Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-818/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 26.01.2021 Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxxx/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia qaldıraraq Cavabdeh 9200 manat məbləğində pulun ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh 9200 manat məbləğində borc, maddi zərər olaraq 10350 manat və mənəvi zərər olaraq 5000 manat, cəmi 24550 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında baş vermiş şifahi razılaşmaya əsasən cavabdeh ondan 2014-cü ilin noyabr ayında 7000 manatlıq və 2015-ci ilin yanvar ayında 8700 manatlıq, cəmi 15700 manat dəyərində qızıl -zinət əşyalarını, nisbətən baha qiymətə başqalarına satıb malın maya dəyərini hər ay 200 manat olmaqla ona ödəmək şərtilə alıb aparmış, həmin borcdan bir hissəsini, yəni 6500 manatını ödəsə də, qalan 9200 manatını ödəmədiyinə görə dəfələrlə polisə şikayət ərizələri ilə müraciət etmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Öz aralarında nəzərdə tutulmuş ödəmə müddətləri, dəfələrlə ödəmə olmadan keçdiyinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklərə əməl olunmamışdır və onun borc məbləğini könüllü qaytarmaq niyyəti olmadığından mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-xxx/2019 nömrəli (hakim Anar Sadıqov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4700 manat məbləğində pulun tutularaq İdd iaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manatının isə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh nisyə olaraq müxtəlif vaxtlarda 15700 manat məbləğində qızıl-zinət əşyaları vermiş, Cavabdeh isə həmin nisyə götürdüyü qızıl əşyaların pulundan bir hissəsini, yəni 11000 manat məbləğində olan hissəsini ona vermiş, digər hissəsini, yəni 4700 manat hissəsini isə borclu qalmışdır. İddia tələbinin digər hissəsi isə məhkəmə baxışı zamanı sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 427, 442, 445.2, 448, 567, 600.1, 600.4, 793.1, 1091.1, 1091.2, 1093.1-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Cavabdeh 15700 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə, Cavabdeh Sarı qızı isə apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-2483/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının ap elyasiya şikayətləri təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin 2xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət ütmək hüququna malikdir. Məhkəmə müdafiəsi mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Göründüyü kimi, cavabd eh iddiaçıdan götürdüyü qızıl-zinət əşyalarının dəyərini ödəməli olduğu halda, öhdəliklərini kobud şəkildə pozaraq ümumilikdə (1570011000=4700) 4700 manat pulu qaytarmamaqla, öhdəliyin şərtlərini pozduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən məbləğdə pulu cavabdehdən haqlı olması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)xxxx/2020 saylı, xx.xx.2020-ci il tarixli qətna məsinin ləğv edilməsi, apelyasiya instansiyasında müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-xxxx/2020 saylı qətnaməsində maddi hüquq normaları pozulmuş, qətnamə düzgün tətbiq olunmamış, əsasız və qanunsuz qəbul edilmişdir. Eləcə də məhkəmə kollegiyası işə baxarkən Azərbaycan Respublikası MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini də pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14, 88, 189-cu maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərd ən aydın olur ki, Sumqayıt Apellyasiya Məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı vəkili X2 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəs inə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi x ahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı kasasiya şikayətində işə mahiyyəti üzrə baxmış apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normasının pozulmasına istinad etsə də, apelyasiya kolle giyası tərəfindən yol verilmiş hər hansı pozuntu ilə bağlı bir halı vurğulaya bilməmiş, şikayətini formal olaraq əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı bir tərəfdən apelyasiya kollegiyasının maddi və prosessual hüquq normalarının tələblərini pozmasını göstərsə də, digər tərəfdən kasasiya şikayətinin xahiş etdi hissəsində apelyasiya baxışı zamanı müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxxx/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.