Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-818/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)*****/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(060)*****/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit məbləğinin qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 90.000 ABŞ dolları məbləğində əsas borc, 8.750 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 99.250 ABŞ dolları məbləğində kredit borcunun və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və mübahisənin məhkəmə vasitəsilə həll olunması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı AS C-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə, E.Rəhimov) xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-*****/2018 saylı qətnaməsinın – «Cavabdeh 8.750 ABŞ dolları məbləğində faiz və 500 ABŞ dollar cərimə borcunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlaərin Sığortalanması Fondunun xeyrinə tutulsun» hissəsində dəyişdirilib, faiz borcunun 375 ABŞ dolları və cərimə borcunun 150 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilməsi, qətnamənin – «Cavabdeh 90.000 ABŞ dolları məbləğində əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və mübahisənin məhkəmə vasitəsilə həll olunması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesab nömrə sinə keçirilməsi» hissəsində dəyişdirilmədən saxlanılması, aparılmış təkrar ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 132,25 manat hissəsinin Cavabdeh, 12,75 manat hissəsinin isə İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90.000 ABŞ dolları məbləğində əsas borc, 8.750 ABŞ dolları məbləğində faiz borcu, 8.925 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 107.675 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsilə həll olunması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirilir. Borcalan kredit və ( və ya) ona hesablanmış faizləri ödəniş qrafikin nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə vaxtı keçmiş vaxtı kredit üzrə 12% faizi ödəyir. Bu bəndə əsasən cavabdehə imzaladığı müqavilənin şərtlərinə uyğun olaraq cərimə və faiz borcu hesablanmış və buna əsasən bu hissədə tələbləri tam təmin edilməlidir. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh ilə İddiaçı arasında bir neçə kredit müqaviləsi bağlanmış, onun tərəfindən banka kredit müqavilələri üzrə müəyyən məbləğlərdə ödənişlər həyata keçirilmişdir. Birinci instansiya məhkəməsində hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borc məbləği ilə bağlı iddiaçının nümayəndəsindən kassa məxaric qəbzi və hesabdan çıxarış təqdim edilməsi tələb edilsə də, iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməkdən yayınmış, eyni zamanda heç bir instansiya məhkəməsi tərəfindən həmin sübutların təqdim edilməsi tələb edilməmişdir. İddiaçı tərəfindən cavabdehin adına bağlanmış bütün müqavilələr üzrə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış məhkəməy ə təqdim edilmişdir ki, həmin çıxarışda da hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borc verilməsini müəyyən etmək mümkün deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız iddiaçının mövqeyinə istinad olunaraq, sübutların hərtərəfli və lazımi qiymətləndirilməsi aparılmamış, sübutların mötəbərliyi və kifayətliliyi tədqiq edilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlərr. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 vermiş olduqları kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, digər tərəfin şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edi lməsi barədə qəbul etdiyi qətnamənin faiz və cərimə borcu hissəsində dəyişdirilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxx 2015ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 12 ay müddətində icra edilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, həmin qərardad ilə Cavabdeh xx xxxxxx 2017-ci il tarixə Banka olan borcunun hansı miqdarda olması sual doğurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 26208 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh xx xxxxxx 2017-ci il tarixə əsas borc üzrə 90.000 ABŞ dolları, faiz borcu üzrə 8.750 ABŞ dolları borcu old uğu müəyyən edilmişdir. Apellyasiya kollegiyası mübahisə üzrə araşdırma apararkən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Apellyasiya kollegiyası bu nəticəyə gələrkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli, ****/*** saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən 12 ay müddətinə, illik 10 faiz olmaqla, 90.000 (doxsan min) ABŞ dollan məbləğində kredit götürmüşdür. Göründüyü kimi müqavilənin qabaqcadan icra edilmə müddəti müəyyən edilmiş və cavabdeh kredit müqaviləsinin qüvvədə olan dövr ərzində əsas borc məbləğinə illik 10% faiz borcu ödəyəcəyinə dair öhdəlik götürmüşdür. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 36.6-cı maddəsində qeyd olunur k i, kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Lakin birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edən zaman Bankın kredit müqaviləsinin müddətinin xx xxx 2016-cı il tarixdə bitməsini nəzərə almamış, mübahisənin məhkəmədə baxılan dövr ərzində, yəni xx xxxxxx 2017-ci il tarixə olan kredit borcunun mövcudluğunu müəyyən etmişdir. Buna görə də, apellyasiya kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində borcunun əsas və faiz borcunun müəyyən edilməsi ekspert qarşısında sual doğurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 6557 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə əsas borc 90.000 ABŞ dolları və faiz borcu 375 (ABŞ dolları məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun 500 ABŞ dolları məbləğində müəyyən etsə də, apellyasiya kollegiyası hesab etmişdir ki, həmin məbləğ də yüksək olub işin hallarına uyğun deyildir və həmin məbləğin 150 ABŞ dolları məbləğində müəyyən edilməsi daha qanuni və ədalətli olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gec ikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin faiz və cərimə borcunun azaldılması barədə qə naəti məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad edilməklə gəlinmişdir. Apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə məhkəməmühasibatlıq ekspertizasının təkrar təyin edilməli olmasını kifayət qədər aydın şəkildə əsaslandırmışdır. İddiaçının kassasiya şikayəti əsasında kassasiya yoxlaması aparılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi t ərəfindən qətnamə qəbul edilərkən yol verilmiş hər hansı pozuntuya istinad edə bilməmiş, formal dəlillərlə şikayətini əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillərə münasibət göstərərkən qeyd etmişdir ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsasında aparılan kassasiya yoxlaması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442- ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-818/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-818/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver