Məhkəmə qərarları › İş №2(102)-817/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-817/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-817/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(103)-5740/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 32 saylı Dövlət Notariat ofisində borc (kredit) müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15.000 manat məbləğində faizsiz borc (kredit) verilmişdir.

2. Müqavilənin 3-cü bəndində borcun xx.xx.2023-cü il tarixədək qaytarılması nəzərdə tutulmuş, cavabdeh borcu qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15.000 manat pul məbləğinin, dövlət rüsumunun əvəzi olaraq 135 manat və hüquqi yardımla bağlı ödənilmiş 300 manat xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edil ən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Nəsirov X2 Fikrət Arif oğlu ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 32 saylı Dövlət Notariat ofisində kredit müqaviləsi bağlayaraq ona 15000 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı pul məbləğini xx.xx.2023-cü il tarixədək tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh dəfələrlə aldığı pul məbləğinin geri qaytarılması barədə müraciət olunsa da, aldığı pul məbləğini geri qaytarmamışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Nigar Nəbizadə) e-2(001)2653/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 15.000 manat məbləğində borcun, 300 manat vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin və 135 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş notariat işindən görünür ki, kredit müqaviləsi bağlanarkən 15.000 manat məbləğində pul notariusun depozit hesabına qəbul edilmişdir.

7. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin hal-hazırda hər hansı formada mübahisələndirilmədən qüvvədə olmasını və iş materiallarında cavabdeh tərəfindən hər hansı məbləğdə ödənişin edilməsi barədə sübutların olmadığını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia ərizəsi təmin edilməli, 15.000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

8. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tələb edilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, hüquqi yardıma görə ödənilmiş 300 m anat (ödənilməsi iş materiallarında olan 76.693 nömrəli qəbzlə təsdiq olunur) ağlabatan hesab edilərək Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 448.2, maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 121.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, məhkəməyə cavabdeh tərəfindən borcun qəbul edilməsi (notariusun depozit hesabından alınması) barədə sübut təqdim edilməmişdir. Məhkəmə qərar qəbul edilərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) 06 noyabr 2024-cü il tarixli 2(103)-5740/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2653/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırki iş üzrə iddiaçı tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması və həmin müqavilə üzrə cavabde h tərəfindən öhdəliyin icrasının pozulmasına istinad edərək müqavilədə göstərilən həddə pul məbləğinin ona qaytarılmasını tələb edir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, kredit müqaviləsində göstərilən borc pul məbləğinin onun tərəfindən qəbul edilməsinə, yəni notariusun depozit hesabından məxaric olunmasına dair sübut yoxdur və məhkəmə bu halı araşdırmadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir.

14. Bununla bağlı apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixli sübutların təmin edilməsi barədə qərardad qəbul edilmiş, qərardadla ləğv prosesində olan "xxxx" ASC-dən tərəflər arasında bağlanmış 07 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə notariusun depozit hesabına köçürülmüş 15.000 manat məbləğin borc alan Cavabdeh tərəfindən alınmasına dair müvafiq qəbzin əsli təl əb edilmişdir.

15. Nəticədə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə olunan sənədlərin əsillərindən görünür ki, həqiqətən də, tərəflər arasında bağlanmış xx.xx.2023- cü il tarixli kredit müqaviləsinin rəsmiləşdirilməsindən irəli gələrək Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X3 "xxxx" ASC-də açılmış depozit hesabına köçürülmüş 15.000 manat pul məbləği borc alan Cavabdeh tərəfindən götürülmüş və bununla bağlı müvafiq çek sonuncu tərəfindən imzalanmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırki işin hallarından da göründüy ü kimi tərəflər arasında notarial qaydada kredit müqaviləsi bağlanmış və cavabdeh müqaviləyə əsasən ona verilməli olan 15.000 manat məbləği bununla bağlı müvafiq qəbzə imza atmaqla götürmüşdür.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış borc müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və həmin borc müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən cavabdehdən 15.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə düzgün qənaətə gəlmişdir

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 21.1, 2 1.2, 324.1, 324.2, 324.4, 324.5, 385.1, 386.1, 390.1, 425, 442, 443.7, 448.2, 739.1, 739.2, 739.3, 742.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin, prosessual pozuntu kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci və 217-ci maddələrinin pozulduğu qeyd edilmişdir. Şikayətdə qeyd edilmişdir ki, qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün məhz borcverən üçün öhdəlik m üəyyənləşdirmiş, borc müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan sonra borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi pulun cavabdeh tərəfindən alınması barədə qəbzdəki imzanın cavabdehə məxsus olub-olmaması barədə ekspertiza keçirməmiş və imzanın cavabdeh tərəfindən imzalanıb- imzalanmaması yoxlanılmamışdır. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşd irilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

27. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqav iləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

28. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş sübutlar əsasında mübahisənin borc müqaviləsindən irəli gəldiyi, tərəflər arasında etibarlı borc müqaviləsi bağlandığı, iddiaçı tərəfindən cavabdehə 15.000 manat məbləğində borc verildiyi və borcun cavabdeh tərəfindən qaytarılmadığı müəyyən edilmişdir.

36. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya yazılı etiraz etməmiş, yalnız qətnamədən verdiyi apellyasiya şikayətində borc pul məbləğ inin ona verilməsi barədə işdə sübut olmadığını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir.

37. Cavabdehin bu dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılaraq 07 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə notariusun depozit hesabına köçürülmüş 15.000 manat məbləğin borc alan tərəfindən alınmasına dair iş materiallarına əlavə edilmiş çekin əsli cavabdehin vəkilinin vəsatəti əsasında sorğu verilməklə tələb edilmiş, sorğu əsasında ləğv prosesində olan "xxxx" ASC tərəfindən sözügedən çekin əsli məhkəməyə təqdim edilmiş və bu sübutun mötəbərliyi təsdiq olunmuşdur.

38. Cavabdeh və vəkili işə apellyasiya instansiyası qaydasında baxılarkən məhkəmə iclaslarında iştirak etməmiş, borc pul məbləğinin cavabdehə verildiyini təsdiq edən çekdəki imzanın yo xlanılması üçün ekspertiza təyin edilməsi barədə vəsatət verilməmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olduğundan sənəddəki imzanın mötəbərliyi mübahisələndirilmədiyi halda xx.xx.2023-cü il tarixli bank çekindəki imzanın cavabdehə məxsus olub-olmadığının yoxlanılması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməməsi MPM-nin 88-ci və 217-ci maddələrinin pozuntusu kimi qiymətləndirilə bilməz.

40. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(103)-5740/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar