Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-814/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 01 fevral 2019-cu il İş № 2(102)-814/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Şadiyev Ənvər Əhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni n ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Misirzadə, iş 2(011)-1814/2018)iddianın qismən təmin edilməsi, 1460 manat məbləğində vurulmuş maddi ziyanın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, 100 manat məbləğində vəkilə çəkilmiş xərcin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə isə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)- 9495/2018)iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri bar ədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələləri n düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanladığı 016-184721218 saylı 19 fevral 2018-ci il tarixli məktuba əlavə edilən sənədlərə görə, buraxılış ili 2003 -cü il olan, “Nissan March minik” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır. AC seriyalı 867655 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətinə görə, buraxılış ili 2013-cü il olan, “Toyota Land-Cruiser-Prado minik” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. “xxxx” ASC-nin 25 oktyabr 2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, “Toyota Land-Cruiser-Prado minik” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 8688 manat məbləğində ziyan dəymişdir. “xxxx” ASC-nin 07 mart 2018-ci il tarixli məktubuna, 11 dekabr 2017-ci il tarixli ödəniş tapşırığına və 05 dekabr 2017-ci il tarixli sığorta aktına görə, baş vermiş n əqliyyat hadisəsinə görə İddiaçı 5000,00 manat sığorta ödənişi edilmişdir. 15 noyabr 2017-ci il tarixli Xətai RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən,“Nissan March minik”markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanladığı 10114721 saylı 13 aprel 2018-ci il tarixli məktubuna əlavə edilmiş Xətai DYPŞ tərəfindən tərtib edilmiş AP seriyalı ******* saylı 16.03.2018-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh 21 oktyabr 2017-ci il tarixdə saat 20:40 radələrində Nobel propektində “Nissan March minik” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobillə idarə etməni itirərək “Toyota Land-Cruiser-Prado minik” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Cavabdeh barəsində AR İXM- nin 327.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9456 saylı 10 may 2018-ci il tarixli rəyinə görə, iş materiallarında olan məlumatlara əsasən, 2013-cü il buraxılışlı, “Toyota Land-Cruiser-Prado minik” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə təmir-bərpa xərci hadisə baş verən günə təxminən 7438,00 manat müəyyən edilmişdir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 6488,00 manat, təmir-bərpa işlərinin qiyməti 950,00 manat müəyyən edilmişdir. Ekspertiza tədq iqatının dəyəri isə 120 manat məbləğində təşkil edir. Rəyə müvafiq olaraq, avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6460 manat müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 21.1, 21.2, 23.1-ci maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsi nə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə,zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etm işdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq tamamilə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları il ə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-814/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-814/2019
01.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver