Məhkəmə qərarları › İş №2(102)-8140/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8140/2019

30.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8140/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Cavabdeh1 111 oğlunun vəkili X1 iştirakı ilə, İddiaçıovnanın cavabdehlər Cavabdeh1 111 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)2262/19 nömrəli, 15 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçıovnanın nümayəndəsi Nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə m ülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıovna iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 111 oğlundan, Cavabdeh2 və Cavabdeh3 34000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırılmışdır ki, o, 2012-ci ilin əvvəllərində Cavabdeh1 111 oğlu ilə sosial şəbəkədə tanış olmuş, lakin sonuncu özünü ona 111 kimi təqdim etmişdir. Onlar təxminən 3-4 ay sosial şəbəkədə yazışmış, Cavabdeh1 onun etibarını tam qazandıqdan sonra ona Azərbaycanda iş qurmağı təklif etmişdir. O, əvvəlcə buna razı olmamış, daha sonra isə Cavabdeh1 onu Azərbaycana dəvət edərək, sex açmağı təklif etmişdir. Cavabdeh1 ona Azərbaycanda yaxşı əlaqələri olduğunu, hüquq mühafizə orqanlarında, vergi və prokurorluq orqanlarında dostlarının olduğunu bildirərək inandırmışdır. Daha sonra o, Azərbaycana gəlmiş, Cavabdeh1 onu ailəsi ilə taniş etmiş, evlərinə qonaq aparmış, sonra o, Cavabdeh1la birgə həmin sexə getmişdir. Cavabdeh1 ət alveri ilə məşğul olacaqlarını bildirmiş, o da razılaşmışdır. O, Mahaçqalaya qayıdaraq evini 50000 ABŞ dollarına satmış, 30000 ABŞ dollarını bank vasitəsi ilə, cavabdehlərin hər birinin adına 10000 ABŞ dolları olmaqla göndərmişdir. Cavabdeh1 4000 ABŞ dolları məbləğində pulun çatmadığını bildirdikdə, o, Azərbaycana gələrək həmin pulu Cavabdeh1 özünə vermişdir. O, digər cavabdehləri Cavabdeh1 yanında tanımış, pulu həmin şəxslərin adına köçürməyi məhz Cavabdeh1 ona təklif etmişdir. O, bir müddət sonra Cavabdeh1 heç bir xəbər tuta bilməmiş, bu vəziyyətdən şübhələnərək Azərbaycana gəlmişdir. Cavabdeh1 onu qarşıla yaraq sexə aparmış, lakin ora baxmağa icazə verməmişdir. O, sexdə heç bir iş qurulmadığını görmüş və Cavabdeh1 pulunu geri istəmişdir. Cavabdeh1 ona hər şeyin yaxşı olacağını vəd etsə də, buna inanmamış və təkidlə pulunu tələb etmişdir. Lakin Cavabdeh1 müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. İlqar adlı qohumu da dəfələrlə Cavabdeh1la, sonuncunun anası və digər qohumları ilə əlaqə saxlamış, onlar tezliklə pulunu qaytaracaqlarını bildirsələr də, onu aldatmışlar. Buna görə də o, polis orqanlarına müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən İlyas Mahmudov) 26 iyul 2018-ci il tarixli, 2(060)-4923/2018 saylı qətnaməsi ilə İddiaçıovnanın cavabdehlər Cava bdeh1 111 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 111 oğlundan, Cavabdeh2 və Cavabdeh3 34000 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pulun alınaraq İddiaçıovnaya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (T.Məmmədov, Ş.Abasov və A.Abbasov ) 15 iyul 2019-cu il tarixli, 2(105)-2262/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 111 oğlunun, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(060)-4923/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh1 111 oğlundan 11098 (on bir min doxsan səkkiz) manat alınaraq İddiaç ıovnaya verilməsi, iddianın qalan pul tələbinə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissələrdə təmin edilməməsi qət edilmişdir. İddiaçıovnanın nümayəndəsi Nümayəndə və vəkili Ə.Vəliyev kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2019-cu iltarixli 2(105)-2262/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuş, işin tam və obyektiv, hərtərəfli araşdırılması üçün bütün tədbirləri görməmiş, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq et miş, tərəflər arasında olan hüquq münasibətlərini düzgün qiymətləndirməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1 maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadın ləğv edilməsi üçün əsasdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili 111 kassasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. İş üzrə İddiaçıovna və nümayəndəsi Nümayəndə X1 oğlu məhkəməyə teleqramla müraciət edərək səhhətləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək məhkəmə iclasının başqa vaxtda təxirə salınmasını xahiş etmişdirlər. Lakin məhkəmə kollegiyası tərəfindən iddiaçı nın və nümayəndəsinin vəsatətləri müzakirə olunaraq, vəsatətlərə heç bir sübut əlavə edilmədiyindən təmin edilməmişdir. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arı düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçıovna və Cavabdeh1 111 oğlu birgə kommersiya fəaliyyəti- ət farşı istehsalı ilə məşğul olmaq barədə razılığa gəlmiş, bu məqsədlə iddiaçı cavabdehlərin hər birinin adına 10000 ABŞ dolları, cəmi 30000 ABŞ dolları göndərmişdir. Birgə fəaliyyət barədə razılaşma İddiaçıovna ilə Cavabdeh1 111 oğlu arasında olmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birinin adlarına göndərilmiş 10000 ABŞ dolları onlar tərəfindən Cavabdeh1 111 oğluna verilmişdir. Bu halı məhkəmə iclasında Cavabdeh1 111 oğlu da etiraf etmişdir. İddiaçıovna da həm iddia ərizəsində, həm də məhkəmə kollegiyasının iclasında qeyd edilən məbləği Cavabdeh1 111 oğlunun təklif i ilə Cavabdeh2 və Cavabdeh3 adlarına göndərdiyini göstərmişdir. İddiaçıovna ilə olan razılaşmaya əsasən Cavabdeh1 111 oğlu farş ətin istehsalının təşkil edilməsi və aparılması üçün bütün hərəkətləri, yəni bununla bağlı sexin icarəyə götürülməsi, sanitar normalara uyğun təmiri və təchiz edilməsi, zəruri rəsmi sənədlərin və avadanlıqların, xammalın alınması, istehsalı, satışı və sair öz üzərinə götürmüş, əldə edilmiş gəlir isə onların arasında bərabər bölünməli idi. İddiaçı ilə Cavabdeh1 111 oğlunun birgə kommersiya fəaliyyəti iflasa uğramış, 2014-cü ilin fevral ayı ərzində Cavabdeh1 111 oğlu tərəfindən 1900 kq qaralmış sümüksüz ət “xxxx” MMC-nin tullantı poliqonuna zərərsizləşdirilməyə verilmişdir. Cavabdeh1 111 oğlunun izahatı ilə müəyyən edilmişdir ki, sümüklü ətin bir kiloqramını həmi n dövrdə 6,50 manata almış, sümükdən ayrıldıqdan sonra ətin təxminən 70 faizi qalırdı və o, 1900 kq sümüksüz ət əldə etmək üçün 3000 kiloqram sümüklü ət almış, buna 19500 manat xərcləmiş, həmçinin 14 aylıq kirayə haqqı olaraq 4200 manat ödəmişdir. Eləcə də o, İddiaçıovnaya 452 manat, yəni 580 ABŞ dolları qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, İddiaçıovna ilə Cavabdeh1 111 oğlu birgə kommersiya fəaliyyəti- ət farşı istehsalı ilə məşğul olmaq barədə razılığa gəldiklərindən və zərərə uğradıqlarından məruz qaldıqları itkinin, yəni zərərin miqdarı 23700 (19500 manat + 4200 manat) manat təşkil etdiyindən həmin zərər onların arasında bərabər şəkildə bölünməli və buna görə də onların hər birinin zərəri 11850 (23700 manat:2) manat olacaqdır. İddiaçıovnanın Cavab deh1 111 oğluna verdiyi 23400 (30000 ABŞ dolları) manatdan 11850 manat və Cavabdeh1 111 oğlunun iddiaçıya göndərdiyi 452 manat çıxıldıqdan sonra Cavabdeh1 111 oğlu iddiaçıya 11098 manat qaytarmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçıovnanın 30000 ABŞ dollarından əlavə Cavabdeh1 111 oğluna 4000 ABŞ dollarını şəxsən verməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmamış, iddiaçı bu halı sübuta yetirə bilməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə rədd edilməlidir. Həmçinin iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı da rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbi q edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticə sində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatları, işdə olan sübutlar əsasında düzgün olaraq müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri deyil, birgə kommersiya fəaliyyət haqqında razılaşma olmuşdur. İddiaçı bu məqsədlə Cavabdeh1 30.000 ABŞ dolları pul göndərmişdir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 bu məqsədlə 04 oktyabr 2013-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən “SAF-M” müstəqil kiçik müəssisəsindən əsas istehsal sahəsi 30 kv.m, yardımçı sahəsi 40 kv.m olan istehsalat binasını 1il müddətinə aylıq 300 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüş, həmin obyektdə fəaliyyət göstərməsi üçün 07 oktyabr 2013-cü il tarixli, AZ *** **** saylı gigiyenik sertifıkatı, 03 oktyabr 2013-cü il tarixli, AB 003 saylı baytarlıq qeydiyyatı şəhadətnaməsi, ət farşının istehsalına görə 05.11.2013-cü il tarixdən 05.11.2014-cü il tarixə kimi 05.11.2013-cü il tarixli, 021432 saylı uyğunluq sertifikat almışdır. Lakin sonradan maddi itikilərə məruz qalmış, 07 fevral 2014-cü il tarixdə 1000 kq qaralmış sümüksüz ət məhsulları, 26.02.2014-cü ildə isə 900 kq qaralmış sümüksüz ət məhsulları daşınaraq “xxxx” MMCnin tullantı poliqonuna zərərsizləşdirilmişdir. Tərəflərin birgə kommersiya fəaliyyəti zərərə uğradığından apellyasiya məhkəməsi haqlı olaraq, həmin zərərin tərəfləri hər ikisinə aid olduğunu, sərf edilən pul vəsaitinin isə iddiaçıya məxsus olduğunu nəzərə alaraq, göndərilən 30.000 ABŞ dolları vəsaitin 2012-ci ildəki manata məzənnəsi ilə 23400 manat təşkil etdiyini və onun yarısını təşkil edən 11850 manatın idd iaçıya qaytarılmış hissəsi nəzərə alınmaqla, 11098 manat hissəsini Cavabdeh1 111 oğlu tərəfindən iddiaçıya qaytarmalı olduğu qənaətə gəlmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azər baycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq işin hallarının düzgün müəyyən edilməməsi barədə qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmi n edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıovnanın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2262/19 nömrəli, 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar