Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8122/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2018-ci il tarixli, 2(103)-6425/2018 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim E.Ağayev) 30.10.2017-ci il tаrixli, 2(010)3936/2017 saylı qətnaməsi i lə İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğlundan müştərək qaydada İddiaçı-nin xeyrinə 02R000031376 saylı razılaşma üzrə 67530,20 ABŞ dolları məbləğində kredit borcu, 32481,58 ABŞ dolları məbləğində faiz borcu və 6000 ABŞ dolları məbləğində cərimə olmaqla, 106011,78 ABŞ dollarının, 02KK000000609 saylı razılaşma üzrə 4734,27 ABŞ dolları məbləğində kredit borcu, 157,15 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 5891,42 ABŞ dollarının, ümumilikdə cəmi 111903,2 ABŞ dolları məbləğində borcun ödəniş anında AB Ş dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının, cəmi 61 manat məhkəmə xərclərinin alınaraq İddiaçı-yə ödənilməsi, tutulacaq məbləğin Cavabdeh1 məxsus V1və 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 117645 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı-yə ödənilməsi, V1və 0,12 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin bağ evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, onun, həmin əmlakdan çıxarılmaqla bağ evi və torpaq sahəsinin boşaldılıb İddiaçı-y ə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 08.06.2018-ci il tarixli, 2(103)-6425/2018 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.10.2017-ci il tаrixli, 2(010)-3936/2017 saylı qətnaməsinin ona münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğlundan müştərək qaydada İddiaçı-nin xeyrinə 02R000031376 saylı razılaşma üzrə 67530,20 ABŞ dolları məbləğində kredit borcu, 24248,53 ABŞ dolları məbləğində faiz borcu və 21269.22 ABŞ dolları cərimə olmaqla, cəmi 113047,95 ABŞ dolları, 02KK000000609 saylı razılaşma üzrə 4734,27 ABŞ dolları məbləğində kredit borcu, 157,15 ABŞ dolları məbləğində faiz borcu və 4443.97 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 9335,39 ABŞ dollarının, ümumilikdə cəmi 122383,34 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 b ağ sahəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 380a saylı bağ evinə yönəldilməsi, həmin bağ evinin və torpaq sahəsinin açıq hərracda satılması və ümumilikdə 122383.34 məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğlundan ümumi qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 380a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin bağ evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, onun bağ evindən çıxarılması, həmin bağ evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02R000031376 saylı razılaşma üzrə 67530,20 ABŞ dolları məbləğində kredit borcu, 32481,58 ABŞ dolları məbləğində faiz borcu və 36863.29 ABŞ dolları məbləğində cərimə olmaqla, 136875,07 ABŞ dolları, 02KK000000609 saylı razılaşma üzrə 4734,27 ABŞ dolları məbləğində kredit borcu, 157,15 A BŞ dolları məbləğində faiz borcu və 5527.58 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 10419 ABŞ dolları, ümumilikdə cəmi 147294,07 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 380a saylı bağ evinə yönəldilməsi, həmin bağ evinin və torpaq sahəsinin açıq hərracda satılması və ümumilikdə 147294.07 məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqı nın ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğlundan ümumi qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 380a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin bağ evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, onun bağ evindən çıxarılması, həmin bağ evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili Səlimov Elvin Əliyusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddiaçı tərəfindən qeyd edilən kreditə görə hesablanmış 111903.2 ABŞ dollarının necə hesablandığı əsaslandırılmamış, məhkəmə isə buna heç bir hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda kreditin ödənilməsi məqsədi ilə ödənişlər olmuşdur. Son zamanlar onun maddi vəziyyəti pisləşdiyindən kreditin ödənilməsində problemlər yaranmışdır. Lakin cavabdehin borcu iddiaçının iddia etdiyi məbləğdən qat-qat azdır. Məhkəmə həmçinin cavabdehin iştirakını təmin etmədən tələsik qətnamə qəbul etmişdir. Bununla da cavabdeh tərəf dəlillərə münasibət bildirmək, etiraz etmək, öz tərəfindən lazımi sübutları məhkəməyə təqdim etmək imkanından məhrum o lmuşdur. Bununla da apellyasiya kollegiyası tərəfiundən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2018-ci il tarixli, 2(103)-6425/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh3, vəkili Səlimov Elvin Əliyusif oğlu, digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, m əhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin vəkili X2 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2018-ci il tarixli, 2(103)-6425/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh3 apellyasiya şikay ətində göstərilən dəlillər əsassız olduğundan ona münasibətdə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Birincisi, cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş Arayışa əsasən mövcud olan ünvanına sifarişli poçtla məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh3 rəsmi qeydə alındığı ünvanına göndərilmiş bildiriş «bu ünvanda yaşamır» qeydi yazılmaqla məhkəməyə geri qaytarılmışdır. Buna baxmayaraq, Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında iştirak edərək əvvəlcə işin ərazi aidiyyəti üzrə Səbail r ayon məhkəməsinə göndərilməsinə dair vəsatət vermiş, vəsatəti təmin edilmədiyindən qəbul edilmiş qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərardadı ilə Suraxanı rayon məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadı dəyişdirilmədən saxlanıldığından, həmin qərardaddan şikayət verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunması üçün ərizə vermiş, bu dəfə də Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, faktiki olaraq Cavabdeh3 məhkəmə iclaslarından xəbərdar olsa da, əslində qeyd olunan vəsatətləri verməklə hüquqdan sui-istifadə ilə məşğul olmuş, eyni zamanda faktiki olaraq başqa ünvanda yaşadığı barədə kredit təşkilatına məlumat verməli olduğu halda buna əməl etməmişdir. Gö ründüyü kimi, cavabdeh öhdəliklərini icra etməkdən yayınmaq məqsədilə bu cür vasitələrdən istifadə edir. İkincisi, Cavabdeh3 iş üzrə ekspertiza keçirilməli olduğunu qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları, yəni iş üzrə ekspertiza keçirilməsinin zəruriliyini əsaslandırmamış, o cümlədən kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Borcunun tələb olunan məbləğdən az qaldığını, iddiaçının borcu barədə məhkəməyə təqdim etdiyi maliyyə arayışının həqiqətə uyğun olmadığına dair də apellyasiya şikayətində hər hansı bir ciddi dəlil irəli sürməmişdir. Ona görə də, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq ekspertiza keçirilməsi təmin oluna bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda da kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və heç bir hala əsaslanılmamışdır. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nə ticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yö nəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Əri zədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyy at orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh3tərəfindən verilmiş kassa siya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2018-ci il tarixli, 2(103)6425/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8122/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8122/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver