Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-813/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elvar oğluna, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, zaminliyə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elvar oğluna, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1849/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2013-cü il tarixli, 26L000001173 saylı nömrəli kredit xətti müqaviləsinə əsasən, "xxxx" QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. 07 aprel 2015-ci il tarixli 26L********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 aylıq 1,83333 faiz dərəcəsi ilə, 36 ay müddətinə qaytarmaq şərti ilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. 3. xx.xx.2013-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2015-ci il tarixli z aminlik müqavilələrinə əsasən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rza qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ilə "xxxx" QSC-nin arasında zaminlik müqavilələri bağlanmışdır. 4. xx.xx.2016-ci il tarixdə və xx.xx.2016-ci il tarixdə imzalanmış sazişlərlə kredit müqaviləsi üzrə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 17821,83 ABŞ dolları əsas borc, 16979,19 ABŞ dolları məbləğdə faiz borcu və 15590 ABŞ dolları cərimə olmaqla, cəmi 50391,34 ABŞ dolları və dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC-nin bağladığı xx.xx.2013-cü il tarixli 26L000001173 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 50.000 ABŞ, dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək kreditin məbləği 50000 ABŞ dolları və müddət 120 ay müəyyən edilmişdir. Həmçinin verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və kredit xətti müqaviləsinin tərkib hissəsi olan kredit razılaşmalarında müəyyən edilir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2 015-ci il tarixli 39R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,83333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Müqaviləyə əsasən borclu əsas və kreditə görə hesablanmış faiz borcunu bərabər məbləğdə, qrafikə uyğun olaraq ödəməli idi. Cavabdeh müqavilə öhdəliyinə tam şəkildə əməl etməmiş, onun banka 17821,83 ABŞ dolları əsas, 16979,19 ABŞ dolları, 15590,32 ABŞ dolları cərimə borcu qalmışdır. Müqavilənin icrasına təminat olaraq "xxxx" QSC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Əili oğlu arasında həmin tarixdə zami nlik müqavilələri bağlanmış və həmin müqaviləyə görə onlar kredit alan Cavabdeh1 ilə eyni dərəcədə məsuliyyət daşıyır. Cavabdehlər müqavilə üzrə öhdəliklərin icra etmədikləri barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam şəkildə icra etməmişlər.
7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələblərini qismən qəbul edərək göstərmişdir ki, 2013-cü il tarixdə İddiaçı QSC ilə onun arasında kredit xətti müqaviləsi bağlanılıb. Bundan sonra xx.xx.2015-ci il tarixdə ona 28000 ABŞ dolları məbləğində kredit verilib. Kredit götürdükdən sonra bir müddət müqavilə üzrə bank qarşısında olan öhdəliklərini yerinə yetirərək ödənişlər etmiş, lakin sonradan maddi vəziyyətində problemlər yarandığına görə ödəniş etməkdə çətinliklər yaranmış və nəticədə on un banka borcu yaranmışdır. Kredit müqaviləsi üzrə iddiaçıya borcu olsa da, iddia tələbini cərimənin ödənilməsi hissəsində qəbul etmir. Hesab edir ki, cərimə pulu əsasızdır, düzgün hesablanmamışdır. Bundan əlavə, digər Cavabdeh4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.
8. Birinci instansiya məhkəməsində Cavabdeh7 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 onun yaxın dostudur. YYY2013-cu ildə ona müraciət edərək bankdan kredit götürmək istədiyini və ona zamin durmasını xahiş edib. O, YYYrazılaşıb və birlikdə banka gediblər. Orada onunla bank arasında zaminlik müqaviləsi bağlanılıb. Sonradan dolların manatın məzənnəsinə nisbətən dəyərinin qalxması Cavabdeh1 maddi durumunu pisləşdirib.
9. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cava bdeh1 onun yaxın qohumudur. YYY2013-cu ildə ona müraciət edərək bankdan kredit götürmək istədiyini və ona zamin durmasını xahiş edib. O, YYYrazılaşıb və birlikdə banka gediblər. Orada onunla bank arasında zaminlik müqaviləsi bağlanılıb. Sonradan dolların manatın məzənnəsinə nisbətən dəyərinin qalxması Cavabdeh1 maddi durumunu pisləşdirib.
10. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh5 göstərmişdir ki, Cavabdeh1 onun yaxın dostudur. Cavabdeh1 2013-cü ildə ona müraciət edərək bankdan kredit götürmək istədiyini və ona zamin durmasını xahiş edib. O, YYYrazılaşıb və birlikdə banka gediblər. Orada onunla bank arasında zaminlik müqaviləsi bağlanılıb. Sonradan dolların manatın məzənnəsinə nisbətən dəyərinin qalxması Sarvanın maddi durumunu pisləşdirib. Bundan sonra Cavabdeh1la bank ara sında yenidən razılaşma olmuşdur. Lakin o, həmin vaxt bankla heç bir müqavilə bağlamamışdır. Ona görə də hesab edir ki, iddia ona aid hissədə təmin edilməməlidir.
11. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(041)982/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Bağırov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ödəniləcək günə manatla məzənnədə xx.xx.2013-ci il tarixli, 26L000001173 saylı kredit xətti müqaviləsi üzrə müştərək qaydada 17821,83 ABŞ dolları əsas borc, 16979,19 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hiss ədə təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin 2(041)-982/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakim R.S.Bağırov) mülki iş üzrə icraata X1 ilə bağlı hissədə xitam verilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 39R********** saylı kredit razılaşmasına əsasən ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,83333 faiz olmaqla 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra tərəflərin imzaladıqları xx.xx.2016-ci il tarixli, 039R**********S saylı və xx.xx.2016-ci il tarixli, 039R**********SA saylı Sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən kredit xətti müqaviləsi və həmin müqavilə üzrə bağlanmış kredit razılaşması üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə digər cavabdehlər arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə görə onlar kredit müqaviləsi üzrə Cavabdeh1la birgə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Cavabdeh1 bir müddət sözügedən müqavilə üzrə ödənişlər etmiş, lakin 2017-ci ilin aprel ayından etibarən müqavilə öhdəliklərini pozaraq banka kredit borcu üzrə ödəniş etməmişdir.
14. Kredit xətti müqaviləsi və həmin müqavilə üzrə bağlanmış kredit razılaşmasının icrası ilə bağlı iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla öz üzərinə kredit alan Cavabdeh1la məsuliyyət daşıması barədə öhdəlik götürən Cavabdeh4 qızı 2018-ci ildə vəfat etdiyinə görə hazırkı iş üzrə icraata onunla bağlı hissədə Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir.
15. Birinci insta nsiya məhkəməsi hesab etmişdir ki, "xxxx" QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 arasında bağlanmış kredit və zaminlik müqavilələrinə görə cavabdehlər öz üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədikləri üçün iddiaçı qarşısında müştərək qaydada məsuliyyət daşıyırlar. Cavabdehlər müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədikləri üçün borc məbləği onlardan iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia cərimə hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi cərimənin tələb etdikləri məbləğdə olması, həmin məbləğin necə və hansı qaydada hesablanması barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir.
17. Məhkəmə iddiaçını n tələb etdiyi cərimə pulunun məbləğini ağlabatan hesab etməmiş və ona görə də hesab etmişdir ki, cərimənin məbləği azaldılmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.2, 425.1, 442, 470.1, 472, 739.1, 739.2-ci və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddiaçı ilə onun arasında bağlanmış 07 aprel 2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci i nstansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1849/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), S.Mayılov və İ.Əsədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə əsasən qismən, Cavabdeh3 ödəniləcək günə manatla məzənnədə xx.xx.2013-ci il tarixli, 26L000001173 saylı kredit xətti müqaviləsi üzrə müştərək qaydada 17821,83 ABŞ dolları əsas borc, 1697 9,19 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, kredit və zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 26L********** saylı kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilə üzrə əsas öhdəliyin icrası vaxtının xx.xx.2018-ci ildə başa çatmasına baxmayaraq iddiaçı "xxxx" QSC zamin Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
23. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın zamin Cavabdeh3 dair hissədə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən sənədlərdən göründüyü kimi Cavabdeh1 bankla 07 aprel 2015-ci il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 28.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli və 04.03.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Göründüyü kimi xx.xx.2016-cı il tarixli sazişlər kredit müqaviləsinin müddəti xx.xx.2020ci il tarixdə başa çatırdı. Bank tərəfindən isə məhkəməyə 15 iyul 2019-cu il tarixdə müraciət edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sazişi nəzərə almamış, yalnız xx.xx.2015-ci il tarixli kredit razılaşmasının bitmə tarixinə istinad etməklə apellyasiya şikayətini təmin etmiş və iddia tələbini ona dair hissədə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutları tam və hərtərəfli araşdırmadan və həmin sübutlara düzgün qiymət vermədən maddi hüquq normalarının pozuntusuna yol verməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....
22. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqa viləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. Maddə
477. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.01. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cava bdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda.
26. Maddə 477.0.4. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştira kçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən Cavabdeh3 dair hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin zaminlik münasibətlərindən bəhs edən XXİV fəslinə aid 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. 477.0.4-cü maddədə qeyd olunur ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminl iyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
40. Nəzərə alınmalıdır ki, bu müddət kəsici müddətdir. Kəsici müddət dedikdə – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
41. Baxılan işdə də Cavabdeh3 tərəfindən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmışdı. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsində zaminlik müddəti 36 ay müəyyən edilmişdi və bu müddət xx.xx.2018-ci ildə bitmişdi. İddia ərizəsi isə zaminə qarşı həmin tarixdən bir il müddətində verilməmişdir. Yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığına görə, zaminliyə xitam verilməsi kimi hüquqi nəticə yaranmışdı. Bu hal zaminə qarşı iddianın rədd olunması üçün müstəqil əsasdır.
42. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verməmiş, əsaslı və düzgün qənaətə gəlmişdir.
43. Kassatorun tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli və 04.03.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi, kredit müqaviləsi müddətinin xx.xx.2020ci il tarixədək uzadılması barədə dəlilləri qətnamənin ləğvinə əsas vermir.
44. Belə ki, kredit müddətinin uzadılması barədə kreditorla borcalan arasında əldə olunmuş razılıq, zamin Cavabdeh3 tərəfindən təsdiq olunmamışdır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 31 may 2018-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məc əlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106 )-1849/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.