Məhkəmə qərarları › İş №2(102)-821/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-821/2021

25.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-821/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin artırılması və qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil Hümmət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6744/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil Hümmət oğlu tə rəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)3383/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə X6 arasında bağlanmış nikah pozulmuş, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X7 anası X2 himayəsində saxlanılmış, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 136 manat məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Elektron sorğu əsasında alınan məlumatdan görünür ki, Cavabdeh “xxxx” MMC-də elektormexanik işləyir və əmək haqqı 1420 manatdır. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəmə sinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(008)3383/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin tutulma formasının dəyişdirilməsi və Cavabdeh ilə birgə nikahlarından doğulmuş azyaşlı övladı xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qətnamə ilə müəyyən edilmiş alimenti ödəməkdən boyun qaçırmasa da, hal-hazırda uşağın saxlanmasında 136 manat vəsait yetərli deyildir. Cavabdeh hazırda “xxxx” MMC-də işləyir və qazancı 1500 manatdan çox təşkil edir. Bu baxımdan aliment tələbinin artırılmalı və Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulmalıdır. - Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)1280/2020 nömrəli qətnaməsi ilə (hakim Anar Rzayev) iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(008)-3383/2017 saylı qətnaməsi ilə tutulan alimentin tutulma forması dəyişdirilərək xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin yeni qaydada tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

5. Məhkəmə qətnaməsini Azə rbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 112.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

6. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-6744/2020 saylı qətnaməsi ilə (hakimlər A.İsgəndərov - sədrlik edən və məruzəçi, İ.Kərimli, E.Kazımov) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən s axlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, apelyatorun mövqeyinə görə iş materiallarında onun hansı orqanda işləməsinə dair heç bir rəsmi arayış (sübut) olmadığı halda birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, işin 22-ci vərəqində olan elektron sorğudan göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin iş yeri barədə elektron sorğu göndərmiş və cavabdehin “xxxx” MMCdə avtomatlaşdırma və elektronika üzrə elektromexanik vəzifəsində işləməklə 1420 manat əmək haqqı aldığını müəyyən etmişdir.

10. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası özü də eyni qaydada elektron sorğu etməklə həmin faktı təsdiq edən məlumat əldə etmişdir, bu səbəb dən də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

12. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 78.1, 76.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-6744/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsi işə tam, hərtərəfli baxmayaraq mübahisəni düzgün həll etməmiş, iş üzrə heç bir mötəbər sübut olma dan iddianı əsassız olaraq tam təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsi isə bunları nəzərə almayaraq ədalətsiz qətnamə qəbul etmişdir. Cavabdeh iddia tələbi ilə razı deyil, belə ki, o, iddiaçıya hər ay 136 manat məbləğində aliment ödəyir, uşaq üçün yaşayış məbləği respublika üzrə 170 manat olduğu halda, iddiaçı əmək haqqının ¼ hissəsi miqdarında aliment tələb edir. İş materiallarında cavabdehin hansı orqanda işləməyinə dair heç bir rəsmi arayış yoxdur. Onun hansı məbləğdə əmək haqqı almağına dair məhkəmədə heç bir sübut yoxdur. Mülki işə baxılan zaman Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9, 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Həmin işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün t ətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir.

15. Kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili Vəkil Hümmət oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6744/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

17. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

18. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

19. Maddə 75 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Maddə 76.1.1 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

22. Maddə 76.2 Bu pay ların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araş dırma aparmır və onlara qiymət vermir ( bax 26).

28. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (27).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (26). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, aliment tutulmasından keçən müddət ərzində cavabdehin maddi vəziyyətində artım olduğundan, həmçinin müntəzəm qa zançı(gəliri) olan işi mövcud olduğundan apellyasiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

34. Məhkəmə kollegiyası 30-cü bənddə qeyd edilənlərə əsasən kassasiya şikayətinin işin hallarının sübut olunmaması ilə bağlı kassasiya şikayətinin dəlili üzrə araşdırma aparmır və onlara qiymət vermir.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən prossesual hüquq normaları məhkəmlər tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6744/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar