Məhkəmə qərarları › İş №2(102)-8177/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8177/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8177/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-1533/2018, hakim N.Ə.Misirzadə) İddiaçı Cavabdeh XXX oğlun a qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 281.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə alınması qət edilmiş, iddia qalan hissədə rədd edlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8147/2019, hakimlər V.N.Sadıqov, İ.S.Şirinov, A.N.İmanov) Cavabdeh XXX oğluna apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 27 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh XXX oğluna 27.10.2014-cü il tarixə qədər 285.000 ABŞ dolları məbləğində bor c vermişdir. 01 dekabr 2017-ci il tarixdə İddiaçı Cavabdeh XXX oğluna qarşı 281.000 ABŞ dolları məbləğində əsas borc, 44.491 ABŞ dolları illik 5 faiz borcu olmaqla, 15.000 manat məbləğində maddi zərərin, mənəvi zərərin əvəzi olaraq isə 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiym ət verilməmişdir. 1000 ABŞ dolları məbləğində pulun 2014-cü ilin oktyabr-noyabr aylarında, 3.000 ABŞ dolları məbləğində pulun 2015-ci ilin payız aylarında cavabdeh tərəfindən iddiaçıya verildiyinin şahid ifadələri ilə təsdiq edilməsinə baxmayaraq apellyasiya məhkəməsi iş üzrə 3 illik idda müddətinin ötürülməsi barədə nəticəyə gəlmişdir. Halbuki, cavabdeh tərəf iddia müddətinin kəsilməsi üçün qanunla müəyyənləşdirilmiş hərəkətlər etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyas iya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 27 oktyabr 2009-cu il tarixdə notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı 27 oktyabr 2014-cü il tarixinə qədər qaytarmaq şərti ilə cavabdehə 285.000 ABŞ dolları borc vermiş, sonuncu məbləği vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı 01 dekabr 2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun cavabdehdən tutulmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, borc məbləği müqavilədə göstərilən məbləğdə- 285.000 ABŞ dolları deyil, əslində 30.000 ABŞ dolları olmuşdur və ona faizlə verilmişdir, həmin məbləğ iddiaçıya tam şəkildə faizləri ilə birlikdə ödənilmişdir, onun iddiaçıya borcu yoxdur. Cavabdeh eyni zamanda iddiaçının qanunla nəzərdə tutulmuş müddətdə borcunu tələb etmədiyinə istinad edərək iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə 27.10.2009-cu il tarixdə bağlanmış, həmin müqavilə üzrə yaranmış öhdəliyin icra müddəti 27.10.2014-cü il tarixdə qurtarmış, iddiaçının ərizəsi isə məhkəməyə 01.12.2017-ci il tarixdə daxil olmuşdur, belə olan halda görünür ki, 3 illik iddia müddəti ötürülmüşdür. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbinin əsasını borc müqaviləsi üzrə öhdəliyin icrası təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia i rəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bu halda, iddia müddəti tətbiq edilərkən iddia müddətinin axımının başlandığı gün dəqiq müəyyənləşdirilməlidir. İddiaçı bildirir ki, 27 oktyabr 2014-cü il tarixdə cavabdeh tərəfindən 1.000 ABŞ dolları qaytarılmış, 2015-ci ilin dekabr ayınadək isə hissə-hissə 3.000 ABŞ dolları qaytarılmışdır. İddiaçı istinad etdiyi halları təsdiq etmək üçün şahid ifadələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsi ilə sübutların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şahidlərin ifadələri sübut hesab edilir. Həmin Məcəlləni n 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar barədə bilavasitə xəbərdar olduğu və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 194.1-ci maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlav ə edilir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən şahidlər Arzu Qədirova və Elşad Abdullayevdən Mülki Prosessual Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq iltizam alınmışdır. X4 cavabdehin ona təxminən 2015-ci ilin payız aylarında (sentyabrdan sonrakı aylarda) bir həftə fərqlə 800 ABŞ dolları və 1200 ABŞ dolları qaytardığı, digər şahid Elşad Abdullayev isə cavbdehlə 2015-ci ilin noyabr ayında həftə içi axşam vaxtlarında «Neftçilər» metrosunun yaxınlığında görüşərək, 1.000 ABŞ dollarını ona verdiyi barədə ifadə vermişdir. Apellyasiya məhkəməsi vəzifələri və məsuliyyətinin izah edilməsi haqqında iltizam alınmış şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmiş və gəldiyi nəticəni həmin ifadələrin cavabdehin həmin şəxslərə hər hansı məbləğ ödəmədiyi barədə izahatı ilə t əsdiqlənməməsi ilə əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi, şahidlər cavabdehin pul məbləğini birbaşa onlara verdiyini bildirmişlər və yalan ifadə verməyə cinayət məsuliyyəti daşıdıqları barədə onlardan iltizam alınmışdır. Bu halda, apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi şahid ifadələrinin iddiaçının istinad etdiyi halın, yəni iddia müddətinin axımının kəsilməsini təsdiq edən sübut kimi qiymətləndirilməməsi barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara sübutların qiymətləndirilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, iddia müddətinin axımının başlandığı günü dəqiq müəyyənləşdirmədən iddia müddətinin ötürülməsi barədə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar