Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-816/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3412/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin hall arı: İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 4.300 manat məbləğində, 04 iyul 2016cı il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 13.000 manat məbləğində, 11 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 9.100 manat məbləğində, 26 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 26.000 manat məbləğində, 28 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 52.700 manat məbləğində, 29 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 51.000 manat məbləğində, 29 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 2.700 manat məbləğində, 01 avqust 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 3 1.600 manat məbləğində, 03 avqust 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 42.200 manat məbləğində və 29 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətində 32.250 manat məbləğində kreditlər verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin fevral ayında "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən MMC-yə yaranmış cəmi 246.493,65 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-80/2020 saylı, 11 noyabr 2020-ci il tar ixli qətnaməsi ilə (hakim: T.N.Mahmudova) iddia qismən təmin edilmiş, Cavabdeh 98.581,02 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3412/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-80/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən h issədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3412/2021 saylı, 19 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından müəyyən olunmuşdur ki, sözügedən qətnamə Cavabdeh nümayəndəsi və vəkili Samiq Qasımovun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 04 may 2021-ci il tarixdə yerləşdirilmiş (İİ cild, səh. 320), həmçinin iş materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, Cavabdeh qeyd olunan qətnamənin surətini 21.05.2021-ci il tarixdə qəbzə imza etməklə almışdır (İİ cild, səh. 323). Daha sonra cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qətnamənin surətini 26 oktyabr 2021-ci il tarixdə qəbzə imza etməklə təkrar almış, 27.10.2021-ci il tarixdə isə elektron formada kassasiya şikayəti ilə məhkəməyə müraciə t etmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi tərəfindən qətnamə 04 may 2021-ci il tarixdə alınmasına baxmayaq kassasiya şikayəti 5 aydan artıq müddət keçdikdən sonra, yəni 27.10.2021-ci il tarixdə verilmiş, həmçinin kassasiya şikayətinə müddətin bərpasına dair vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilən vəziyyətdə kollegiya apellyasiya instansiyası məhkəməsin in iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından və qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3412/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-816/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-816/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver