Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8208/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili V1 oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(106)2288/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mü ştərək qaydada ona vurduqları 4000 manat məbləğində maddi ziyan pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09 mart 1953-cü il tarixdə Lənkəran rayonu, Kosalar kəndində anadan olmuşdur. Hazırda da həmin ünvanda yaşayır. ünvan 2ərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu, Kosalar kəndində 0.39 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara məxsus olsa da, cavabdehlər həmin torpaq sahəsini uzun müddət zəbt edərək ondan istifadə etmişlər və onlara həmin torpaqsahəsindən istifadə etməyə imkan verməmişlər. Cavabdehlər onlara məxsus torpaq sahəsini zəbt edib, ondan istifadə etməklə kifayətlənməyərək torpaq sahəsinin gilli hissəsində 50 metr uzun luğunda, 4 metr enində yeri 2 metr dərinliyində qazaraq oradakı gili kamaz maşınlarına yüklətdirib, aparıb satmışlar. Bu hərəkətləri ilə cavabdehlər onlara məxsus torpaq sahəsini yararsız hala salmış və onların bu qanunsuz hərəkətləri nəticəsində ona 4000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, cavabdehlər onlara məxsus torpaq sahəsini qazaraq 45-50 maşın gil satmışlar. Cavabdehlər torpaq sahəsinin həmin hissəsini yararsız hala saldıqları üçün o həmin yerdən istifadə edə bilmir. O, bu barədə onlarla dəfələrlə demişdir, lakin onlar onun dediklərinə əhəmiyyət verməmişlər. Lənkəran Rayon Məhkəməsinin (hakim X4) 05 mart 2019-cu il tarixli, 2(049)38/2019 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddiasının təmin edilməməsi qət olu nmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(106)2288/2019 nömrəli qətnaməsi ilə (hakimlər X2, X1, X3) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(106)2288/2019 nömrəli qətnaməsindan İddiaçı və vəkili V1 oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili V1 oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(106)-2288/2019 n ömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ünvan 2ərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu, Kosalar kəndində 0.39 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara məxsus olsa da, cavabdehlər həmin torpaq sahəsini uzun müddət zəbt edərək ondan istifadə etmişlər və onlara həmin torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər. Cavabdehlər onlara məxsus torpaq sahəsini zəbt edib, ondan istifadə etməklə kifayətlənməyərək torpaq sahəsinin gilli hissəsində 50 metr uzunluğunda, 4 metr enində yeri 2 metr dərinliyində qazaraq oradakı gili kamaz maşınlarına yüklətdirib, aparıb satmışlar. Bu hərəkətləri ilə cavabdehlər onlara məxsus torpaq sahəsini yararsız hala salmı ş və onların bu qanunsuz hərəkətləri nəticəsində ona 4000 manat məbləğində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilsə də onun iştirakı təmin olunmamış, bununla bağlı apellyasiya məhkəməsinə bildirilmiş, lakin əlavə və ya təkrar ekspertiza keçirilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab et mişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin etməyib, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, ünvan 2ərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu, Kosalar kəndində 0.39 ha torpaq sahəsi veri lmişdir. Tərəflər arasında mübahisə, iddiaçıya məxsus torpaq sahəsini cavabdehlərin zəbt etməsi səbəbi ilə yaranmış, iddiaçı həmin zəbt edilmiş torpaq sahəsinin gilli hissəsində cavabdehlərin 50 metr uzunluğunda, 4 metr enində yeri 2 metr dərinliyində qazaraq oradakı gili kamaz maşınlarına yüklətdirib, aparıb satmalarını, nəticədə ona 4000 manat məbləğində maddi ziyan dəydiyini irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan JN-168 saylı, ********* kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.39 ha torpaq sahəsi verilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21-ci maddəsi ümumi norma kim i çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını hdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096.1-ci addəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilənbaşqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsir li, üquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yahərəkətsizlikdir). Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü imi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç sas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik);2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də,deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan təl əbi əsassız edir. Apellyasiya instanisyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslandırdığı hallara qiymət verərək hesab etmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.39 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək, istifadə edilmiş, lakin iddiaçının tələbi ilə o torpaq sahəsindən çıxmışdır. Həmin torpaq sahəsinin gil qatının korlanması ilə əlaqədar iddiaçı tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı zərərin mövcudluğunu və məhz cavabdeh tərəfindən zərərin vurulmasını sübuta yetirə bilməmiş, əksinə müvafiq ekspert rəyi ilə iddiaçının iddia etdiyi ona məxsus torpaq sahəsinin yarasız hala salınması aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin gil qatının korlanması və məhz cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyinin sübuta yetirilməməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində yararsız hala salınması həm ekspert rəyləri, həm də digər sübutların məcmusu ilə təkzib olunmaqdadır; iddiaçı isə bu qənaətin əsassız olduğuna dair hər-hansı əks arqument gətirməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya instanisyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyatorun “məhkəmənin ekspert rəyinə əsaslanaraq iddianı təmin etmədyi, ekspert rəyinin qərəzli, əsassız və reallıqlarla ziddiyyət təşkil etdiyini, yenidən həmin torpağın yararlılığının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə zərurət olduğu barədə” dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birincisi, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin rəyləri verilmiş, həmin rəylərə əsasən İddiaçı məxsus 0,39 ha torpaq sahəsinin yaras ız hala salınmadığı müəyyən edilmişdir; digər tərəfdən iddiaçı yenidən ekspertiza təyin olunmasına əsas verə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və o, torpaq sahəsinə zərər dəyməsini və cavabdehlərin təqsirli olduğunu aydınlıqla sübut edə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlill ər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Res publikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, iddiaçı ona cavabdeh tərəfindən zərərin vurulması ilə bağlı istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Ş irvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(106)-2288/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8208/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8208/2019
30.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver