Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8101/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli 2(103)-8391/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-si tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və akt əsasında hesablanmış 152278 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 05 fevral 2018-ci il tarixli, 2(009)-521/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı adına tərtib olunmuş ******* №-li, 31.08.2017-ci il tarixli aktın ləğv edilməsi və akt əsasında hesablanmış 152278 manat cərimənin silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, İsmayıl Vəliyev və Elnur Həsənov) 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavab deh apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aslan Kalbalıyev - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev və Ələsgər Əliyev) 05 aprel 2019-cu il tarixli qərarı ilə Cavabdeh İB-nin vəkili Vəkil2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Şərafət Məmmədova) 2(103)-8391/2019 nömrəli, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail ray on Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2(009)-521/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən 31.08.2017-ci il tarixdə tərtib edilmiş ******* saylı akt fiziki şəxs kimi İddiaçı aid hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin qismən iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuş, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə qətnaməsini cəmi bir cümlə ilə belə əsaslandırmışdır ki, «Belə ki, cavabdeh akt üzrə borcu hüquqi şəxsdən tələb etmək hüququna malikdir». Məhkəmənin bu mövqeyi tam qanunsuz və əsassızdır. Belə ki, 31 avqust 2017-ci il tarixdə Cavabdeh İB-nin mühəndisləri 111,111 və 111 tərəfindən 000 qəsəbəsində yerləşən, abonent kodu №**********0096 olan alçipan istehsalı zavodunda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Yoxlamanın nəticəsi ***** ** №-li aktla rəsmiləşdirilmiş və həmin aktda göstərilmişdir ki, İTRİ-nin labarator yoxlamasının nəticələrinə dair 30 avqust 2017-ci il tarixli 29/1640-1742-1 saylı akta əsasən sayğacın kənar təsir nəticəsində hesablama mexanizmini hərəkətə gətirən dişli çarxının dişləri kəsilmişdir. Nəticədə sayğac hesabat aparmamışdır. Dəymiş ziyan hesablansın, ödənişi təmin olunsun. Həmin akt əsasında 152.278 (yüz əlli iki min iki yüz yetmiş səkkiz) manat məbləğində cərimə hesablanmışdır. Qeyd olunan akt qanunsuz, əsassız və qərəzli olaraq tərtib edilmişdir. Həmin aktın İddiaçı adına tərtib olunması tamamilə qanunsuzdur. Belə ki, akta əsasən istehlakçı: fiziki şəxs kimi İddiaçı göstərilmişdir. Lakin iddiaçı ilə cavabdeh təşkilat arasında 000 qəsəbəsində yerləşən, abonent kodu № 0**********0096 olan alçi pan istehsalı zavodu ilə bağlı müqavilə bağlanmamışdır və həmin qaz sayğacının onun hər hansı bir əlaqəsi yoxdur. Bundan başqa, müəssisəyə verilən təbii qazın həcmini müəyyən edən sayğac müəssisədən kənarda, Sumqayıt Qaz İstismarı Sahəsinin müvafiq stansiyasının ərazisində yerləşir. Həmin ərazi mühafizə olunan ərazidir və kənar şəxslərin sayğaclara qanunsuz müdaxilə etməsi mümkün deyil. Qeyd olunan qaz sayğacı çıxarılan zaman və həmin sayğac laboratoriaya göndərilən zaman onun plombları üzərində olmuşdur. Cavabdeh İBnin əməkdaşları tərəfindən akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci ilin tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Bundan başqa, tərtib edilmiş akt hal şahidlərinin iştirakı olmada n tərtib edilmiş və bu barədə iddiaçıya heç bir məlumat, həmçinin aktın surəti verilməmişdir. Cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız akt tərtib olunmuş və həmin akt əsasında o, qanunsuz olaraq cərimə olunmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin akt üzrə borcu hüquqi şəxsdən tələb etmək hüququna malik olmasını qeyd etsə də, hüquqi şəxsin adına hər hansı bir akt tərtib olunmadığını, Cavabdeh İB-nin 245/30264 №-li hesab faktura əsasında 152.278 manat borcun ondan tələb olunduğunu nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi aktın tam qanunsuz olması ilə bağlı iddia ərizəsində göstərilən digər dəlilləri ümumiyyətlə araşdırmamış və onlara qiymət verməmiş, qərəzli olaraq işi tam araşdırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, iş üzrə iddia tələblərinin qismən təmin olunması barədə qərəzli, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Cavabdehin vəkili 111 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi qini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 000 qəsəbəsində yerləşən, abonent kodu № 0**********0096 olan alçipan istehsalı zavodu ilə bağlı «qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı» barədə 2730-12-16 saylı, 29.12.2016-cı il tarixli müqavilə «xxxx» MMC ilə Cavabdeh İB arasında bağlanmışdır. Qeyd olunan müqaviləni «xxxx» MMC-nin adından nümayəndə qismində İddiaçı imzalamışdır. 31 avqust 2017-ci il tarixdə Cavabdeh İB-nin mühəndisləri 111,111 və 111 tərəfindən 000 qəsəbəsində yerləşən, abonent kodu № 0**********0096 olan alçipan istehsalı zavodunda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və yoxlamanın nəticəsi ******* №-li aktla rəsmiləşdirilmiş, lakin həmin akt istehl akçı kimi hüquqi şəxsə deyil, fiziki şəxs qismində İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin Sumqayıt QİS-nin birinci instansiya məhkəməsinə ünvanladığı 31.01.2018-ci il tarixli məktubundan görünür ki, abonent saldosunda İddiaçı adına olan 0**********0096 kod «xxxx» MMC-nin adına dəyişdirilmişdir. Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair 29.12.2016-cı il tarixli 2730-12-16 saylı müqavilə «xxxx» MMC ilə bağlandığından, 31.08.2017-ci il tarixli qərar ilə hesablanmış 134943,20 manat itirilmiş təbii qazın dəyəri İddiaçı deyil, «xxxx» MMC-dən tələb edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən 31.08.2017-ci il tarixdə tərtib edilmiş ******* saylı akt fiziki şəxs kimi İddiaçı aidiyyəti hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” 29.12.2016-cı il tarixli, 2730-12-16 saylı müqaviləyə əsasən istehlakçı hüquqi şəxs olan “xxxx” MMC-dir. 31.08.2017-ci il tarixli, ******* №-li aktda isə istehlakçı fiziki şəxs kimi hazırkı iş üzrə iddiaçı qeyd olunmuşdur. 07.09.2017-ci il tarixli hesab fakturada ödəyən fiziki şəxs İddiaçı göstərilsə də, həmin fakturada hüquqi şəxs olan “xxxx” MMC-nin VÖEN ********** qeyd olunmuşdur. İddiaçı “xxxx” MMCdə təsisçi olmaqla, hüquqi şəxsi təmsil edəcək qanuni təmsilçi deyildir. Hüquqi şəxsin qanuni təmsilçisi X1r. 31.08.2017-ci il tarixli, ******* №-li aktın iddiaçıya aidiyyətı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. “Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gö rə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, 31 avqust 2017-ci il tarixli ******* №-li aktda hüquqi şəxsə məxsus obyektdə quraşdırılmış sayğacda qüsur aşkar edildiyi halda, həmin aktın istehlakçı hüquqi şəxs haqqında deyil, onu təsisçisi barədə tərtib edilməsi düzgün olmamışdır. Buna görə də, apellyasiya məhkəməsi haqlı olaraq, həmin aktın fiziki şəxs kimi İddiaçı aid hissəsində ləğv edilməsi qənaətinə gəlmişdir. İddiaçının iddianın tam təmin edilərək aktın ümumilikdə ləğv edilməsi barədə kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, həmin aktla aşkar edilmiş qüsur hüquqi şəxsə məxsus sayğaca aid olduğundan və həmin aktın iddiaçıya aid olm adığı müəyyən edildiyindən iddiaçının həmin akta göstərilən faktın mövcud olub-olmamasını mübahisələndirmək, həmin faktla bağlı tərtib edilmiş aktın qanunsuz hesab edilməsini tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Buna görə də, apellyasiya məhkəməsi haqlı olaraq iddianı aktın tamamilə ləğv edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İB-nin Sumqayıt QİS-nin birinci instansiya məhkəməsinə ünvanladığı 31.01.2018-ci il tarixli məktubunda 31.08.2017-ci il tarixli qərar ilə hesablanmış 134943,20 manat itirilmiş təbii qazın dəyərinin İddiaçı deyil, «xxxx» MMC-dən tələb edildiyi göstərildiyindən, həmin akt əsasında hesablanmış cərimənin qanuniliyi istehlakçı “xxxx” MMC-nin müvafiq iddiası əsasında yoxlanıla bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyul 201 9-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli 2(103)8391/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8101/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8101/2019
30.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver