Məhkəmə qərarları › İş №2(102)-820/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-820/2019

31.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-820/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 yanvar 2019-cu il İş № 2(102)-820/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 vəkili Əhmədov Ayazbəy Qabiliyyət oğlunun iştirakı ilə, cavabdehx2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(006)2122/2017 saylı qətna məsi ilə (hakim R.Səmədov) iddianın qismən təmin edilməsi, cavabdehdən 6.846 manat pulun və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6.876 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)-9810/2017 saylı qərardadı ilə (hakimlər: A.Hüseynov, X.Cəmilova və İ.Xəlilov) iddiaçının iddianın bir hissəsindən imtinasının qəbul edilməsi, Rayon Məhkəməsinin qətnaməsinin qismən – 3 ədəd “Klimaitalia” markalı soyuduculara görə 2.400 manat və “Huawei” markalı mobil telefona görə 200 manat borcun tutulması tələbinə aid his sədə ləğv edilməsi və mülki işin icraatına həmin hissədə xitam verilməsi qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)-9810/2017 saylı qətnaməsi ilə (hakimlər: A.Hüseynov, X.Cəmilova və İ.Xəlilov) rayon məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin restoranlara və ticarət obyektlərinə verilmiş və ödənilməmiş məhsulların dəyərinə görə 4.246 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 02 may 2018-ci il tarixli, 2(102)3168/2018 saylı qərarı ilə (hakimlər: Q.Allahverdiyev, İ.Xələfov və Ə.Şadıyev) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)-9810/2017 saylı qətnaməs i ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli, 2(103)7598/2018 saylı qətnaməsi ilə (hakimlər: M.Məmmədov, E.Nağıyeva və H.Həmidov) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06 iyul 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli, 2(103)-7598/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə onun tərəfindən restoranlara və ticarət obyektlərinə verilmiş ödənilməmiş məhsulların pullarına görə 5.246 manat, təhvil verilməmiş üç ədəd “Klimaitalia” markalı soyuduculara görə 2.400 manat və iş məqsədi ilə təhvil alınmış və qaytarılmamış “Huawei” markalı mobil telefona görə 200 manat, ümumilikdə isə 7.846 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x1 ilə x1-nin satış təmsilçisi olmuş cavabdeh x2 arasında 01.02.2014-cü il tarixdə “Əmək müqaviləsi” bağlanılaraq, sonuncu işə götürülmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən satış təmsilçisi vəzifəsində çalışan işçi əmək münasibətləri prosesində həmin bənddə göstərilən əmək funksiyasının icrasını öz öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 5-ci bəndində işçi öhdəlik götürür ki, ona verilmiş əmlakın (avadanlıq, pul vəsaitləri) və maddi sərvətlərin salamatlığını təmin etmədiyi təqdirdə işəgötürənə vurulmuş ziyanın məbləğini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun surətdə müəyyənləşdirilir və işçi tərəfindən tam həcmdə ödənilməlidir və buna görə həm maddi, həm də mənəvi məsuliyyət daşıyır. Bundan başqa, x1 ilə x2 arasında 01.02.2014-cü il tarixdə “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. Bu müqavilənin 1-ci və 3-cü bəndlərində göstərilir ki, əmək münasibətləri prosesində işçi işəgötürən qarşısında həmin bəndlərdə göstərilən öhdəliklərin pozulmasına görə tam maddi məsuliyyət daşıyır, dəymiş zərərin əvəzinin onun tərəfindən tam həcmdə ödənilmə si barədə öhdəlik götürmüşdür. Qeyd olunan müqavilələr işəgötürən və işçi tərəfindən imzalanaraq təsdiq olunduqdan sonra işçi öz əmək fəaliyyətinə başlayır. Bundan başqa, x2 işə qəbul olunarkən 01.02.2014-cü il tarixində rəhbərlik tərəfindən bir daha onun vəzifə borcları və məsuliyyəti haqda ona məlumat və təlimat verilmiş, cavabdeh həmin vəzifə borclarının və məsuliyyətinin məzmunu ilə tanış olaraq, heç bir etirazın və əlavəsinin olmadığını bildirərək, rəsmi qaydada tanış olmuş və imzalamışdır. Satış təmsilçisinin vəzifə borcları və məsuliyyətinin 7-ci bəndində aydın şəkildə göstərilir ki, satış təmsilçisi satılmış malların pullarını şirkətin xəzinəsinə ödəməlidir. x2 01.02.2014-cü il tarixdən fəaliyyətə başlayaraq, cəmiyyətə məxsus məhsulları qaimə əsasında təhvil götürərək satış ilə məş ğul olmuşdur. O, vəzifəsinə uyğun olaraq satdığı məhsulların pullarını yığaraq cəmiyyətin xəzinəsinə ödəməli idi. 05.10.2016-cı il tarixindən x1 öz məhsullarını Bakı şəhəri və ətraf qəsəbələrdəki müştərilərlə satışın nağd ödənişlə aparılması barədə qərar qəbul etmiş və bu barədə satış təmsilçisi x2a bir ay müddətinə ticarət obyektlərindəki məsuliyyət daşıdığı kredit qalıqlarının, depozitlərinin sıfırlanması (məhsulların ya da ki, satılmış məhsulların pullarının şirkətə təhvil verilməsi), paralel olaraq tədricən nağd satış sisteminə keçməsi, eyni zamanda şirkətə məxsus avadanlıqların, soyuducuların anbara təhvil verilməsi barədə göstəriş verilmişdir. Cavabdeh x2 29.10.2016-cı il tarixədək əmr icra etməmişdir. Belə olan halda, x1-nin direktoru bu barədə rəsmi əmr imzalamış (Əmr № 219, 29.10. 2016-cı il tarixli) və cavabdehə ticarət obyektlərindəki məsuliyyət daşıdığı kredit qalıqların, depozitlərin sıfırlanması (məhsulların ya da ki, satılmış məhsulların pullarının şirkətə təhvil verilməsi), eyni zamanda şirkətə məxsus avadanlıqların, soyuducuların anbara təhvil verilməsi barədə 01.12.2016-cı il tarixədək vaxt verilmişdir. Əmrin surəti 31.10.2016-cı il tarixində rəsmi qaydada cavabdehə təqdim edilmişdir. 01.12.2016-cı il tarixində x2 satılmış məhsulların pullarını və yaxud malları, eyni zamanda şirkətə məxsus soyuducuları şirkətə tam şəkildə təhvil vermədiyinə görə o, rəhbərlikdən malları, həm də satılmış məhsulların pullarını, eyni zamanda soyuducuların təhvil verilməsi üçün yenidən əlavə bir ay vaxt istəmişdir. Cavabdeh tərəfindən əmr icra olunmadığına görə x1-nin direktor u 01.12.2016-cı il tarixində bu barədə yenidən əmr imzalanmış (Əmr № 21, 01.12.2016-cı il tarixli) və cavabdehə malların, satılmış məhsulların pullarını və şirkətə məxsus soyuducuları qaytarmaq üçün 30.12.2016-cı il tarixinədək vaxt vermişdir. Əmrin surəti 01.12.2016-cı il tarixində rəsmi qaydada cavabdehə çatdırılmışdır. Beləliklə 05.10.2016-cı il tarixindən cavabdehə satılmış məhsulların pullarını və yaxud malları, eyni zamanda şirkətə məxsus soyuducuların şirkətə tam şəkildə təhvil verilməsi barədə göstərişlərin, yazılı şəkildə əmrlərin verilməsinə baxmayaraq, əmr icra olunmamış, cavabdeh isə müxtəlif bəhanələr gətirərək, məsuliyyət daşıdığı, satılmış məhsulların pullarını və yaxud məhsulları, eyni zamanda şirkətə məxsus soyuducuları şirkətə təhvil verməmişdir. x2 30.12.2016-cı il tarix ində öz xahişi ilə işdən azad olunmağı barədə ərizə ilə müraciət etmiş, 05.01.2017-ci il tarixində isə o, işdən azad olunmuşdur. Cavabdehin sonuncu iş günü 30.12.2016-cı il tarixində mühasibatlıqla apardığı axırıncı hesabatında göstərilib ki, həqiqətən həmin tarixdə onun ərazisində olan ticarət məntəqələrində qalan və onun özünün məsuliyyət daşıdığı dəyəri 5.246 manat məbləğində olan malları, yaxud həmin satılmış malların pullarını şirkətə təhvil verməmiş və həmin borcu həm borc cədvəlində, həm də günün sonuna olan hesabat cədvəlində öz imzası ilə təsdiq etmiş, eyni zamanda cavabdeh tərəfindən satışın yüksəldilməsi məqsədilə 07.06.2016-cı il tarixində qaimə əsasında şirkətin anbarında alaraq və ticarət məntəqələrinə (restoranlara) aparmış birinin dəyəri 800 manat olan 3 ədəd “Klimaitalia” markalı soyuducuları (dəyəri 2.400 manat) şirkətə təhvil verməmişdir. Bundan başqa, cavabdeh 01.02.2014-cü il tarixində müqavilə əsasında iş məqsədi ilə şirkətdən təhvil almış dəyəri 200 manat olan bir ədəd “Huawei” markalı mobil telefonu şirkətə təhvil verməmişdir. Beləliklə, 30.12.2016-cı il tarixində x2un x1-yə məxsus anbardan qaimə əsasında aldığı (məsuliyyət daşıdığı), ticarət obyektlərinə və restoranlara verdiyi mallara görə 5.246 manat, təhvil verilməmiş 3 ədəd “Klimaitalia” markalı soyuduculara görə 2.400 manat, təhvil verilməmiş “Huawei” markalı mobil telefona görə 200 manat borcu yaranmışdır. Ümumilikdə isə onun x1-yə 7.846 manat borcu qalmışdır. Yaranmış bu borcla bağlı 30.12.2016-cı il tarixində şirkət nümayəndələrinin iştirakı ilə akt tərtib edilmiş və imzalanaraq təsdiq olunm uşdur. Bütün yuxarıda qeyd olunan çatışmazlıqları (borcu) cavabdeh 30.12.2016-cı il tarixdə öz xətti ilə yazdığı izahatında etiraf etmiş və yaxın vaxtlarda şirkətə olan borcunu ödəyəcəyini, soyuducunu və mobil telefonu təhvil verəcəyi barədə söz vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli, 2(103)-7598/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cav abdehx2 vəkili Əhmədov Ayazbəy Qabiliyyət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş üzrə tərəflər arasında bağlanmış 01.02.2014-cü il tarixli “Əmək müqaviləsindən” görünür ki, x2 x1-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 3.1-ci bəndinin “d” və “e” yarımbəndl ərinə görə, işçi rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək və satılmış məhsulların pullarını xəzinəyə ödəmək kimi əmək funksiyalarının icrasını öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndində görə, “Əmək müqaviləsinin” tərəflərindən biri digərini əmlaka, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır. İş üzrə tərəflər arasında bağlanmış 01.02.2014-cü il tarixli “Sürücü-ekspeditorla bağlanılan tam maddi məsuliyyət daşınması barədə müqavilədən” görünür ki, işçi ona daşınması üçün verilmiş yüklərin çatışmaması üçün tam maddi məsuliyyət daşıyır. İşçinin tam maddi məsuliyyəti işəgötürənə dəymiş zərərin əvəzinin onun tərəfində n tam həcmdə ödənilməsindən ibarətdir. İş üzrə cavabdehin iddiaçı x1-yə ünvanladığı 30.12.2016-cı il tarixli ərizədən görünür ki, o, satış təmsilçisi vəzifəsindən azad edilməsini xahiş etmişdir. İşdə olan 30.12.2016-cı il tarixdə tərtib edilmiş aktdan görünür ki, satış təmsilçisi x2un 30.12.2016-cı il tarixə x1-yə satılmış mallara görə 5.246 manat, soyuduculara görə 2.400 manat, mobil telefona görə isə 200 manat borcu yaranmışdır. Ümumilikdə isə onun x1-yə 7.846 manat borcu vardır. İşdə olan x1-nin 05.01.2017-ci il tarixli 01 saylı əmrindən çıxarışdan görünür ki, x2 Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan x1-nin 06.02.2017-ci il tarixli 05 saylı “Maliyyə arayışından” görünür ki, 06.02.2017-ci il tarixində x2 satış məqsədilə anbardan qaimə əsasında aldığı, ticarət obyektlərinə və restoranlara satdığı və ödəmədiyi 5.246 manat məbləğində olan borcdan 1.000 manat pulu şirkətin xəzinəsinə ödəmişdir. Beləliklə, hal-hazırda cavabdehin x1-yə satış məqsədilə anbardan qaimə əsasında aldığı, ticarət obyektlərinə və restoranlara satdığı malların pullarını ödəmədiyinə görə 4.246 manat borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10829 nömrəli, 17.05.2017-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 11-12-ci vərəqələrində yerləşən 01.02.2014-cü il tarixli Əmək müqaviləsində (kontraktında) “imzası” və mülki işin 13-cü vərəqəsində yerləşən sürücüekspeditorla bağlanılan tam maddi məsuliyyət daşı nması barədə müqavilədə “İşçi” qrafalarında olan imzalar – x2 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materialları ilə müəyyən edilir ki, x1-nin satış təmsilçisi olan cavabdeh x2 işdən azad olunduqdan sonra x1-yə məxsus satış məqsədi ilə qaimə əsasında aldığı məhsulların pulunu şirkətin xəzinəsinə tam ödəməmişdir. Onun hazırda 4.246 manat ödənilməmiş borcu mövcuddur. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən hazır məhsulu satış məntəqələrinə paylamaq vəzifəsini şəxsən cavabdeh daşımışdır. Cavabdehin həmin vəzifələrini digər işçiyə, sürücüyə tapşırmaq səlahiyyəti tərəflər ar asında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 192-ci maddəsinin 21-ci abzasına görə, tərəf lər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Cavabdeh bildirir ki, onun x1-yə maddi ziyan vurmaqda təqsiri olmamışdır. O, qaimələr əsasında satış məntəqələrinə paylamaq üçün malları iddiaçının ambarından təhvil almış, lakin həmin malları satış məntəqələrinə özü təhvil verməmiş, sürücü tərəfindən təhvil verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsinə görə, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötür ənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə kollegiyası, cavabdehin iddiaçıdan qəbul etdiyi mallara görə tam maddi məsuliyyət daşımasını, həmin malların cavabdeh tərəfindən qəbul edildiyi halda paylanmamasını, cavabdehin əmək funksiyasını vicdanla yerinə yetirməməsi səbəbindən iddiaçının əmlakdan məhrum olub ziyan çəkməsini nəzərə alaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbayc an Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar