Məhkəmə qərarları › İş №2(102)-8200/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-8200/2018

10.12.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8200/2018 10.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-8200/2018 Bakı şəhəri 10 dekabr 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili X3 oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.08.2018-ci il tarixli 2(107)2319/2018 nömrəli qərardadından İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz rayon Məhkəməsinin (hakim K.Süleymanov) 12.07.2018-ci il tarixli 2(054)419/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın öənilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 2323,35 manat maddi ziyan məbləği tutularaq İddiaçı "xxxx" ASC-nin Oğuz filialında olan hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Abbasov, R.Rəfiyev, Cavabdeh) 27.08.2018-ci il tarixli qərardadı ilə Oğuz rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qeyri-mümkün hesаb edilmişdir. İddiaçı nümayəndəsi X4 və vəkili Vəkil, həmçinin Cavabdeh və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.08.2018-ci il tarixli qərardadından kassasiya şikayətləri vermişlər. İş üzrə yuxarıda göstərilən m əhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi mülki işin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edərkən səhvə yol vermişdir. Belə ki, iddiaçı tərəfindən X2 verilmiş etibarnamədə konkret olaraq həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələrində iddiaçının adından bütün prosessual hərəkətlərin yerinə yetirilməsi A.Xudiyevə həvalə edilmişdir. Məhkəmə işə baxarkən bu faktı araşdırmadan apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Bu səbəbdən, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.08.2018-ci il tarixli qərardadının ləğv edilməsini, işin apellyasiya icraatına götürül məsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən prossessual hüquq normalarını pozmuş və mümkünlük üzrə yoxlanılmalı olan hallar tərəfindən tədqiq edilmədən məhkəmə aktı qəbul edilmişdir. Bu səbəbdən, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.08.2018-ci il tarixli qərardadının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının vəkili Vəkil, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmişlər. Cavabdeh teleqram göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyin i bildirmiş, lakin xəstəliyi ilə bağlı tibbi arayışı məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 və vəkili X3 kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 27.08.2018-ci il tarixli qərardadı ilə İddiaçı və Cavabdeh iş üzrə Oğuz rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətlərini qeyri-mümkün hesab edərkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müəssisənin hüquqşünası X4 tərəfindən imzalanmışdır. Lakin 14.05.2018-ci il tarixli 01/05-169 nömrəli etibarnamə ilə apellyasiya şikayətini imzalamış X2, apellyasiya şikayətinin imzalanması səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh apellyasiya şikayəti isə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürül məklə verilmiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. Belə ki, işdə olan məhkəmə qətnaməsinin alınması barədə qəbzdən görünür ki, Cavabdeh Oğuz rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli 2(054)-419/2018 nömrəli qətnaməsinin surətini 16.07.2018-ci il tarixdə qəbzə imza etməklə şəxsən almışdır, apellyasiya şikayəti isə birinci instansiya məhkəməsinə 20.08.2018-ci il tarixdə daxil olmuşdur. Bununla da cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddəti 04 gün ötürmüşdür. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələb lərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.08.2018-ci il tarixli 2(107)-2319/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar