Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8203/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-10020/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin (hakim A.Məmmədov) 29.04.2019-cu il tarixli, 2(004)2516/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Tağzı-zadə Kamran Namiq oğluna və Cavabdeh3 “müqavilənin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.03.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 28.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 12.828,33 ABŞ dolları əsas kredit borcu, 1.233,63 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14101,96 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 AZN dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) 29.07.2019-cu il tarixli, 2(103)-10020/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 29.04.2019-cu il tarixli, 2(004)-2516/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Tağzı-zadə Kamran Namiq oğluna və Cavabdeh3 “müqavilənin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi” İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.03.2016-cı il tarixli, *********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 12.828,33 ABŞ dollar ı əsas kredit borcu, 1.233,63 ABŞ dolları faiz borcu, 341,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14403,50 ABŞ dollarının və iddianın qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işin hallarını araşdırmamış və işin həqiqi hallarına uyğun qətnamə qəbul etməmişdir. Belə ki, cavabdeh ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin kəskin şəkildə artmasına qədər bank qarşısında olan öhdəliyini nümunəvi müştəri kimi vaxtı-vaxtında ödəniş qrafikinə uyğun icra etmişdir. ABŞ dollarının kəskin artması hamı kimi onunda m addi vəziyyətinin çətinləşməsinə gətirib çıxarmış və bundan sonra onun aylıq ödənişləri vaxtında ödəməsində problemlər yaranmışdır. Məhkəmə isə bu halları araşdırmamış və tərəflər arasında bağlanmış müqavilənin qüvvədə saxlanması üçün imkanların olub-olmamasını araşdırmadan tələsik qətnamə qəbul etmişdir. Eyni zamanda, cavabdeh tələb edilən borc məbləği ilə razılaşmayaraq borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət versə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Bununla da məhkəmə tərəfindən Azərbaycan respublikası MPM-nin 14, 97, 98, 184-cü maddələrinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-10020/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-10020/2019 nömrəli qətna məsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borc məbləğinin artıq hesablanılması dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, əsas borc məbləği düzgün hesablanmış və əsas borcun məbləğinə faizlər hesablanarkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə riayət edilmişdir. Qeyd edilən sənədlərlə cavabde hə hər hansı bir məbləğin artıq hesablanması öz təsdiqini tapmır. Həmçinin cavabdeh öz növbəsində qeyd etdiyi halları sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. 1-ci instansiya məhkəməsində cavabdeh ancaq cərimə məbləği ilə razılaşmadığını bildirmiş, əsas və faiz borcu hissəsinə etiraz etməmiş, yekun qərarda cərimə məbləği ilə əlaqədar etiraz qəbul edilmişdir. Apelyasiya şikayətində isə cavabdeh borcun məbləğinə etiraz etməyə başlamışdır. İşdə olan sənədlərlə cavabdehin borcunun düzgün hesablanılması öz təsdiqini tapdığından və borcun artıq hesablanmasına ehtimal verən hallar aşkar edilmədiyindən məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Apellyasiya kollegiyası hesab etmişdir ki, bank tərəfindən cavabdehə hesablanmış borc məbləğinin hesablanmasında hər-han sı səhvə yol verilməsi müəyyən edilməmişdir. Borcun məbləğinin şübhəli olması halları aşkar edilmədiyi üçün ekspertiza keçirilməsinə zərurət yoxdur. Bununla yanaşı cavabdehin nəzərinə çatdırılmışdır ki, borcun məbləğinin düzgün hesablanmaması barədə əsaslı şübhələr olmadan hər bir iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödə məli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Borc məbləğinin düzgün hesablanmaması, bununla bağlı ekspertiza təyin edilməli olması ilə bağlı dəlil üzrə qeyd edilməlidir ki, bu dəlilə apellyasiya kollegiyası cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməməsi, ekspertiza təyin edilməsi ilə bağlı əsaslı şübhələrin müəyyən edilməməsi ilə qiymət vermişdir. Hazırda da borc məbləğinin düzgün hesab edilməməsi ilə bağlı hər hansı sübuta rast gəlinməmiş, ekspertiza təyin edilməsinin əsasları müəyyən edilmə mişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-10020/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8203/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8203/2019
30.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver