Məhkəmə qərarları › İş №2(102)-8125/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8125/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8125/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2019-cu il tarixli, 2(103)-9725/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 26.04.2019-cu il tarixli, 2(003)-460/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 22000 manat məbləğində pulun tutulması, iş üzrə 142 manat məbləğində ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) 23.07.2019-cu il tarixli, 2(103)-9725/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(003)-460/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cav abdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 22000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili İsmayılov Kənan Şəmsəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı qohumlarından 22000 manat pulu toplamış olduğunu qeyd etmiş, lakin məhkəmə bu qohumların kim olduğunu, eyni zamanda həqiqətən bu məbləğdə pulun polis əməkdaşı işləyən İddiaçı vermiş olduqlarını müəyyənləşdirməmişdir. Məhkəmə qəbzdə yazılanların cavabdeh tərəfindən icra edilməsi barədə rəyə əsaslanaraq iddianı təmin etsə də, işin faktiki halını özündə əks etdirən əsl ində həmin qəbzin necə yazılması barədə halları müəyyənləşdirmədən qətnamə qəbul etmişdir. Cavabdeh iddiaçıdan almış olduğu pulu öz əmək haqqı kartını iddiaçıya verməklə tam ödəmiş olsa da, bununla bağlı sübutun bankdan əldə edilməsi üçün məhkəməyə vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Bu günə qədər iddiaçı öpzü də rəsmi qaydada banka müraciət etsə də, ona rəsmi məlumat verilməmiş, tələb etdiyi məlumatlar və fotoşəkillər ona təqdim edilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2019-cu il tarixli, 2(103)-9725/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri b arədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı Rəhman oğlu və Cavabdeh vəkili İsmayılov Kənan Şəmsəddin oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2019-cu il tarixli, 2(103)-9725/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən iş üzrə onun izahatı dinlənilmədi. H üquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası işin hallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh 05.07.2017-ci il tarixdə İddiaçı 22000 manat borca pul götürmüş, 05.07.2018-ci il tarixə kimi borcu qaytarmağı öhdəsinə götürmüş və bu barədə əlyazma imzalamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2019-cu il tarixli, 6166 saylı ekspert rəyinə əsasən, 05.07.2017-ci il tarixli qəbzdə “Mən Cavabdeh...” sözləri ilə başlayıb “... imza Cavabdeh 05-072017” söz və rəqəmləri ilə bitən yazılar və “İmza” sözündən sonrakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bir inci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlayan apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Həmçinin cavabdeh işə baxılması zamanı da qeyri-səmimilik nümayiş etdirmiş, iddiaya ilkin etirazında yazılı qəbzdəki imzanın ona məxsus olmadığını bildirmiş, lakin keçirilmiş ekspertiza nəticəsində imzanın ona məxsus olduğu təsdiq edildikdən sonra etirazının əsasını dəyişmiş və borcu qaytardığını bildirmişdir. Apellyasiya kollegiyası həmçinin nəzərə almışdır ki, cavabdehin müştəri kimi özünə məxsus olan bank kartına dair məlumatları ona xidmət edən bankdan əldə etmək hüququ olduğundan bununla bağlı süb utları məhkəməyə təqdim etmək də həmin şəxsin vəzifəsidir. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi bank tərəfindən onun vəkilinə verilmiş məktubdan da görünür ki, bu məlumatın müştərinin özünə verilə bilməsi mümkün hesab edilmişdir. İş materiallarında bankın qeyd olunan məlumatı cavabdehə verməkdən imtina olunduğu barədə hər hansı sübut yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya araşdırması zamanı həmin dəlillərin əsaslılığı öz təsdiqini tapmamışdır. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq norma sının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlar ını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilm əyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2019-cu il tarixli, 2(103)9725/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar