Məhkəmə qərarları › İş №2(102)-8117/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8117/2019

26.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8117/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1 ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-1667/2019, hakim A.N.Novruzova) İddiaçı Cavabdeh1 və Cavabdeh 2 İddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 4000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9658/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 14 fevral 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə onunla lombard arasında bağlanmış müqavilənin həqiqətən də mövcud olub-olmamasını araşdırmamış, ona lombard tərəfindən hansı məbləğdə kredit verildiyini ümumiyyətlə müəyyən etməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hes ab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 14500 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 4000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmi n qətnamə cavabdehlər tərəfindən mübahisələndirilməmiş, iddiaçı həmin qətnamənin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi tərəfindən şikayət təmin edilməməklə qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda həmin qətnaməni kassasiya qaydasında mübahisələndirir. Apellyasiya məhkəməsi qətnaməsində də göstərildiyi kimi işdə olan yazılı sübutlara müəyyən edilir ki, iddiaçının 18 yanvar 2018-ci il tarixə “xxxx” MMC-yə 5.500 manat ssuda üzrə borcu, 489 manat faiz borcu olmaqla, cəmi 5.989 manat borcu yaranmışdır. Həmçinin, cavabdehlər məhkəməyə yazılı izahat təqdim edərək iddiaçıdan 4.000 manat pul aldıqlarını bildirmişlər. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 448.1, 1091.1, 1092.1 və 1093.1-ci maddələrini tətbiq etməklə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehlərə 4.000 manatdan artıq məbləğdə pul verildiyi barədə sübutlar təqdim edilmədiyindən və cavabdehlər iddiaçıdan 4.000 manat pul aldıqlarını yazılı etiraf etdiklərindən birinci instansiya məhkəməsi iddianı yalnız həmin hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının dəlillərinə gəldikdə isə, iddiaçının ona məxsus olduğunu bildirdiyi “Hyundai Sonata” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobil daşınar ə şyaların rəsmi reyestrində qeydə alınmalı olan əmlakdır. Belə əmlakın əldə edilməsi və tərəfə məxsus olması qanuinvericiliyin tələblərinə uyğun aparılan alqı-satqı müqaviləsi və rəsmi reyestrdən çıxarışla müəyyən edilə bilər. İddiaçı özü həmin avtomobilin rəsmi reyestrdə Cavabdeh1 adına qeydə alındığını bildirmişdir. Mövcud vəziyyətdə digər sübutlar, o cümlədən şahid ifadəsi ilə avtomobilin iddiaçıya məxsus olması müəyyən edilə bilmədiyi kimi, iddiaçı da həmin avtomobilin satışından əldə edilən vəsaitin ona ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hessab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar