Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8209/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, iddiaçının vəkili AƏnın iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 07 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(022)411/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Ə.Əliyev) İddiaçı Cavabdeh qa rşı Biləsuvar Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(022)-709/2018 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulması barədə iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən, məruzəçi), Z.Babayev və N.Mirzəyev, 2(103)-2605/2019 saylı mülki iş) hazırki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-411-2019 saylı, 29 aprel 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə Biləsuvar Ra yon Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimnet tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci mad dəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili AƏ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 12 iyun 2018-cı il tarixli 2(022)-709/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında 11 mart 2008-ci il tarixdə Biləsuvar Rayon ic ra Hakimiyyəti Başçısının Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrəsi ilə qeyd ediolmiş nikah pozulmuş, 19 mart 2009-cu ildə anadan olmuş X3 və 09 sentyabr 2010-cu ildə anadan olmuş X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 85 manat, cəmi 170 manat sabit pul məbləğində İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. İşdə olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 mart 2019-cu il tarixli, 298 saylı arayışdan görünür ki, Buludov X1 Rayonunun Əsgərabad kəndində atasına məxsus evdə yaşayır və işləmir. İşdə olan sübutlarla müəyyən olunmuşdur ki, Biləsuvar Rayon məhkəmsinin 12 iyun 2018-ci il tarixli, 2(022)-709/2018 saylı qətnaməsi çıxarılan zaman İddiaçı tələbi üzrə Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 85 manat. cəmi 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. MRŞ Biləsuvar Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tu tulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən isə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə İddiaçı bu vaxt ərzində cavabdehi n gəlirlərinin artmasını və onun maddi vəziyyətinin daha da yaxşılaşmasıını təsdiq edən hər-hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Ailə Məcəlləsinin 78.1-ci madddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün q ədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və m ənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8209/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8209/2019
26.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver