Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8162/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsindən “İddiaçı İKB” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(010)-861/2019, hakim A.A.Qasımov) iddiaçı “İddiaçı İKB” ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 oğlundan 768 manat məbləğində əsas borc, 286 manat məbləğində faiz borcu, 11 manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9952/2019 İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) “İddiaçı İKB” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “İddiaçı İKB” ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 24 ay müddətinə 28% ödəmək şərti ilə 4.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi “İddiaçı İKB” ASC ilə Azayev Fərid İsif oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. 28 noyabr 2018-ci il tarixdə “İddiaçı İKB” ASC Cavabdeh1 oğluna və Azayev Fərid İsif oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğində görə faiz hesablanması öhdəlik tam icra edilənədək davam etdirilməlidir. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən hallara düzgün qiymət verilməyərək qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcu, o cümlədən cərimə və gecikdirilmiş faiz borcunun borclu və zaminlərdən müştərək qaydada tutulması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia gecikdirilmiş faiz borcu, yəni müqavilədən sonrakl müddətdə faiz borcunun tutulması və iddianın zaminə aid hissəsində rədd edilmiş, iddiaçının nümayəndəsi həm in hissədə qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırda da iddiaçı apellyasiya şikayətinin təmin edilməməklə birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanllması barədə apellyasiya instnasiya məhkəməsinin qətnaməsini kasssasiya qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəlləsinin 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin müqavilə öhdəliyinin pozulmasının onun cavabdeh olduğu haldan irəli gəldiyi, həmçinin sonuncunun pul vəsaitini qanunsuz saxlamaqla müəyyən gəlir artım, bəhər və s. əldə edilməsi halı iddiaçı tərəfindən sübut edilməmişdir. Bununla bərabər, zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Göründüyü kimi 17 oktyabr 2014-cü tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə zaminlik müqaviləsi də bağlanmışdır. Həmin kredit müqaviləsinin icra müddəti 16 oktyabr 2016-cı il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliklərin icrası vaxtını n çatdığı gündən bir il ərzində qüvvədə olmuş, iddiaçı bank 28 noyabr 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank müqavilələrin icra müddəti bitdikdən qanunla nəzərdə tutulmuş bir il müddət ərzində zaminə qarşı iddia irəli sürmədiyindən Cavabdeh1 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu halda apellyasiya məhkəməsi iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit və zaminlik müqavilələrinin bütün öhdəlikləri tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olma qla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8162/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8162/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver