Məhkəmə qərarları › İş №2(102)-8187/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8187/2019

25.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8187/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 2(103)838/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-6130/2016) İddiaçı cavabdehlər Cavabdeh2-yə, Cavabdeh3-yə və Cavabdeh1 qarşı N ünvanında yerləşən 2 o taqlı mənzilə istifadə hüququnun tanınması, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin ona təhvil verilməsi və mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 19 dekabr 2007-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən MMC alıcı Cavabdeh1 N ünvanında tikiləcək yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 60,18 kv.metr təşkil edən 2 otaqlı mənzillə təmin etmək barədə üzərin ə öhdəlik götürmüşdür. 03 sentyabr 2008-ci il tarixli müqaviləyə görə isə Cavabdeh2 İddiaçı həmin ünvanda tikiləcək evin 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən sahəsi 60,18 kv.metr təşkil edən 2 otaqlı mənzillə təmin etmək barədə üzərinə öhdəlik götürmüşdür. Hər iki alıcı tərəfindən mənzillərin müqavilədə müəyyən olunmuş dəyərləri ödənilmişdir. 2016-cı ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC tərəfindən inşa edilmiş evin mərtəbələrinin və mənzillərinin düzgün nömrələnməməsi nəticəsində ona verilməli olan mənzilin Cavabdeh1 verilməsini əsas göstərməklə binanın 13-cü mərtəbəsində yerləşən iki otaqlı mənzilə istifadə hüququnun tanınması və Cavabdeh1 həmin mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi və mənzildən istifadəsinə törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək MMC-dən dəyərini ödəməklə mənzil almasına baxmayaraq həmin mənzilə Cavabdeh1 köçürülməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini di nləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1la bağlanmış müqavilədə onun istifadəsinə verilməsi nəzərdə tutulmuş və hazırda onun istifadəsində olan mənzil binanın 12-ci mərtəbəsində yerləşir. Bundan başqa, Bakı şəhəri, Xətai rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 28 fevral 2014-cü il tarixli qətnaməsi ilə mübahisəli iki otaqlı mənzilin Cavabdeh1 təhvil verilməsi Cavabdeh2-yə və Cavabdeh3-yə həvalə edilmişdir. Həmin qətnamə icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən vəziyyətdə həmin mənzilin iddiaçının istifadəsinə verilməsi üçün əsaslar olmadığından iddianın rədd edilməsi qanuni olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara v ə qanunun tələblərinə uyğun çıxarıldığından onun ləğv olunması və iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar