Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-823/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6845/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli 2(010)40/2016 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 27 may 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 52.630,32 ABŞ dolları əsas borc, 7.475,88 ABŞ dolları məbləğində faiz borcu, iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və ipoteka predmentinə tutmanın yönəldilməsinə dair bildirişin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 31 (otuz bir) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, yuxarıda qeyd olunan məbləğlərin ödənişi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus olan və ipoteka ilə yüklü edilmiş D literi hissəsinin açıq hərrac vasitəsi ilə satış hesabına həyata keçirilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 57C ünvanında yerləşən qeyri-yaşayış sahə sinin D literi hissəsinin ilkin satış qiyməti 145.000 manat məbləği müəyyən edilməsi və iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsi satıldıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən 1 aydan gec olmayaraq çıxarılmaları və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlətin nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh2 məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2016-ci il tarixli, 2(010)-40/2016 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki i şin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə rədd edilmişdir. Cavabdeh2 bu qərardaddan verdiyi şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərardadı ilə rədd edilərək mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6845/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 həmin şikayəti qaytarılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-6845/2022 saylı qərardadının ləğv olunması, kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilsə də, müəyyən olunmuşdur ki, mülki prosessual qanunverilikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkməsinin kassasiya şikayətinin qaytarılması haqqında qərardadından kassasiya şikayəti vermək hüququ qeyd olunsa da, bu imkan qanunvericiliyə görə kassasiya məhkəməsinə göndərilməsi mümkün olan şikayətlərin geri qaytarılması ilə bağlıdır. Başqa sözlə, əgər bir qərardadın özündən kassasiya şikayətinin verilməsi qanunda nəzərdə tutulmamışdırsa, onun geri qaytarılması haqqında qərarddan kassasiya şikayətinin verilməsi yolverilməzdir. Hazırkı iş üzrə şikayətə səbəb olan məsələ, birinci instansiya məhkəməsi tərəfindən ötürülmüş prosessual müddətin bərpa olunmsı haqqında ərizənin rədd edilməsidir. Apellyasiya məhkəməsi bu barədə qərarı qüvvəsində saxlamışdır. Həmin qərardaddan isə kassasiya şikayəti vermək hüququ qanunda nəzər də tutulmamışdır. Belə ki, MPM-nin 402.2.3-cü maddəsinə əsasən, apellyasiya məhkəməsinin kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Odur ki, kassasiyası mümkün olmayan şikayətin qaytarılması barədə qərardaddan verilmiş şikayətə də mahiyyəti üzrə baxıla bilməz. Bu səbəbdən kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalıdır. Belə ki, MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışınd an çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 273, 274.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)6845/2022 saylı qərardadından Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)823/2023 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-823/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-823/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver