Məhkəmə qərarları › İş №2(102)-8215/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8215/2019

30.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8215/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2019-cu il tarixli, 2(104)1859/2019 nömrəli qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Şirinov) 15.01.2019-cu il tarixli, 2(044)-291/2019 nömrəli qətnaməsi ilə İddi açı cavabdeh Cavabdeh qarşı “ maddi və mənəvi zərər” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 1300 manat icarə haqqı borcunun, elektrik enerjisi sərfiyyatından istifadəyə görə 127 manatın, 1600 manat su (cərimə) pulu borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məmmədov, R.Muradov, F.Mehtiyev) 12.04.2019-cu il tarixli, 2(104)-1859/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.01.2019-cu il tarixli, 2(044)-291/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2019-cu il tarixli qətnamə sindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7689.21 manat maddi, 3000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, icarəçi olan cavabdeh əmlakı icarəyə təhvil götürdüyü kimi istifadə etmiş, su xəttinə hər hansı müdaxilə etməmişdir. Tərtib edilmiş məhkəmənin tədqiq etdiyi suya müdaxiləyə dair aktlarda cavabdehin xəta törətməsi barədə hər hansı qeyd aparılmamış və onun təqsirli olması göstərilməmişdir. Bundan əlavə, iddia tələbi subyektiv hüququ olmayan şəx tərəfindən verilmiş iddiaya söykənmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş icarə müqaviləsindən görünür ki, icarə müqaviləsini X1 imzalamışdır. Həmçinin iddiaçının iddia etdiyi 1300 manat icarə haqqı borcu icarəçiyə ödənilmişdir. Qərarda cavabdehin iddiaçıya 1600 manat su cərimə borcunun olması da düzgün göstərilməmişdir. Həmin obyektin su sayğacı saz vəziyyətdə iddiaçı tərəfindən təhvil verilməmişdir. Su sayğacını iddiaçı öz istədiyi kimi idarə etmişdir. 127 manat işıq pulu isə nağd şəkildə 04.04.2018-ci il tarixdə təhvil verilmişdir. İş materiallarında olan MXD-***** nömrəli inventar aktından görünür ki, hələ iddiaçı tərəfindən icarə obyektinə dair icarə müqaviləsi bağlanmamışdan əvvəl, y əni 08.11.2015-ci ildə su sayğacının korlanması ilə bağlı iddiaçı cərimələnmişdir. Cavabdeh ilə icarə müqaviləsi isə 15.11.2015-ci ildə bağlanmışdır. Digər 08.11.2016-cı il tarixli, MXD****** saylı, 23.01.2018-ci il tarixli, MXD-***** saylı aktlarda isə cavabdehin bu qanun pozuntusunu törətməsi göstərilmir. Göründüyü kimi, su sayğacının pozulması hələ iddiaçı tərəfindən cavabdehdən əvvəl pozulmuşdur. Belə olan halda 2018-ci il tarixdə həmin su sayğacına dair iddiaçının cavabdehdən 1600 manat cərimə tələb etməsi ədalətsiz və qanunsuzdur. İddiaçı özü bu halın yaranmasına şərait yaratmış və onda həmin qayda ilə obyekti icarəyə götürərək istifadə etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2019-cu il tarixli, 2(104)-1859/2019 saylı qətna məsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2019-cu il tarixli qətnaməsinin ləğv edib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Hüquqİ məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlayarkən apellyasiya şikayətinin dəlillərinə münasibət göstərməklə qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsi iddiaçınnı mülkiyyətində olan daşınmaz əmlakdır və icarə müqaviləsi iddiaçının adından təmsilçi vasitəsilə bağlanmışdır. Ödənilməsi tələb edilən xərclər də məhz həmin qeyri-yaşayış sahəsinin cavabdehin icarəsində olduğu dövrə təsadüf edir. Cavabdeh isə ödəməli olduğu xərclərin onun tərəfindən iddiaçıya ödənildiyi barədə m əhkəməyə heç bir sübut təqdim etməmisdir. Ona görə də apellyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla əsaslandırılmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya baxışında olduğu kimi dəlillərini hər hansı sübutla əsaslandıra bilməmişdir. Həmçinin iş materiallarında olan 04.04.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətində olan Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vermiş olduğu izahatdan da görünür ki o, Nərimanov rayonu, ********* küçəsi, ev ***** s aylı ünvanda yerləşən kafeni işlətdiyi müddətdə 1300 manat icarə haqqı borcu, 127 manat işıq pulu və 1600 manat su cərimə pulu borcunun olduğunu etiraf etmişdir. Kassasiya yoxlaması zamanı da apelyasiya instansiya məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas hesab edilə bilməz. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2019-cu il tarixli, 2(104)-1859/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar