Məhkəmə qərarları › İş №2(102)-8173/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8173/2019

26.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8173/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı2 vəkili X3, Cavabdeh1 və onun vəkili X8 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2019-cu il tarixli, 2(103)-3165/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim G.İmanova) 06.11.2018-ci il tarixli, 2(0 10)-4069/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 Əbdül oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, A.Hüseyn) 29.08.2019-cu il tarixli, 2(103)-3165/2019 nömrəli qətnaməsi ilə İddiaçı2 ayrılıqda verdiyi, habelə iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli, 2(010)-4069/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh1 vurulmuş maddi zərərin kompensasiyası kimi 3000 manatın və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 30 m anatın, cəmi 3030 manat məbləğində pulun tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci hesabına Cavabdeh1 60 manat, habelə İddiaçı1 və İddiaçı2 müştərək qaydada 60 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 Əbdül oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1999-cu il buraxılış ili olan, **--*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yol hərəkət qaydalarının pozulması nəticəsində idarə etdiyi “MAN yük” maşını ilə vurması nəticəsində maşının tam yararsız hala düşməsini nəzərə alaraq, bazar qiymətinə uyğun zərər əvəzi 12000 manat məbləğin, 600 manat vəkil xərcinin, 450 manat əldən çıxmış faydanın, 500 manat müayinə və müalicə xərcinin, iztirab keçirmək üzrə mənəvi zərərin əvəzi 2000 manat məbləğin, cəmi 15550 manatın cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1999-cu il buraxılış ili olan, **--*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yol hərəkət qaydalarının pozulması nəticəsində idarə etdiyi “MAN yük” maşını ilə vurması nəticəsində maşının tam yararsız hala düşməsini nəzərə alaraq, bazar qiyməti 1200 0 manatdan ödənilmiş 5000 manat sığorta məbləği və 3000 manat satış məbləği çıxılmaqla, zərər əvəzi 4000 manat məbləğin, 600 manat vəkil xərcinin, 450 manat əldən çıxmış faydanın, 500 manat müayinə və müalicə xərcinin, iztirab keçirmək üzrə mənəvi zərərin əvəzi 2000 manat məbləğin, cəmi 7550 manatın cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili X8 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Məhkəmə işə birtərəfli və qeyri-obyektiv baxmış, işin nəticəsinə təsir edən sənədlərə lazımi hüquqi qiy mət verməmiş, yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşin həqiqi hallarından görünür ki, 01.04.2018-ci il tarixdə saat 23:50 radələrində cavabdeh idarə etdiyi loubed yarımqoşqu yük avtomaşını ilə Nəsimi rayonu************ küçəsindən üzü 3-cü mikrorayon istiqamətinə hərəkət edərkən Velotrek ticarət mərkəzinin qarşısında “Mersedes Benz” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobili vurmamış, onu zədələməmiş və həmin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmamışdır. Əksinə, həmin “Mersedes Benz” markalı avtomobilin sürücüsü İddiaçı2 “Yol hərəkəti haqqında” Qanunun tələblərini kobud şəklində pozaraq idarə etdiyi avtomobil ilə cavabdehin idarə etdiyi yük avtomaşının qoşqunun arxa təkərinə vurmuş və nəticədə onun avto mobili qarşıda dayanmış vəziyyətdə olan “Daewoo BS 090” markalı ** *** dövlət qeydiyyat nişanlı avtobusun arxasına dəymişdir. Həmin vaxt tıxac yaranmaması üçün cavabdeh qarşı yolda maşınını saxlayarkən “Mersedes Benz” markalı avtomobildən düşən dörd nəfər şəxsin əllərində montirovka və digər əşyalar olmuşdur və həmin şəxslər aqressiv şəklində montirovka və dəmir parçalarla maşının kabinasına çoxsaylı zərbələr endirib avtomobilə xeyli miqdarda zərər vurduğuna görə cavabdeh hadisə yerindən uzaqlaşıb maşını qaraja sürməyə məcbur olmuşdur. Cavabdeh hadisə yerindən yayınmamış və həmin yeri qeyd etdiyi dörd nəfər şəxsin aqressiv və qanunsuz hərəkətlər nəticəsində tərk etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2019-cu il tarixli, 2(103)-31 65/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı1 Əbdül oğlu, İddiaçı2 və cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili X8 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 vəkili Vəkil kassasiya şikayətinə eti raz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2019-cu il tarixli, 2(103)-3165/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası işin hallarına əsasən müəyyən etmişdir ki, 01 aprel 2018-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Man” markalı, **--*** dövlət qeydiyyat nişanlı yarım-qoşqulu yük avtomaşını ilə yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçının idarə etdiyi “Mercedes Benz C230” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. İddiaçının avtomo bilinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, zərər dəymiş avtomobil artıq iddiaçı tərəfindən 3000 manata satıldığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. İddiaçı onun avtomobilinin qiyməti 12000 manat olmasını bildirsə də, buna dair heç bir sübut təqdim edə bilməmiş, eyni zamanda iddiaçı əldən çıxmış fayda ilə bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıya “xxxx” Sığorta Şirkəti tərəfindən 5000 manat ödənilmiş və zərər dəymiş avtomobilini də 3000 manata satmışdır. Eyni zamanda məhkəmə, iddiaçının müayinə və müalicə xərlərinə dair 500 manatın və mənavi zərərə görə 2000 manatın ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş cinayət işinin rədd edilməsi haqqında 10 aprel 2018-ci i l tarixli qərardan göründüyü kimi, İddiaçı2 izahatında göstərmişdir ki, hadisə zamanı xəsarət almamış və məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Həmçinin İddiaçı2 tərəfindən nə cür müayinə və müalicə aparılmasına dair, mənavi zərər çəkməsinə dair heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin apellyasiya kollegiyası işin mübahisələndirilməyən halı kimi müəyyən etmişdir ki, Cavabdeh1 idarə etdiyi “MAN yük” markalı, **--*** dövlət qeydiyyat nişanlı yarım-qoşqulu yük avtomaşınının və iddiaçıların sahiblik və istifadəsində olan “Mercedes Benz C230” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə sonuncu avtomobilə maddi ziyan vurulması iş üzrə mübahisələndirilməyən halıdır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 həmin yol nəqliyyat hadisəsində təqsirli olmadığını qeyd etsə də, özünün apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş Cinayət işi başlanmasının rədd edilməsi haqqında 30 iyun 2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş Cinayət işi başlanmasının rədd edilməsi haqqında 10 aprel 2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, sürücü Cavabdeh1 yol vərəqəsi ilə idarə etdiyi “MAN” markalı **-*** dövlət qeyd iyyat nişanlı loubed yarımqoşqu yük avtomaşını ilə 01 aprel 2018-ci il tarixdə saat 23.50 radələrində Nəsimi rayonu, ************ küçəsindən üzü 3-cü mikrorayon istiqamətinə hərəkət edərkən “Velotrek” ticarət mərkəzinin qarşısında tıxac olduğu üçün dayanmış vəziyyətdə olan İddiaçı2 idarə etdiyi “Mercedes Benz” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşını, sonuncu isə qarşısında dayanmış vəziyyətdə olan X1 yol vərəqəsi ilə idarə etdiyi “Daewoo BS” markalı, **-*** dövlət qediyyat nişanlı avtobusu arxadan vuraraq zəncirvari yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmışdır. Qərara əsasən vətəndaş Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsinə əsasən inzibati qadada tədbir görülməsi məqsədi ilə qərar icra olunması üçün Nəsimi RPİ-nin DYPŞ-yə göndərilmi şdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən alınmış İnzibati xəta haqqında 01 aprel 2018-ci tarixli protokola əsasən “MAN yük” markalı, **--*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsiri qanuni qüvvəyə minmiş həmin qərarlarla öz təsdiqini tapmışdır və bu səbəbdən vurulmuş zərərin ödənilməsinə məsuliyyəti o daşıyır. Göstərilənlərə əsasən apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi qənaətinə gəlmişdir. Apellyasiya kollegiyası iddianın qismən təmin edilməsi barədə qənaətini i sə onunla əsaslandırmışdır ki, iddiaçılara vurulmuş ziyanın kompensasiyası olaraq icbari sığorta əsasında 5000 manat məbləğində pulun ödənilməsi iddia ərizəsində etiraf olunmuşdur və mübahisə olunmur. Həmçinin iddia ərizəsinə əsasən “Mercedes Benz C230” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin qalıqları 3000 manata satılmış və həmin rəqəmin daha yüksək olması nə cavabdeh tərəflə mübahisələndirilir, nə də ki, bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut qismində qiymətləndirərək hesab etmişdir ki, iddiaçıların sahibliyində və istifadəsində olan avtomobilin dəyəri 11000 manat qəbul edilməklə, onlara vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən ödə nilmiş 5000 manat və avtomobilin qalıq dəyəri olan 3000 manat çıxılmaqla, iddiaçıların qalan məbləği tələb etmək hüquqları olmuş və iddia 3000 manat məbləğində zərərin Cavabdeh1 tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tik inti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbəni n vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olmadığını kassasiya şikayətində dəlil olaraq göstərmiş olsa da, iş materialları ilə də müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh təqsirli bilinmişdir və cavabdeh bu barədə məlumatlı olmuşdur. Hazırki halda da cavabdeh kassasiya şikayətini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2019-cu il tarixli, 2(103)3165/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar