Məhkəmə qərarları › İş №2(102)-8144/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8144/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8144/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili ***nın iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)1464/2019 nömrəli qərardadından Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 405 min rublun (mili manat ekvivalentində) və 6900 dolların (milli manat ek vivalentində) alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli (hakim Ç.İsgəndərov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 405 min rubl (milli manat ekvivalentində) alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(105)-1464/2019 saylı qətnaməsi ilə (hakimlər X4, X2 və X5) apellyasiya şikayətinin təmin edilməməsi, Şabran rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(105)-1464/2019 saylı qətnaməsindən kassasiya şik ayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)1464/2019 nömrəli qərardadı ilə (hakimlər X4, X2 və X5) prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kasssasiya şikayəti Cavabdeh qaytarılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-1464/2019 nömrəli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, ərizəyə yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onun stasionar müalicə almaması o demək deyildir ki, o kassasiya şikayəti verə bilmək imkan ı olmuşdur. Belə ki, o uzun müddətdir ki, xəstədir və səhhəti icazə verməmişdir ki, o kassasiya şikayətini vaxtında versin. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilsiz təmsil olunduqlarından işə onların izahatı alınmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayət Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 15 oktyabr 2019-cu il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizəni təmin etməyərkən haqlı olmuş, maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh mübahisələndirilən qətnaməni 15.05.2019-cu il tarixdə almış, bununla da cavabdehin qətnamədən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin axımı başlamış, 15.07.2019-cu il tarixə kimi davam etmişdir. Cavabdeh tərəfindən kassasiya şikayəti isə 19.09.2019-cu il tarixdə verilmişdir. Bununla da kassasiya şikayəti verilməsindən ötrü prosessual müddət ötürülmüşdür. Prosessual müddətin bərpasına dair ərizə vermişdir. Məhkəmə prosesi zamanı cavabdeh poçt qəbzinə özü imza etdiyini, lakin tövsiyə vərəqlərini əlavə edərək xəstə olduğu üçün prosesssual müddəti ötürdüyünü bildirmişdir. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır (Mülki Prosessual Məcəllənin 128.2. və 129.1. maddələri). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir («xxxx» ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Qeyd edilən prosessual hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (***nın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarı). Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi üçün o hallar mövcud olmalıdır ki, həmin hal onun prosessual hərəkətinin aparılması imkanından məhrum etsin. İşə əlavə olunmuş tövsiyə vərəqələrindən görünür ki, Cavabdeh ambulator müalicə almış, ona stasionar müalicə təyin olunmamışdır. Bu hal kassasiya şikayətinin verilməsinə maneə deyildir. Məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquqlar və vəzifələrə malik olan cavabdehin vaxtında şikayət etməsi üçün hər hansı bir maneə və məhdudiyyət olmamışdır. Cavabdehin məqsədi Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə çıxarılmış məhkəmə aktını şübhə altına qoymaq və hər vəclə onun qüvvəyə minməsinə maneəçilik törətməkdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı q ərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassator müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün hər hansı aidiyyəti sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-1464/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar