia tələbindən kənara çıxmaqla qanunun tələbini pozmuşlar. Qeyd edilməlidir ki, 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur... Həmin məcəllənin 123-cü maddəsinə əsasən, Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi şəxsin övlad olma faktı artıq istifadə hüququnun yaranması üçün əsasdır. Onun sonradan həmin evdə yaşayıb-yaşaması istifadə hüququna xitam zamanı araşdırıla bilər. Qanunvericiliyin göstərilən normalarından da aydın olur ki, şəxsin birinci dərəcəli ailə üzvü olması onun yaşayış sahəsindən istifadə hüququnun yaranması və bu hüququn mövcud olması üçün kifayətdir. Əgər şəxs bu hüququndan istifadə etməzsə və Konstitusiya Məhkəməsinin Plenum qərarlarında göstərilən əsaslar üzrə öz yaşayış yerini daimi olaraq tərk edirsə, yaranmış istifadə hüququna xitam verilə bilər. Bu halda isə məhkəmə elə bir qətnamə çıxarmışdır ki, İddiaçı ümumiyyətlə mübahisə predmeti olan mənzilə istifadə hüququ yaranmamışdır. Halbuki işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin oğludur və hazırda da valideynlik hüquqlarından məhrumetmə halı olmadığı üçün rəsmi olaraq ata-oğul statusundadırlar. Belə olan təqdirdə İddiaçı istifadə hüququnun ümumiyyətlə yaranmadığını təsbit etmək tamamilə qanuna zidd olmuşdur. Növbəti və ən vacib məqamlardan biri odur ki, ikinci iş üzrə iddiaçı Cavabdeh1 ümumiyyətlə iddia predmeti ilə bağlı subyektiv hüququ yoxdur. Çünki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Apellyasiya məhkəməsi kobud pozuntuya yol verərək qeyd edir ki, “Tərəflərin izahatları və şahid ifadələri ilə həmçinin müəyyən edilir ki, sözü gedən 27 nömrəli mənzil Cavabdeh1 polis əməkdaşı olduğu üçün order əsasında verilmişdir.” Halbuki bu fakt izahatlar və ya ş ahid ifadələri ilə sübuta yetirilə bilməz. Bu halın mövcudluğu yalnız tərəfin təqdim edə biləcəyi orderlə mümkündür. Apellyasiya icraatı çərçivəsində sədrlik edən hakim bir daha Cavabdeh1 bu mənzilin orderi barəsində soruşmuş, o isə orderin olmadığını bildirmişdir. Belə olan halda məhkəmənin bu cür əsaslandırması qanuna ziddir. Apellyasiya məhkəməsi Azərbaycan SSR Mənzil Məcəlləsinin 107-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, “Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəss isə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.” Məhkəmənin bu maddəyə istinad edib, hər hansı sübut, sənədlər olmadan, həmin mənzil üzərində Cavabdeh1 hüquqlarının olmasını qeyd etməsi tamamilə qanunaziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki,“mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmı ş şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birin ci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.” Məhkəmənin qətnamədə istinad etdiyi hüquqi normalar Azərbaycan SSR mənzil məcəlləsində icarədar ilə bağlıdır və yalnız həmin məcəlləyə görə icarədar belə bir iddia qaldırmaq hüququna malikdir. İş üzrə materiallardan da aydın olur ki, Cavabdeh1 mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ yoxdur, eləcə də o, icarədar hesab edilə bilməz. Belə olduğu təqdirdə öz ailə üzvünün istifadə hüququnun tanınması tələbi ilə çıxış etməsinə də subyektiv hüququ yoxdur. Bu hald a isə iddia təmin edilə bilməz. Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən, Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Oxşar iş üzrə Ali Məhkəmənin 2(102)-661/2020 saylı, xx.xx.2020 saylı qərarında da hüquqi mövqe buna uyğun olmuşdur.

58. Kassasiya şikayəti 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 107, 123-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77, 81, 88, 174.2, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair» 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr2005-c i il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

60. Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab ed ilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

61. Maddə 54.İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

62. Maddə 60 (birinci və altıncı hissələr).İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

63. Maddə 106.(birinci və ikinci hissələr)Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti ü çün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir.

64. Maddə 107 (birinci, ikinci və dördüncü hissələr).Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si:

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və iş in baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

70. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Məhkəmə kollegiyası kassasiya şikayətinin ikinci iş üzrə iddiaçı Cavabdeh1 ümumiyyətlə iddia predmeti ilə bağlı subyektiv hüququ olmaması barədə dəlili ilə əlaqədar bildirir ki, apellyasiya instansiyası məhkəməsi müvafiq sübutları araşdırmaqla Cavabdeh1 subyektiv hüququnun olmasını müəyyənləşdirmiş.Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı Cavabdeh1 qarşı iş üzrə müvafiq iddianı qaldırmaqla özü də Cavabdeh1ı subyektiv hüququn sahibi kimi qəbul etmişdir.

79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

81. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə ko llegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(103)-4955/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar