Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8115/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2019-cu il tarixli 2(103)-9063/2019 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim S.Talıbov) 10.03.2019-cu il tarixli, 2(008)883/2019 saylı qətnaməs i ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, cehiz əşyalarının və uşağının geyim əşyalarının qaytarılması” tələbinə dair ilk iddiasının qismən təmin edilərək, Cavabdeh tərəfindən ** saylı fərdi yaşayış evində yerləşən İddiaçı məxsus olan aşağıdakı əmlakların qaytarılması - Yataq mebel, kuşetka, 2 ədəd bra çex 3 şamlı, 2 ədəd pakrıval, pastel 3 dəst, qətifələr, yay üçün odyal 2 dəst, 3 dəst puxovıy odyal, geyimlər, ayaqqabılar, palto, gödək şuba, plaşlar, jaketlər, koftalar, yubkalar, donlar, şarflar, papaqlar, çantalar, bijuteriya, şalvarlar, ev geyimləri, pançolar, 1 ədəd hava fen, buruq feni, uşaq otağı mebel dəsti, kalyaska Chicco, motosklet, maşın üçün oturacaq maşın (oyuncaq) Qalenvagen, yellənçək, manej, yemək stolu, xodunok, vanna, vedra, qorşok, 1 ədəd Bohemi a qrafinka 6 bokalnan dəst, 2 ədəd Bohemia salfet qabı 1x2, 1 ədəd Bohemia lampa, 6 ədəd Bohemia duz qabı səbət, 2 ədəd Bohemia mürəbbə rozetkası, 2 ədəd Bohemia çay stakanı, 2 ədəd Bohemia armudu nəlbəkiylə dəst, 12 ədəd Bohemia viski stakanı, 12 ədəd Bohemia yumru ayaqlı bokal, 12 ədəd Bohemia şampan uzun bokal, 12 ədəd Bohemia araq bokalı, 6 ədəd Bohemia fujer, 1 ədəd çemodan dəsti çəngəl qaçıq bıçaq, 1 ədəd skater, 1 ədəd işləmə skater, 2 ədəd gümüş sadə şamdan, 2 ədəd paxlava gümüş qab, 2 ədəd dört bucaq gümüş qab, 1 ədəd gümüş lopatka, 1 ədəd gümüş qayçı tort üçün, 1 ədəd gümş bıçaq Şam çaydan, çay məhrabaları-4 ədəd, podnoslar, zal mebel qostinni (2 qorka, 1 timba, stol, stul)- divan kselo, 2 ədəd gəvə, 12 şam lustra çex 2 ədəd, 2 dəst pərdə (dekorativ, tül, günlük) jalüz, qablar 2 şamdan, 1 saat, 1 ədəd farfor mələkli ləpə qabı, farfor at suvenir, 12 nəfərlik ağ qızılı kobalt obednı, çaynı, 6 nəfərlik rozoviy çaynık servis 12 nəfərlik rozoviy boşqab, 1 dənə meyvə qabı, 2 ədəd konfet üçün səbət 2x50, 1 ədəd bulud, 6 ədəd qaşıq, 1 ədəd salfet qabı, 2 ədəd ayaqlı qənd qabı 2x50, 6 ədəd rozovıy kruşkası, göy kobalt 12 nəfərlik aş boşqabı, 12 nəfərlik dolma boşqabı, 12 nəfərlik nəlbəki, 1 ədəd uzun aş bulud, 1 ədəd balaca bulud, güllü serviz 12 nəfərlik obednı 6 nəfərlik çaynı, 6 nəfərlik kofeynı işləmə çaynı 6 nəfərlik çaynı işləmə Bohemia, 1 ədəd Bohemia gül qabı, 1 ədəd Bohemia Meyvə qabı, 1 ədəd trapes Bohemia meyvə qabı, 2 ədəd bohemia dörd göz ləpə qabı 1x 2, 2 ədəd bohemia üç göz ləpə qabı, Bohemia yekə səbət Bohemia orta səbət, 2 ədəd Bohemia balaca səbət 1x2, 2 ədəd Bohemia uzun şirniyyat qabı, 4 ədəd Bohemia ayaqlı mürəbbə qabı, 1 ədəd Bohemia mürəbbə qabı, 2 ədəd Bohemia limon qabı 1x2, 1 ədəd Bohemia kül qabı, 1 ədəd Bohemia lebed qabı, 1 ədəd Bohemia tort qabı və 2 ədəd Bohemia qrafinka 1x2, sintezator, oyuncaq musiqi alətləri, uşaq geyimləri yumşaq oyuncaqlar, qazan dəsti, şirəli vedra, şüşə qazan, üst üstə güllü plasmas podnoslu çaynik, ütü tefal, dəvə tüklü döşək 1ədəd, dəvə tüklü yorğan 1 ədəd, 2 ədəd qu tüklü poduşka, 2 ədəd sindifon poduşka, Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) 30.07.2019-cu il tarixli 2(103)-9063/2019 saylı qətnaməsi ilə ilk İddiaçı t ərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.03.2019-cu il tarixli, 2(008)-883/2019 saylı qətnaməsinin ilk İddiaçı Abidin qızına münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə 22.10.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun ** saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması, ** saylı fərdi yaşayış evində ona olan cehiz gətirdiyi əşyalarının özünə və uşağın geyim əşyalarının Cavabdeh tərəfindən heç bir şərt qoyulmadan onların istifad əsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ** saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və sözügedən mənzilə onun və övladı X1 barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin ərizədə göstərdiyi əşyaşaların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin ** saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması hissəsində azaldılaraq cehiz əşyalarının qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İ ddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin 2 ədəd kondisioner və 3d kinoteatr hissəsində təmin edilməməsi, ilk iddia tələbinin Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüququnun verilməsi hissəsində təmin edilməməsi, qarşılıqlı iddia ərizəsində qeyd etdiyi qızıl və zinət əşyalarının İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Osmanov Elxan Osman oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan apellyasiya kollegiyası İddiaçı və onun azyaşlı uşağının hüququnu kobud şəkildə pozmuşdur. Mübahisəli evdə onların hər ikisinin istifadə hüququ vardır. Məhkəmə kollegiyası isə bu hala düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, iddiaçı 4 ədəd əşya (1 ədəd televizor, 1 ədəd “CONON” fotoaparat, 2 ədəd kondisioner) iddiaçıya həqiqətən məxsus olduğu halda, məhkəmə tərəfindən hüquq pozuntusuna yol verilmiş, dəlilli sübutlar olduğu halda məhkəmə bu hala qiymət verməmişdir. Belə ki, fotoaparat məhkəməyə hazırda təqdim edilmiş sübutlarla təsdiq olunmuşdur ki, İddiaçı məxsusdur. İddiaçı nişanlı olduğu aman fotoaparat onun üzərində olduğu şəkillərdə, qardaşının üzərində çəkilmiş şəkillərdən təsdiq olunur ki, fotoaparat İddiaçı şəxsi əmlakıdır. Bundan başqa, digər əşyalar cehiz göndərildikdə, televizor, kondisioner divara asılmış, televizor isə yerinə qoyulmuşdur. Şəkillərə baxdıqda tarixin hans ı tarix qeyd oulnması mötəbər sübutdur. Bu hallara məhkəmə səthi yanaşmış, işə birtərəfli baxmışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2019-cu il tarixli 2(103)-9063/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, vəkili Osmanov Elxan Osman oğlu və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə i clasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qənaətini dəyişdirmədən saxlayan apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi 3 ədəd əşyanın (bir ədəd televizor, 1 ədəd «Conon» fotoaparat, 2 ədəd kondisionerin) özünün mülkiyyətində olduğunu sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, həmin əşyaların iddiaçıya deyil, ona məxsus olduğunu, geri qaytarılmalı əmlak olmamasını sübut etməlidir. Göstərilən sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından apell yasiya kollegiyası hesab etmişdir ki, işin hər hansı bir halı ilə təsdiq olunmur ki, iddiaçı həmin əşyaları cehiz olaraq gətirmiş və hazırda cavabdehin qanunsuz sahibliyindədir. İddiaçı sübut olaraq fotoşəkillər, bir ədəd fotoaparat qutusu təqdim edir. Lakin nəzərə alınmalıdır ki, fotoşəkillərdə olan əşyaların məhz iddiaçı tərəfindən gətirilərək mübahisəli ünvanda yerləşdirilməsi mötəbər sübutlarla təsdiq olunmur. Aşkar olan və əlavə sübuta ehtiyacı olmayan haldır ki, hər bir evdə kondisioner, televizor ola bilər. Fotoaparatın isə hər bir evdə olması mümkün olmaya bilər. İddiaçı müvafiq olaraq həmin əşyaların özü tərəfindən gətirildiyini iddia edirsə həmin əşyalara aid olan sənədləri (texniki pasportu, zəmanət talonunu və s) təqdim etmək imkanı olardı. Lakin istinad olunan sənədlər də məhk əməyə təqdim edilmir. Belə olan halda iddiaçı həmin əşyaların mövcudluğunu və ya cavabdeh tərəfində saxlanılaraq ona verilmədiyini sübut edə bilmədiyinə görə sübutetmənin cavabdehin üzərinə keçməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci ma ddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ilk iddiaçı kassasiya şikayətində mənzillə bağlı onun və uşağının hüququnun pozulmasını qeyd etsə də, iş materialları ilə də müəyyən edilir ki, ilk iddiaçı tələbini azaldaraq (səh 56) yalnız cehiz əşyalarının qaytarılmasını tələb etmiş və onun tələbi üzrə məhkəmə araşdırması həyata keçirilmişdir. Kassasiya şikayətində qeyd etdiyi əmlaklarla bağlı dəlillərə gəldikdə isə qeyd edilməlidir ki, apellyasiya kollegiyası həmin hissə üzrə araşdırma aparmış və qeyd etmişdir ki, fotoşəkillərdə olan əşyaların məhz iddiaçı tərəfindən gətiri lərək mübahisəli ünvanda yerləşdirilməsi mötəbər sübutlarla təsdiq olunmur. Aşkar olan və əlavə sübuta ehtiyacı olmayan haldır ki, hər bir evdə kondisioner, televizor ola bilər. Fotoaparatın isə hər bir evdə olması mümkün olmaya bilər. İddiaçı müvafiq olaraq həmin əşyaların özü tərəfindən gətirildiyini iddia edirsə həmin əşyalara aid olan sənədləri (texniki pasportu, zəmanət talonunu və s) təqdim etmək imkanı olardı. Lakin istinad olunan sənədlər də məhkəməyə təqdim edilmir. Belə olan halda iddiaçı həmin əşyaların mövcudluğunu və ya cavabdeh tərəfində saxlanılaraq ona verilmədiyini sübut edə bilmədiyinə görə sübutetmənin cavabdehin üzərinə keçməsi müəyyən olunmur. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2019-cu il tarixli 2(103)9063/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8115/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8115/2019
26.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver