Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-811/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)929/19 saylı qərardadından iddiaçı Ləğv prosesində olan QSC İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Ləğv prosesində olan QSC İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan QSC İddiaçı cavabdehlər N qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 97.089,31 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş 61 manat məbləğində dövlət rüsumunun müştərək qaydada N qızı və Cavabdeh2 tutulmasına, ipoteka predmetinin ilkin satış qiym ətinin 144.000 manat məbləğində müəyyən edilməklə cavabdeh N qızından tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinə yönəldilməsi və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi qismən dəyişdirilmişdir. İddiaçı Ləğv prosesində olan QSC İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti ilə bağlı yuxarıda qeyd olunan məhkəmə qərardadı qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan QSC İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və kassasiya şikayətinə baxılması üçün işin Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hes ab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nüm ayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. (407.4.) Göstərilən Məcəllənin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa qaytarılır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə vəkilin orderi əlavə olunsa da, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır. Belə olan halda kollegiya qeyd edir ki, həmin kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinin pozulması ilə tərtib e dildiyindən düzgün olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qərardadı qanuni sayır və hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-811/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-811/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver