Məhkəmə qərarları › İş №2(102)-816/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-816/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-816/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh2 vəkili X30 oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı1 oğlu və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-23/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı1 oğlunun cav abdeh X5, Cavabdeh2, X12, X13, X7, DƏDRXnin 4 saylı Ərazi İdarəsinə, X Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 sentyabr 2019-cu il tarixli, 2(105)-2894/2019 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən və məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) iddiaçı İddiaçı1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-23/2019 saylı 06 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İddiaçı1 oğlu cavabdeh X14 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X14 ilə Cavabdeh2 arasında 0 4.11.2016-cı il tarixdə X DNK-da bağlanmış 4Ə-2696 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Ünvan X5 məxsus olmuş 0,869 ha torpaq sahəsindən cavabdehlər tərəfindən zəbt olunmuş 0,240 ha torpaq hissəsində inşa edilmiş tikililərin onların hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq onun qanuni sahibliyinə qaytarılması və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini artıraraq X14 ilə X18 arasında 0,0115 ha torpaq sahəsinə dair, X19 arasında 0,115 ha torpaq sahəsinə dair, X16 arasında 0,115 ha torpaq sahəsinə dair X notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 27 sentyabr 2014-cü il tarixli, 4Ə-2690 reyestr sayl ı alqı-satqı müqaviləsinin, X14 ilə Cavabdeh2 arasında 0,0524 ha torpaq sahəsinə dair 04.11.2016-cı il tarixdə X DNK-da bağlanmış 4Ə-2696 saylı alqı-satqı müqaviləsinin iddiaçıya məxsus torpaq sahəsinə tərəf hissədən hər birinin 3 metr hissədə, cəmi 240 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi, həmçinin cavabdehlərin adlarına dövlət reyestrində aparılmış qeydlərin və bunun əsasında verilmiş çıxarışların iddiaçının yerinə tərəf 3 metr hissədə 240 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İddiaçı1 oğlu və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Cavabd eh1 adına verilmiş çıxarışın 240 kv.m. hissəsinin etibarsız olması və istərsə də İddiaçı tələb hüququna malik olması işin mübahisəsiz halıdır, lakin apellyasiya instansiyası məhkəməsi qanuni qüvvədə olan məhkəmə qərarlarına əhəmiyyət verməmiş, nəticədə mübahisənin mahiyyəti üzrə düzgün həlli ilə nəticələnməyən qətnamə qəbul etmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2894/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddiaçı İddiaçı1 oğlunun cavabdehlər X5, Cavabdeh2, X12, X15, X8, ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və X notariat kontoruna qarşı iddiasının təmin edilərək, X14 ilə X18 arasında 0.0115 ha torpaq sahəsinə dair, X20 arasında 0.0115 ha torpaq sahəsinə dair, X17 arasında 0.115 ha torpaq sahəsinə dair X notariat kontorunun xüs usi notariusu X tərəfindən təsdiq edilmiş 27 sentyabr 2014-cü il tarixli 4Ə-2690 reyestr nömrəli alqı-satqı müqaviləsinin, və X14 ilə Cavabdeh2 arasında 0.0524 ha torpaq sahəsinə dair X notariat kontorunun xüsusi notariusu X tərəfindən təsdiq edilmiş 27 sentyabr 2014-cü il tarixli 4Ə2690 reyestr nömrəli alqı-satqı müqaviləsinin İddiaçı torpaq sahəsinə tərəf hissədən hər birinin 3 metr hissədə cəmi 240 kvm torpaq sahəsinə dair hissədə ləğv edilməsi, həmçinin, X9, X10, X6 və Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və bunun əsasında verilmiş çıxarışların İddiaçı aid torpaq sahəsinə dair hissədən hər birinin 3 metr hissədə cəmi 240 kvm torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X30 oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını qeyd edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 02 sentyabr 2019cu il tarixli 2(105)-2894/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətlə ndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı1 Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 06 iyun 2013-cü il tarixli, 2(85)-964/2013 saylı qərarı ilə müəyyən edilən iddiaçılar İddiaçı1 oğlu və X2 Abşeron rayonu, X11 müvafiq qərarları ilə ayrılmış torpaq sahələri koordinatlarında deyil, sürüşdürülərək faktiki olaraq başqa koordinatlarda yerləşməsi, həmin koordinatlar üzrə torpaq sahələri də iddiaçılara məhz bələdiyyə tərəfindən mərzlənərək təhvil verilməsi, lakin sonradan işin bu hal ını nəzərə almadan bələdiyyənin iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən, alqı-satqı predmeti olan 0,869 kv.m torpaq sahəsinin sahibkarlıq tikinti məqsədi ilə satılması qərarına gəlməsi hüquqi mövqeyinə əsaslanaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, işin materiallarından və iddiaçının izahatından göründüyü kimi məhkəmənin qeyd edilən qətnaməsindən sonra iddiaçının qardaşı X özünə aid torpaq sahəsini iddiaçıya bağışlamış, hər iki torpaq sahəsi vahid qeydiyyatla mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Hal-hazırda cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin arasında təxminən üç metr enində boş torp aq sahəsi mövcuddur. Həmin torpaq sahəsi mühafizə zolağına düşdüyü üçün heç kimin mülkiyyətinə verilməmişdir və verilməsi halı da göründüyü kimi istisna olunur. Bundan başqa apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, X14 ilə Cavabdeh2 arasında 0,0524 ha. torpaq sahəsinə dair 04.11.2016-cı il tarixli X DNK-da 4 Ə-2696 saylı alqı-satqı müqaviləsi bağlanan zaman X3 mülkiyyət hüququ, torpaq sahəsini özgəninkiləşdirmək hüququ olmuşdur. Əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını təsdiq edən sübutlar isə iş materiallarında mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddia tələbinin X1 4 ilə Cavabdeh2 arasında 0,0524 ha. torpaq sahəsinə dair 04.11.2016-cı il tarixli X DNK-da 4Ə-2696 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı hüquqi nəticələrin ləğvinə dair hissəsində hal-hazırda mübahisə edilən torpaq sahəsini iddiaçının mübahisələndirmək hüququ olmadığından bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı digər cavabdehlər arasında bağlanan alqı-satqı müqavilələrinin və onların hüquqi nəticələrinin ləğvini tələb edir, bu hüquq müqavilə tərəflərinə aiddir. Halbuki, iddiaçı həmin müqavilələrin tərəfi deyildir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyant apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, apelyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə qətnaməsində qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərind ə sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi pri nsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 adına verilmiş çıxarışın 240 kv.m. hissəsinin etibarsız olması və istərsə də İddiaçı tələb hüququna malik olması işin mübahisəsiz halıdır, lakin apellyasiya instansiyası məhkəməsi qanuni qüvvədə olan məhkəmə qərarlarına əhəmiyyət verməmiş, nəticədə mübahisənin mahiyyəti üzrə düzgün həlli ilə nəticələnməyən qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinın tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəti cə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması ərizəçinın birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlillərinin əsaslı olma sına dair istinad etdiyi hallarla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim edə bilmədiyi üçün onun iddia tələblərinə və apellyasiya şikayətinin dəlillərinə də sübutetmə yükünün daşıyıcısı kimi məhz özünün irəli sürdüyü arqumentlər əsasında baxılaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllnin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar