Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8201/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.06.2019-cu il tarixli 2(103)6674/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (hakim T.Əkbərov) 08.01.2019 -cu il tarixli 2(003)227/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı 18.01.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, ****************** küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev) 21.06.2019-cu il tarixli 2(103)-6674/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli qətnaməsinin İddiaçı 18.01.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, ******************* küçəsində yerləşən fər di yaşayış evinə köçürülməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə” barədə tələbinin təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə gəlin köçdüyü evə köçürülərək yaşayış hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə 10.10.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun övladı 18.01.2016-cı ildə anadan olmuş X4 ilə birlikdə gəlin köçdüyü cavabdehin yaşadığı Bakı şəhəri, ***************** küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməklə yaşayış sahəsindən istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı Cavabdeh1 ilə ailə quraraq hazırki mübahisə predmeti olan evə gəlin köçməsi, həmin evdə yaşaması, orada cavabdehlərlə birgə ailə təsərrüfatı aparması, övladları Qönçənin həmin evdə doğulması işin mübahisəsiz halıdır. Qətnamədə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin X1 məxsus olmasına istinad olunmaqla, həmin şəxsə məxsus olması, belə olan halda onların gələcəkdə həmin evə mülkiyyət hüququ əldə etmələrinin mümkün olmadığı qeyd edilsə də, torpaq sahəsinin Z.Mahm udovun mülkiyyətində olduğunun necə müəyyən olunduğu naməlumdur. Çünki iş materiallarında bunu təsdiq edən sənəd yoxdur. İş materiallarında olan Z6 torpaq sahəsi ayrılması barədə olan sənədi hazırki iş üzrə heç bir əsas olmadan sübut kimi qəbul etmək və ona istinad etmək düzgün deyildir. İddiaçı da cavabdehlər kimi həmin evdə yaşamış və hazırda da orada yaşamaq hüququ vardır. Hazırda həmin evdə yaşayan cavabdehlərin iddiaçıdan həmin evdə yaşamaqla bağlı üstün hüquqlarının olması necə müəyyən olunur? Lakin apellyasiya kollegiyası qeyd olunan halları nəzərə almadan əsası olmayan sübuta (guya mübahisəli evin yerləşdiyi torpaq sahəsi başqa şəxsin mülkiyyətindədir) istinad etmiş və beləliklə qanunvericiliyin tələbləri (məhkəmə tərəflərin təqdim etdiyi mötəbər sübutlara istinad etməlidir) kobudc asına pozulmuşdur. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.06.2019-cu il tarixli 2(103)-6674/2019 saylı qətnaməsinin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassa siya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.06.2019-cu il tarixli 2(103)-6674/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassa siya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gələn apellyasiya kollegiyası işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların bir uşağı doğ ulmuşdur. Onlar nikaha daxil olduqdan sonra mübahisəli evə köçmüş və orada yaşamağa başlamışlar. Ailədaxili münaqişə yarandıqdan sonra iddiaçı həmin evi və bir daha oradan istifadə etməmişdir. Mübahisəli ev özbaşına tikilidir və onların həmin evə dair hər hansı bir hüququ rəsmi reyestrdə qeydə alınmamışdır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, istər indiki halda, istərsə də iddiaçı mübahisəli mənzildə yaşadığı vaxta onun mübahisəli mənzilə hər hansı hüququ yaranmamışdır. Bu hal eynilə cavabdeh tərəfə də aiddir. Belə ki, mübahisəli evin torpaq sahəsi başqa bir şəxsə məxsusdur və bu xüsusat onların gələcəkdə özbaşına tikili olan mübahisəli evə mülkiyyət hüququnun əldə edilməsi ehtimalını istisna edir. Belə ki, Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hü ququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Odur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını nəzərə alan məhkəmə “köçürülmə barədə” tələbin evə dair heç bir hüquqi gözləntisi olmayan cavabdehlər qarşısında qaldırılmasını düzgün hesab etmir. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya kollegiyası bu qənaətdə olmuşdur ki, iddiaçının mübahisəli evə heç bir hüququ yaranmadığından onun həmin evdən məhrum edilməsi qanunsuz sayıla bilməz. Kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası qeyd edi lən mübahisəni mahiyəti üzrə həll edərkən mübahisələndirilən hissədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, apellyasiya kollegiyası ilkin olaraq işin mübahisəsiz halı kimi iddiaçının mübahisəli evə gəlin köçdüyünü, ailədaxili münaqişə yaranana kimi iddiaçının həmin evdə yaşamasını qeyd etsə də, mübahisəli evin özbaşına tikili olmasını və torpaq sahəsinin isə başqa şəxsin mülkiyyətində olmasını vurğulamış və iddianı köçürülmə hissəsində təmin etməmişdir. Lakin iş materiallarından da müəyyən edilir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi 15.04.1995-ci il tarixli sərəncamla X1 ayrılsa da, həmin torpaq sahəsi onun tərəfindən və ya digər şəxs tərəfindən mülkiyyətə daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmla ka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməi, başqa şəxsə keçməsi və xitam dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (AR Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bu səbəbdən mübahisəli evin yerləşdiyi torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını apellyasiya kollegiyasının nəzərə alması düzgün deyildir. Digər tərəfdən kassasiya yoxlaması zamanı iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evə 2013-cü ildə köçərək həmin yaşayış sahəsində cavabdehlərlə birgə 2017-ci ilin ortalarınadək orada yaşamış, cavabdehlə rlə ümumi təsərrüfat aparmışdır. İddiaçıya məxsus əşyalar da həmin evdədir. İddiaçının həmin yaşayış sahəsindən başqa yaşayış yeri yoxdur. İş materialları əsasında kassasiya kollegiyası qeyd edir ki, apellyasiya kollegiyası nəzərə almamışdır ki, mübahisəli ev özbaşına tikili olduğundan tərəflərin həmin fərdi yaşayış evinə dair sərəncam vermək ixtiyarı olmasa da, bu hal iddiaçının həmin evə köçürülməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəçlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideylnərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerin i müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, hazırki halda cavabdehlərin həmin özbaşına tikilidə yaşaması qanunsuz hesab edilmədiyindən, iddiaçı da cavabdehlər kimi həmin özbaşına tikilidə birgə yaşayıb birgə təsərrüfat aparıdığından, iddiaçının da həmin evdə yaşaması qanunsuz hesab edilə bilməz. Çünki, hazırki vəziyyətdə tərəflər özbaşına tikiliyə münasibətdə bərabər statusa malik şəxslər hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi, apellyasiya kollegiyası qeyd edilən hallara qiymət verməyərək, məhkəmə araşdırmasını tam və dolğun həyata keçirməmiş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, həm çinin 15.04.1995-ci il tarixli sərəncamla X1 ayrılmış torpaq sahəsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə eyni olması araşdırılmamış, X2 iş üzrə cəlb edilməmiş və onun da izahatı dinlənilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası he sab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ mü dafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, ka ssasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.06.2019-cu il tarixli qətnaməsi iddia tələbinin mübahisələndirilən-evə köçürülmə hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.06.2019-cu il tarixli 2(103)6674 /2019 nömrəli qətnaməsi iddia tələbinin mübahisələndirilən-evə köçürülmə hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8201/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8201/2019
30.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver