Məhkəmə qərarları › İş №2(102)-8199/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8199/2019

25.12.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8199/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2(103)-9096/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev, iş № 2(001)-2976/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı otaqdan isti fadəyə törədilən maneələrin aradan qaldırılması və mənzildən istifadə qaydasının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək Bakı şəhəri, **************************************** saylı mənzilinin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağından ümumi istifadə qaydası müəyyən olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 18 fevral 2004-cü il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan ərinin atası Cavabdeh1 icarə darı olduğu yuxarıda göstərilən mənzilə köçmüş, ora qeydiyyata alınmış və həmin vaxtdan orada yaşayır. Birgə nikahdan iki uşaqları olmuşdur. Tərəflərin yaşadıqları mənzil üç otaqdan ibarət olmaqla dövlətə məxsusdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə köçürülmüş, həmin məhkəmənin 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh2 nikahı pozularaq uşaqlar analarının himayəsində saxlanılmışdır. 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onu 2004-cü ildən yaşadığı və bütün əmlakının yerləşdiyi otağa buraxmamaqla qapısını bağlayıb geyim əşyalarından belə istifadə etməsinə imkan verməmələrini, nəticədə mənzildən istifadə hüququndan fakt iki olaraq məhrum olmasını əsas göstərməklə yaşadığı otaqdan istifadəsinə törədilən maneələrin aradan qaldırılması və mənzildən istifadə qaydasının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunmasını qanuni sayarkən hesab etmişdir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürüldüyündən onun mənzilin istifadə edilməsi zəruri olan sahələrindən bərabər istifadə etmək hüququ mövcud olacaqdır. Kollegiya hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İş materiallarınd an görünür ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla üç otaqdan ibarətdir və həmin mənzildən hər iki tərəf istifadə etmək hüququna malik olan şəxslərdir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürülsə də və həmin qətnamə icra olunsa da, işdən görünür ki, mənzildən istifadə ilə əlaqədar tərəflər arasında mübahisə vardır və iddiaçı faktiki yaşadığı və əmlakının yerləşdiyi otağa cavabdehlər tərəfindən buraxılmır. İşdən göründüyü kimi iddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq icarədarın ailə üzvü kimi mənzildən istifadə hüququna malik olan şəxsdir və onun digər ailə üzvləri ilə bərabər mənzilin yaşayış və ümumi istifadə yerlərindən istifadə etmək hüquqları vardır. Lakin İddiaçı iddia etməsinə görə o, mənzilin yaşayış otaqlar ından istifadə etmək imkanından cavabdehlər tərəfindən məhrum olunmuşdur. Mənzilin böyük otağı daim onların istifadəsində olduğu üçün və əmlakı orada yerləşdiyi üçün məhz həmin otaqdan istifadəsinin təmin olunmasını xahiş edir. İddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürülməsi hazırkı mübahisəni, yəni iddiaçının hansı otaqdan istifadə etməsi barədə mübahisəni həll etmədiyindən məhkəmə qətnaməsinin bu barədə olan dəlili əsaslı sayıla bilməz. İddiaçının irəli sürdüyü tələbdə məhz hansı otaqda yaşamasının təyin olunmaqla mənzildən istifadə qaydasının müəyyən olunması xahiş edildiyi üçün məhkəmə irəli sürülmüş tələb üzrə işə baxaraq mübahisənin qanuna uyğun həllini təmin etməli idi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan) 123-cü maddəsinin 2-ci hissəsinə görə yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qüvvədə olan Mənzil Məcəlləsi mənzildən istifadə qaydasının müəyyən olunması ilə əlaqədar mübahisəni tənzimləmədiyindən məhkəmə qanunun analogiyasına əsasən mübahisəni həll etməli idi. Məhkəmə yalnız giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağından istifadə qaydasını müəyyən etməklə əslində iddiaçı üçün əsas maraq kəsb edən mübahisəni həll etməmişdir. Kollegiya hesab edir ki, məhkəmə iddia tələbini həmin hissədə rədd edərkən gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, iddiaçının tələb etdiyi otaqdan istifadəsinin qeyri-mümkünlüyünə və yaxud iddianın hər hansı başqa qaydada təmin edilməsi imkanına qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını, mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar