Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-816/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il İŞ № 2(102)-816/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2017-ci il tarixli, 2(103)-7779/2017 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 2(002)-6506/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.K.Mürsəlov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərə görə 100.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 10.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2017-ci il tarixli, 2(103)-7779/2017 saylı qətnaməsi ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdiril mədən saxlanılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmə cavabdehlərə qarşı “mənəvi zərərə görə 100.000 manat pul tələbinə dair” iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 06 dekabr 2014-cü il tarixdə, saat 20:00 radələrində heç bir sənəd olmadan idarə etdiyi “VAZ 2104” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu ərazisində Lökbatan-Xocahəsən yolu ilə Lökbatan qəsəbəsi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində, idarə etdiyi avtomobili yolun soluna, əks istiqamətə çıxarması zamanı avtomobilin qabaq hissəsi ilə əks istiqamətdə ö z hərəkət zolağı ilə hərəkətdə olan sürücü Turqay İminovun idarə etdiyi “Changan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş və nəticədə Cavabdeh1 idarə etdiyi avtomaşında olan sərnişinlərdən onun əri X2 hadisə yerindəcə keçinmiş, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 24 dekabr 2015-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, ailə başçısını itirdikdən sonra himayəsində olan övladlarına və İİ qrup əlil olan həyat yoldaşının bacısına təkbaşına qulluq etməli olur. Bütün bunlar isə ona çox çətin olmaqla o, əri X2un ölümündən sonra bu günə kimi mənəvi əzab və iztirab çəkir. Cavabdeh1 idarə etdiyi avtomobil faktiki olaraq Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh2 avtomobili idarə etməyə heç bir səlahiyyəti olmadığı halda onu Cavabdeh1 idarə etməyə vermişdir. O, məcburi köçkün olmaqla mərhum əri X2 ailədə yeganə qazanc gətirən şəxs olmuşdur. Hazırda himayəsində 1992-ci ildə doğulmuş oğlu İlkin, 2000-ci ildə doğulmuş qızı İlkanə qalmaqla ağır vəziyyətə düşmüşdür. İbtidai istintaq zamanı, eləcə də məhkəmə proseslərində təqsirləndirilən şəxs Cavabdeh1, həmçinin avtomobilin faktiki sahibi olan Cavabdeh2 tərəfindən ona heç bir yardım göstərilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəm ə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən Cavabdeh2 mənəvi zərərə görə 10.000 manat pulun tutulması hissəsində ləğv edilib, həmin hissədə iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİR AK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı nümayəndəsi Vahid Sadıqov məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı, Cavabdeh2, vəkili X və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq no rmalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdehlərin iddiaçıya qarşı mənəvi zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələrinə, həmin faktın qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməsinə, iddia ərizəsini qismən təmin etm əklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1118.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiq i hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 24 dekabr 2015-ci il tarixli hökmü ilə törətmiş olduğu yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Cavabdeh1 06 dekabr 2014-cü il tarixində, saat 20:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 2104” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Lökbatan-Xocahəsən yolu ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarının tələblərini pozmuş, yəni sü rücü Cavabdeh1 yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən idarə etmə hərəkətlərinə yol verməməli və idarə etdiyi avtomobili yolun soluna çıxarmaqla əks istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə şəraiti yaratmamalı olduğu halda, bu qaydalara riayət etməmiş, idarə etdiyi avtomobili yolun soluna, əks istiqamətə çıxarması zamanı avtomobilin qabaq hissəsi ilə əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Turqay İminovun idarə etdiyi “Changan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “VAZ 2104” markalı avtomaşında olan sərnişin X2un ölümünə səbəb olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumşaq qişasına qansızma, döş qəfəsinin sağ yarısında, qabırğaların, sağ bud və hər iki baldır sümüklərinin sınıqları, sağ alın-təpə nahiyəsinin, burun belinin, alt çənənin sol yarısının, döş qəfəsinin ön səthinin sağ yarısının, sol baldırın yuxarı 1/3-nin ön-iç səthinin, sağ iç topuğun sıyrıqları xəsarətlərinin yetirilməsinə və sair, habelə “xxxx” MMC-yə məxsus “Changan” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Cavabdeh2 faktiki sahibliyində olan “VAZ 2104” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətlərinə görə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunmuşdur. Eyni zamanda həmin hökmdən aydın olur ki, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və onun ifadəsi elan olunmuşdur və o, ifadəsində göstərmişdir ki, ayrı-ayrı yerlərdə fərdi sahibkarlıqla məşğul olur. Cavabdeh1 təxminən 2 ildir ki, tanıyır. Belə ki, təxminən 2 il bundan öncə o, Cavabdeh1 Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən özünə məxsus fermada bağban və fəhlə kimi işə götürmüş, lakin fermanın rəsmi işçisi olmamışdır. Yalnız gündəlik gördüyü işlərə görə zəhmət haqqı almışdır. “Vaz 2104” markalı, **-NJ-*** dövlət qeydiyyat nişa nlı avtomobili o, tanışı Rüfət adlı şəxsdən təxminən 2013-cü ilin yay aylarında ilkin ödəniş 500 manat olmaqla banka olan kredit borcunun yerdə qalan hissəsini ayda 250 manat ödəmək şərti ilə almışdır. Hazırda faktiki olaraq avtomobilin ipoteka borcunun ödənilməsi onun tərəfindən həyata keçirilir. O, həmin avtomobili aldıqdan sonra özü istifadə etmişdir. Bir müddət sonra avtomobilin banka olan kredit borcunu ödəyə bilmədiyinə görə avtomobil yaşadığı evin qarşısında dayanacaqda olan zaman “Bank Avrasiya”nın əməkdaşları tərəfindən avtomaşının üzərində olan **-NJ-*** dövlət qeydiyyat nişanı sökülərək aparılmışdır. Bundan sonra o, özündə olan, təxminən 2-3 il öncə tanışı Mahir adlı şəxsdən aldığı **BH-*** dövlət qeydiyyat nişanını qeyri-qanuni olaraq həmin “VAZ 2104” markalı avtomaşının üzərin ə bağlayıb idarə etmişdir. 2014-cü ilin yay aylarında həmin “VAZ 2104” markalı avtomaşını özünə məxsus olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən fermaya təsərrüfat işlərində istifadə olunması üçün aparmışdır. Orada həmin avtomaşını fermada bağban işləyən Cavabdeh1 idarə etmişdir. Bir müddət sonra Cavabdeh1 ona bildirmişdir ki, əgər həmin avtomobili satmaq fikri olsa, ona da xəbər versin. 06 dekabr 2014-cü ildə onlar Cavabdeh1la danışıb razılaşmışlar ki, sonuncu bir neçə gündən sonra ona 1.000 manat pul versin və o da avtomobili Cavabdeh1 versin. Yerdə qalan ipoteka borcunu isə Cavabdeh1 ödəsin. Bundan sonra Cavabdeh1 ondan icazə alaraq evə getmək üçün həmin avtomobili götürmüş və saat 19:00 radələrində Cavabdeh1 həmin “Vaz 2104” markalı, üzərində **-BH-*** dövlət qeydiyyat nişanı ol an avtomobillə fermadan çıxıb evə getmişdir. Təxminən 30 dəqiqə sonra Cavabdeh1 ona zəng edərək bildirmişdir ki, həmin “Vaz 2104” markalı, üzərində **BH-*** dövlət qeydiyyat nişanı olan avtomobillə hadisə törədib, özü də hazırda Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzdədir. Bu zaman o da dərhal həmin xəstəxanaya getmiş və orada ona məlum olmuşdur ki, Cavabdeh1 Xocahəsən qəsəbəsindən Lökbatan qəsəbəsinə gedən yolda “Socar” YDM-nin yaxınlığında bir avtomobillə toqquşmuşdur. Lakin hadisənin konkret olaraq necə baş verməsindən xəbəri olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb qeyd etmişdir ki, Cavabdeh2 qeyd olunan avtomobilin faktiki sahibi kimi tanındığından və iddiaçının mərhum X2la birgə nikahından 22 avqust 1992-ci il tarixdə İlkin, 18 yanvar 20 00-ci il tarixdə İlkanə adlı iki uşaqları doğulduğundan, zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətlərinə görə cavabdehlər iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, Cavabdeh1 digər Cavabdeh2 sahibliyində və istifadəsində olan sözügedən avtomobili idarə etməyə hər hansı hüququ olmadan istifadə edib yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində avtomobildə olan sərnişin X2 hadisə yerində ölmüşdür. Göründüyü kimi mərhum X2 ailə başcısı olmaqla himayəsində Zəngilan rayonundan məcburi köçkün düşmüş ar vadı İddiaçı və 16 yaşına çatmamış qızı olmuş, ərinin ölümü ilə əlaqədar iddiaçı ağır maddi duruma düşmüşdür. Lakin cavabdehlər tərəfindən iddiaçıya heç bir maddi və mənəvi yardım edilməmişdir. Eləcə də Cavabdeh2 və Cavabdeh1 heç bir hüquqi sənəd olmadan faktiki sahibliyində və istifadəsində olan avtomobili idarə etməyə verməklə qeyd edilən yol nəqliyyat hadisəsinin baş verməsinə və iddiaçının əri X2un ölməsinə birbaşa şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqi b ərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət hərəkətsizlikdir). Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağl ı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1121.1-ci maddəsinin tələbindən görünür ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin, ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin, işləməyən v ə ölənin uşaqlarının zərərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 1121.3-cü maddəsinin tələbindən görünür ki, zərərin əvəzi yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək, on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək, ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə ödənilir. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfu z, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahiz əsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunl arın cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyə tləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının əri X2un həlak olması onun fiziki və mənəvi sarsıntılar keçirməsini labü d etmişdir. Belə ki, iddiaçının əri X2u itirməsinin onun şüuruna həqiqətən çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır. Digər tərəfdən məhz cavabdehlərin təqsiri üzündən iddiaçı əri X2un dəfn və sair xərclərini ödəmək məcburiyyətində qalmaqla, himayəsində olan hazırda 16 yaşında olan qızını saxlamaq vəzifəsi də onun üzərinə düşmüşdür. Belə ki, iddiaçının əri X2un ölümü onların əvvəlki yaşayış səviyyəsinin aşağı düşməsi və maddi vəziyyətlərinin ağırlaşmasına gətirib çıxartmışdır. Məhrum əri X2un sağlığında iddiaçının və ailəsinin dolanaşıqları əri tərəfindən qarşılanmış və hazırda heç bir yerdən gəlirləri olmamaqla ağır maddi duruma düşmüşlər. Bununla da məcburi köçkün statusunda olan və işləməyən iddiaçının qeyd edildiyi kimi ağır maddi duruma düşməsi öz növbəsində məruz qaldığı mənəvi zərərin şiddətini bir qədər də artırmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin mənəvi zərərin həddinin 10.000 manat müəyyən edilməsini işin hallarına uyğun hesab etmişdir. İşdən görünür ki, Cavabdeh1 apellyasiya ipnstansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir, Cavabdeh2 isə apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində sözügedən yolnəqliyyat hadisənin baş verməsində özünün məsuliyyətini istisna etməmiş, yalnız mənəvi zərərin həddinin yüksək olmasından şikayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iki cavabdehə müna sibətdə yönəlmiş 10.000 manat mənəvi zərərin həddinin yüksək olması ilə bağlı Cavabdeh2 dəlili ilə razılaşmaq olmaz. Çünki iddiaçıya qarşı cavabdehlərin zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətlərə yol vermələri mülki iş materialları ilə istisna olunmur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi həm yuxarıda qeyd edilənləri, həm də cavabdehlərin yol-nəqliyyat hadisəsinin baş verməsindən sonrakı davranışlarını, iddiaçıya mərhum X2un dəfn xərcləri ilə bağlı məruz qaldığı maddi zərəri ödəməməklə onu ağır maddi duruma səbəb olmalarından ibarət işin hallarını nəzərə alıb, düzgün olaraq iki cavabdehdən müştərək qaydada tutulmaqla müəyyən edilmiş 10.000 manat məbləğində mənəvi zərərin həddini ağlabatan və ədalətli hesab etmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qətn amənin qəbulundan sonra ödənilmiş 5.000 manat pul vəsaiti ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, bu hal da hazırda deyil, qətnamənin qanuni qüvvəsini aldaqdan sonra icra icraatı qaydasında nəzərə alınmalı olan hallara aiddir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdı r. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 nümayəndəsi və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2017-ci il tarixli, 2(103)-77 79/2017 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-816/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-816/2019
12.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver