Məhkəmə qərarları › İş №2(102)-812/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-812/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-812/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-812/2024 (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)2031/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər C avabdeh1 və Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış 06 may 2022-ci il tarixli, 3M-405 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 8.000 (səkkiz min) manat borc pul vermiş və cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq borc götürdüyü pulu borc verənə 10 ay ərzində hər ay 800 manat olmaqla tam şəkildə qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Digər Cavabdeh2 isə, 06 may 2022-ci il tarixli, 3M-406 nömrəli zaminlik müqaviləsinə əsasən, 06 may 2022-ci il tarixli, 3M-405 nömrəli kredit müqaviləsinin təminatı olaraq üzərinə birgə cavabdehlik məsul iyyətini götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh və ya Cavabdeh2) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 8.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliyə əməl etməyərək ona olan borclarını ödəməmişlər. Dəfələrlə tələb etməsinə baxmayaraq, onlar müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışlar. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Şəmkir Rayon Məhkəməsinin (bu ndan sonra birinci instansiya məhkəməsi) 2(076)-1508/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia təmin edilmiş, cavabdehlərdən 8.000 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə tərəflər arasında notarial qaydada təsdiq olunmuş borc müqaviləsi və müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, tərəflər üzərinə öhdəlik götürmüşlər, cavabdehlərin pulu qaytarmaması nəticəsində iddiaçı əlverişsiz şəraitə düşmüşdür.

7. Məhkəmə hesab etmişdir ki, cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşımışlar. Ona görə də, birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmişdir.

8. Birinci insta nsiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 739.1, 385, 427, 470.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

9. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onların tanışı olmuşdur. Onlar iddiaçıdan notarial qaydada müqavilə bağlamaqla sələmə pul götürmüşlər və həmin pulu tam şəkildə qaytarmışlar. Lakin buna baxmayaraq, iddiaçı həmin pulu onlardan təkrar olaraq tələb etmişdir. Onların pulu qaytarmalarına dair kifayət qədər sübutları vardır və həmin sübutları apellyasiya baxışı za manı təqdim edəcəklər.

11. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, qeyd etmişdir ki, ikinci Cavabdeh2 öhdəliyə zamin durmuş və həmin pul məbləği birinci cavabdeh tərəfindən iddiaçının atasına artıqlaması ilə ödənilmişdir. Dəftər vərəqinə yazılmış qeydləri təqdim edərək bildirmişdir ki, həmin qeydlər iddiaçının atası Zülal tərəfindən yazılmış və borc iddiaçının atasına ödənilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddianın dəlillərinə uyğun izahat vermiş, həmçinin qeyd etmişdir ki, cavabdehlərin vəkili tər əfindən təqdim edilən sənədlərin kim tərəfindən yazıldığını bilməmişdir. Cavabdehlərin onun atası ilə aralarında olan münasibətlərin onun borc məsələsinə aidiyyəti olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-2031/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehlər apellyasiya şikayətinin dəlil lərində iddiaçıya olan borcunu tam şəkildə ödəmələrini göstərsələr də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmiş və həmin hal öz təsdiqini tapmamışdır.

15. Məhkəmə kollegiyasının cavabdehlərin vəkili Vəkil dəftər vərəqinə yazılmış qeydlərlə bağlı mövqeyi isə ondan ibarət olmuşdur ki, həmin qeydlər riyazi rəqəmlər toplusu olmaqla, iddiaçının borcu ilə bağlı hər hansı məbləğdə ödənilməni təsdiq etməmişdir. Həm də, hazırkı borc münasibətləri tərəflər arasında bağlanılmış borc müqaviləsi əsasında yaranmışdır ki, dəftər vərəqinə yazılmış qeydlərdə iddiaçının borcunun qaytarılmasına dair heç bir qeyd olmamışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı dü zgün nəticəyə gəlmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 529.3, 739.1, 739.2, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 385.2ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

18. Qətnamədən cavabdehlər (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Cavabdehlər (vəkil-Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, apellyasiya instansiyası məhkəməsində aparılmış məhkəmə iclasının video yazısına baxış keçirilsə, məhkəmə üçün aydın olar ki, iddiaçı etiraf etmişdir ki, bu iddia tələbi ilə bağlı onun məlumatı olmamışdır. Çünki bütün işləri iddiaçının atası etibarnamə əsasından, onun adından idarə etmişdir. İddiaçı və atası faktiki olaraq sələmçiliklə məşğul olurlar. İddiaçının atası məhkəmədə göstərmişdir ki, düzdür, cavabdehlər borcla bağlı ödəniş edib. Onun özünə məxsus qeydiyyat dəftəri var. Həmin dəftərə baxıb, ödənişlə bağlı dəqiq məlumat verə bilər. Bu səbəbdən məhkəmə baxışı həmin dəftərə baxış keçirilməsi və ödənişlə bağlı qeydlər araşdırılması üçün təxirə salınmışdı. Növbəti məhkəmə baxışına iddiaçının nümayəndəsi olan atası gəlmədi və sözügedən dəftər məhkəməyə təqdim olunmadı. Buna baxm ayaraq, məhkəmə baxışı davam etdirildi, verdikləri vəsatətlər və apellyasiya şikayəti təmin olunmadı. Hesab etmişlər ki, bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməli idi və o zaman aydın olardı ki, həmin məbləğlərin qeydiyyatı kim tərəfindən aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görm əli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. Maddə

448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

27. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

28. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısı nda birgə məsuliyyət daşıyırlar.

29. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan ey ni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

32. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

33. Maddi

740. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məs ələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı h esab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrində n aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2031/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar