Məhkəmə qərarları › İş №2(102)-8143/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8143/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8143/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.07.2019-cu il tarixli 2(105)3050/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əbdülxaliq oğluna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 18.10.2018-ci il tarixdə məhkəm əyə müraciət edərək, Cavabdeh 756 manat real dəymiş ziyanın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əlavə olaraq çəkdiyi 500 manat maddi ziyanın, hüququnun bərpası ilə əlaqədar ödədiyi 31 manat dövlət rüsumunun, cəmi 1286 manat maddi ziyanın, bu hadisələr zamanı keçirdiyi mənəvi sarsıntılar nəticəsində dəymiş mənəvi ziyan kimi 3000 manatın, cəmi 4286 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin (hakim H.Əhmədov) 24.04.2019-cu il tarixli 2(012)1398/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Əbdülxaliq oğlundan İddiaçı xeyrinə ona vurulmuş maddi zərərə görə 756 manat məbləğində pul vəsaitinin tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5.32 manatın cavabdehdən tut ularaq iddiaçıya ödənilməsi və 24.68 manatın isə iddiaçıya aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə, E.Rəhimov) 31.07.2019-cu il tarixli 2(105)-3050/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Abşeron rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli 2(012)-1398/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.07.2019-cu il tarixli 2(105)-3050/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 22.11.2019-cu il tarixli, 2(102 )-8143/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 26.12.2019-cu il tarixə, saat 11:35-ə təyin edilmişdir. İş materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iddianın qiyməti isə (maddi zərər üzrə) iki min manatdan az məbləğ təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən,apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əm lak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2019-cu il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 4 04-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2019-cu il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar