Məhkəmə qərarları › İş №2(102)-8141/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8141/2019

20.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8141/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(105)-2325/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(060)-1245/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.İ.İsmayılov) İddiaç ı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və sonradan alimentin hər il uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun tutulması” barədə iddiası barədə iddiası təmin edilərək, Abşeron rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən övladları 24 aprel 2012-ci il tarixdə doğulmuş Xın və 25 dekabr 2013-cü il tarixdə doğulmuş X1nın yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(105)-2325/2019 sayl ı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, F.G.Zeynallı və A.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, 27 mart 2018-ci il tarixdə iddiaçı alimentin miqdarının artırılması və sonradan alimentin hər il uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun tutulması barədə iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladları 24 aprel 2012-ci il tarixdə doğulmuş Xın və 25 dekabr 2013-cü il tarixdə doğulmuş X1nın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qə bul edilməsini xahiş edib və tələblərini onunla əsaslandırıb ki, o, cavabdehlə 16 iyul 2011-ci il tarixdə faktiki nikaha daxil olub və nikahlarını 15 iyul 2011-ci il tarixdə qeydə alınmışlar. 09 dekabr 2017-ci il tarixdə nikahları pozulub. Cavabdehlə birgə nikahından iki uşaqları doğulub. Abşeron rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən iki uşağın saxlanılması üçün 274 manat alimentin tutulub ona ödənilməsi qət edilib. Yetkinlik yaşına çatmayan övladları onun himayəsindədir. O, maddi cəhətdən çox çətinlik çəkir. Oğlu X bu il məktəbəqədər hazırlığa gedir, lakin imkanı olmadığı üçün hazırlıqdan çıxarıb. Qızı X1nın isə 5 yaşı var. Uşaqların ehtiyacları həddindən artıq çoxalıb. Cavabdeh isə övladlarının yaşayış vəziyyəti ilə maraqlanmır və o, “xxxx” MMC i şləyir, hər ay 1.450 manat əmək haqqı alır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh vəkili X4 məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı m əhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili X4nın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, alimentin miqdarının artırılması üçün əsasların olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyni Ailə Məcəlləsinin 75.1, 76.2, 78.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. K assasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 16 iyul 2011-ci il tarixdə faktiki nikah münasibətinə daxil olublar və 15 iyul 2011-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırmışlar. Onların birgə nikahından 24 aprel 2012-ci ildə X, 25 dekabr 2013-cü ildə X1 adlı iki uş aqları doğulub. Abşeron rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edlərək, Cavabdeh iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi və alimentin tutulmasının əvvəlinin 10 may 2017-ci il tarixdən hesablanması və qətnamənin dərhal icra edilməsi qət edilib. İşə əlavə edilmiş “xxxx” MMC 11 sentyabr 2018-ci il tarixli və 21 yanvar 2019-cu il tarixli arayışlarına görə, Cavabdeh 20 iyul 2016-cı il tarixdən etibarən “xxxx” MMC işləyir və hazırda satış departamentinin Bakı pərakəndə şöbəsində satış təmsilçisi vəzifəsində işləyir və aylıq əmək haqqı 281 manat təşkil edir. İddiaçı ərizəsindən g örünür ki, iddiaçı hazırda uşaqların maddi təlabatlarının artamısını göstərib, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə g örə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəf lərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinəəsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə vəya maddi vəziyyətindədəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi iləalimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2019-cu ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib. Sadalanan maddi hüquq normalarının mənasına görə, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi va lideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb, ölkə üzrə minimum yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşaqların di qqətəlayiq digər mənafeyini, eləcə də yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alıb, düzgün olaraq qeyd etmişdir ki, alimentin müəyyən olunmuş miqdarının artırılması üçün faktiki və hüquqi əsaslar olduğuna görə iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzügün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzügün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının xərclərinin artması, yəni uşaqların böyüməsi, maddi, mənəvi qayğılarının artması, işin apellyasiya instansiyası m əhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə verib və o, kassasiya şikayətində hər ay, hər uşağa görə 160 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Çünki, cavabdehin qazancının bütövlükdə 281 manat təşkil etməsi, başqa qazancının olmaması və onun bir ay müddətində bu vəsait hesabına yaşaması və sa ir inandırıcı, ağalabatan görünmür. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya insta nsiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(105)-2325/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar