Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8131/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı və vəkili İƏnun, Cavabdeh1 və cavabdehlərin vəkili X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 dekabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov, iş № 2(067)-504/2019 saylı mülki iş) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 15000 manat, Cavabdeh2 800 manat məbləğində pulun və odənilmiş 30 manat dovlət rüsumunun alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.Qafarlı (sədrlik edən, məruzəçi), F.Məmmədov və L.Məmmədova, 2(105)2760/2019 saylı mülki iş) apellyasiya şikayəti qismən təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(067)-504/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona borclu olduqları 22,600 manat məbləğində pulun və odənilmiş 30 manat dovlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə muraciət edərək, İddiaçı ilə aralarında şifahi razılaşmaya əsasən birgə kommersiya fəaliyyətindən yaranmış 15000 manat dəymiş ziyanın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və vəkili X3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili X1 şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili İƏ kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzr lü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara i stinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini qarşılıqlı iddiaçı Cavabdeh1 15000 manat, Cavabdeh2 800 manat borclu olduqlarını etiraf etmələri ilə, qarşılıqlı iddia tələbində gostərilən ziyanın dəyməsi ilə bağlı qarşılıqlı iddiaçılar tərəfindən motəbər sübut təqdim edilməməsi ilə əsaslandırılmış nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icra sını tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı gilas bağlarının sahiblərinə məhsullarının satıçı ilə bağlı beh vermək məqsədilə Cavabdeh1 hissə-hissəi 21800 manat, Cavabdeh2 isə kredit odəmək üçün 800 manat borc verdiyini iddia edərək məhkəməyə muraciət etmiş, Cavabdeh1 pulun verildiyini inkar etməsə də, həmin məbləğin 15.000 manat olduğunu və Şamilin malları aparmadığına gorə ziyana düşdüyünü, Cavabdeh2 isə 800 manat pulu həqiqətəndə iddiaçıdan kredit borcunu odəmək məqsədilə aldığını etiraf etmişlər. Birinci instansiya məhkəməsi ilikin iddianı qismən qarşılıqlı iddianı rədd etmiş, Cavabdeh1 həmin nəticəni mubahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən ohdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və muqavilə ilə ayrı qayda muəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan ohdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ilkin iddianı Z və Cavabdeh2ların etiraf etdikləri məbləğdə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin cavabdehlər qarşılıqlı iddia ilə əlaqədar mötəbər sübutlar təqdim etmədiyindən, qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər Cavabdeh1, Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8131/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8131/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver