Məhkəmə qərarları › İş №2(102)-822/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-822/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-822/2022 03.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kasasiya baxışından çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8593/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və X2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı “borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat borcun və vurduğu ziyana də 4000 manatın, cəmi 8000 manatın tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onlara vurduğu ziyana görə 4000 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyun 2021-ci il tarixli 2(005)-98/2021 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti ver miş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 24.09.2021-ci il tarixli, 2(103)-8593/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(005)-98/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçılar İddiaçı1 və X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2021-ci il tarixli, 2(103)-8593/2021 nömrəli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakim M.Əhmədova) 28.12.2021-ci il tarixli, 2(102)-7652/2021 saylı qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyas ı hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddiaçılar İddiaçı1 və X2 tərəfindən birgə verilmiş kasasiya şikayəti kasasiya baxışından çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 09 iyul 2021-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə uyğun olaraq Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətn amələrindən kasasiya şikayəti verilə bilər. İddiaçılar tərəfindən verilmiş kasasiya şikayəti 06.12.2021-ci il tarixdə tərtib edilmiş və apelyasiya məhkəməsinə ünvanlanmışdır. İşə baxmış apelyasiya kollegiyası isə MPMnin 402-ci maddəsinin tələblərini nəzərə almadan (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır) kasasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1. kasasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kasasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kasasiya şikayəti apelyasiya instansiyası məhk əməsi tərəfindən qaytarılır. Hazırda iddiaçıların kasasiya şikayəti Mülki Prosessual Məcəlləyə zidd olaraq icraata qəbul edilmiş hesab edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.12.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iddiaçılar tərəfindən birgə verilmiş kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.12.2021-ci il tar ixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iddiaçının vermiş olduğu kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.12.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilsin və iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar