Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8139/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Mustafayev Elçin Tapdıq oğlunun, nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətna məsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X3 qarşı kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(074)-95/2018) İddiaçı cavabdeh X3 qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (məruzəçi), Ş.Abasov, A.Abbasov, iş № 2(105)213/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: X3 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdiri lmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Mustafayev Elçin Tapdıq oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 06.03.2013-cü il tarixdə “X6 Rixos” otelinin tikintisi zamanı 4-cü mərtəbədən yıxılmış və almış olduğu travma ilə əlaqədar o, həmin tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 06.03.2013-cü il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına qəbul olunmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Ağır qapalı kəllə beyin travması, baş beyin əzilməsi, qarnın qapalı travması, dalaq, mədəaltı vəzin, köndələn çənbər bağırsaq və sol böyrəyin partlaması, daxili qanaxma, travmatik şok ağır dərəcə” diaqnozu təyin edilmiş və üzərində “Laparotomiya. Splenoektomiya. Nefrektomiya. Mədəaltı vəzi və köndələn çənbər bağırsaqların tikilməsi” cərrahiyyə əməliyyatları icra edilmişdir. Stasionar müayinələr, müalicələr davam etdirilmiş və 06.04.2013-cü il tarixdə xəstə ambulator nəzarətə evə buraxılmışdır. Tərtib edilmiş tibbi sənədlərə əsasən İddiaçı “Sağ yeganə böyrəyin tez-tez kəskinləşən xroniki pielonefriti. Xroniki böyrək çatmamazlığı İİ dərəcə” olduğu müəyyən edilmişdir. İddiaçı hal-hazırda sağ böyrəyində müəyyən edilən patoloji dəyişikliklərlə əlaqədar onun müalicəyə ehtiyacı vardır və sağ böyrəyin transplantasiyasının aparılıb aparılmaması, həmçinin tək böyrəyin fəaliy yət funksiyasının qiymətləndirilməsi onun ixtisaslı tibb müəssisəsində stasionar şəraitdə dinamikası izlənilməklə müvafiq həkim komissiyasının qərarı ilə cavablandırıla bilər. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar əmək qabiliyyətini itirməsi ilə bağlı cavabdeh X3 aylıq müavinətin tutulması barədə məhkəmədə iddia qaldırmış, cavabdeh iddiaçıya birdəfəyə 7000 manat məbləğində pul ödəməsi şərti ilə İddiaçı həmin iddia tələbindən imtina etmiş və Şamaxı Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(074)-1959/2016 saylı qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı aylıq müavinətin müəyyən edilməsi və müavinətin ödənilməsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əla və xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasma, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pullu ixtisasl aşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 34-cü maddəsinə görə ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb texnologiyaların tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi vardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.” Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşarkən ona istinad etmişdir ki, “Cavabdehin hər əkət və hərəkətsizliyi nəticəsində hazırki mübahisə ilə bağlı iddiaçıya mənəvi ziyan vurulması da məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır.” Beləliklə apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən müvafiq sübutlar təqdim olunmadığına görə iddia tələbinin rədd edilməsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apelyasiya instansiyası məhkəməsi İddiaçı sağ böyrəyinin dəyişdirilməsinin zəruriliyinə və buna çəkilən xərclərin məbləğinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyinə görə iddia tələbinin rədd olunmasını əsaslı hesab etmişdir. Lakin iddia ərizəsindən məlum olur ki, iddiaçı təkcə sağ böyrəyinin dəyişdirilməsi zərurəti ilə əlaqədar deyil, 06 mart 2013-cü ildə “X6 Rixos” otelinin tikintisi zamanı yıxılıb xəsarət alması, müalicəsinin davam etməsi və eyni zamanda sağ böyrəyinin dəyişdirilməsi zərurəti ilə əlaqədar ona 250.000 manat maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir. Mülki işə əlavə olunmuş tibbi sənədlər və məhkəmə ekspert rəyi ilə iddiaçının 06 mart 2013-cü il tarixdən sonra İİ qrup əlil olması və aldığı xəsarətlərlə əlaqədar müalicəsini davam etdirməsi, həmçinin hal-hazırda sağ yeganə böyrəyinin patoloji dəyişiklikləri ilə əlaqədar müalicəyə ehtiyacı olması müəyyən edilmiş, tək böyrəyinin transplantasiyasının aparılıb aparılmamasının müvafiq həkim komissiyasının qərarı ilə cavablandırıla biləcəyi aydınlaşdırılmışdır. Beləliklə, iddiaçı ümumiyyətlə aldığı xəsarətlərlə bağlı müalicə olunması və dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi 250.000 manat kompensasiya tələb etdiyi halda apelyasiya instansiyası məhkəməsi bu tələbi yalnız sağ böyrəyin transplantasiyası ilə əlaqələndirərək iddia tələbini rədd etmişdir. İddiaçı sübut kimi bir sıra tibbi sənədləri təqdim etsə də apelyasiya instansiyası məhkəməsi həmin sübutlar əsasında heç bir araşdırma aparmamışdır. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində 18.08.2016-cı il tarixli barışıq sazişinə də əsaslanmış, lakin həmin barışıq sazişi əsasında iddiaçıya cəmi 7000 manat pul verildiyini, barışıq sazişindən sonra iddiaçının kifayət qədər müalicə olunaraq maddi ziyana məruz qalmasını, həmçinin İİ qrup əlil olmaqla mənəvi iztirablara düçar olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə əlavə edilmiş sübutların hərtərəfli araşdırılmaması ilə apelyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8139/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8139/2019
26.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver