Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-823/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kredit müqaviləsi, öhdəliyin icra edilməməsi, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faiz tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2(105)-1281/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2 fevral 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 35000 manat məbləğində borc pul vermiş, cavabdeh isə krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti çatdığı halda borcun ödənilməsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat pulun, 1750 manat faiz borcunun, notariat xidmətlərinə görə 185 man at və dövlət rüsumuna görə ödənilmiş 211,30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə 35000 manat pulu borc vermişdir. Bununla bağlı cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 saylı Notariat Kontorunda kredit müqaviləsi rəsmləşdirilmişdir. Aralarında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən 35000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək cavabdeh geri qaytarmağı öhdəsinə götürsə də, öhdəliyi bu günədək tam olaraq icra etməmişdir. Müqavilədə razılaşdıqları müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır.
5. Cavabdeh vəkili - nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmiş dir ki, Cavabdeh iddia tələbini qismən qəbul edir. Belə ki, cavabdeh iddianı 25000 manat hissədə qəbul edir, digər 10000 manat hissəsini isə qəbul etmir. Cavabdeh borc üzrə 4500 manat məbləğində pul vəsaitini kart vasitəsilə, 5500 manat məbləğində pulu isə iddiaçının birbaşa özünə ödədiyini bildirir. Odur ki, o, iddia tələbinin 25000 manat məbləğində hissəsində təmin edilməsini, digər hissələrdə isə rədd edilməsini xahiş edir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1127/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 35000 manat əsas borcun, 1750 manat faiz borcun, notariat xidmətlərinə görə ödənilmiş 70 manat və 196 manat məbləğində dövlət rüsumun, ümumilikdə 37016 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Bir inci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 35000 manat məbləğində borc verməsi iddiaçının məhkəmədə verdiyi izahatı, həmçinin tərəflər arasında bağlanmış və 2 fevral 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi ilə tam təsdiq olunur. Notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, cavabdeh almış olduğu pul vəsaitini 1 ay 8 gün müddətində, yəni 10 mart 2023-cü il tarixə qədər ona qaytarmağı öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu indiyədək qaytarmamışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında rəsmi olaraq borc münasibətləri yaranmış, cavabdeh iddiaçıdan aldığı 35000 manat pulu qaytarmaq öhdəliyi daşımışdır. Odur ki, Ca vabdeh 35000 manat pul alınaraq İddiaçı ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 442, 445.7, 448.1, 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-1127/2024 nömrəli qətnaməsinin 35000 manat əsas borc və 1750 manat faiz borcu hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında kredit müqaviləsi mövcud olsa da, kredit müqaviləsi üzrə 35000 manat pulun ödənilməsinə dair öhdəlik götürsə də, iddiaçıya onun 25000 manat borcu qalmış, həmçinin kredit müqaviləsi üzrə faizlərin hesablanması şərtləndirilməmişdir. Ödənilmiş 10000 manat məbləğində pulun 4500 manat hissəsi iddiaçının ona verdiyi kart hesabına köçürmüşdür, 5500 manat hissəsini isə şəxsən vermişdir. 1750 manat faiz borcu ilə bağlı isə aralarında bağlanmış kredit müqaviləsində hər hansı bir şərt nəzərdə tutulmamışdır. Buna görə də hesab edir ki, qətnamə həmin hissələrdə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Buradan da görünür ki, məhkəmə işin faktiki hallarını nəzərə almamış, iş üzrə gəldiyi nəticəyə dair maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə onun arasında kredit müqaviləsi var, həmin müqavi lə üzrə 35000 manat məbləğində borcun müəyyən olunmuş müddətdə ona qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçıya 25000 manat borcunun qaldığını inkar etmir, 35000 manat borcu olduğunu da qəbul etmir. Bununla yanaşı, faiz borcunu da qəbul etmir, çünki iddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsində faizlə bağlı şərtlər nəzərdə tutulmamışdır. Bu mənada birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ondan 35000 manat borcun və 1750 manat faiz borcun tutulması hissəsində tam əsassızdır. Göründüyü kimi məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1281/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Lalə Rəhimli (sədr lik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1127/2024 nömrəli qətnaməsinin “1750 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh 1327 manat faiz borcunun tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 35000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə krediti xx.xx.2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh apellyasiya şikayətinin dəlillərində 10000 manat məbləğində pulun 4500 manatın iddiaçının ona verdiyi kart hesabına kö çürülməsini və 5500 manat hissəsini isə şəxsən iddiaçıya verilməsini göstərsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, tutulmalı olan gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği 1750 manat həddində müəyyən etməklə səhvə yol vermişdir. İşdən görünür ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Belə olan halda borc olana pul məbləğinin ödənilməsini gecikdirməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz öhdəliyin icra tarixi olan xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2023-cü il tarixədək (9 ay, 3 gün müddətinə) hesablanmalıdır. Məhkəmə kollegiyası bununla bağlı hesabat apararaq gecikdirilmiş v axt üçün illik beş faizi 1327 manat məbləğində müəyyən etmişdir.
14. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 445.2.1, 445.7, 448.1, 448.2 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi mövcud olsa da, kredit müqaviləsi üzrə 35000 manat pulun ödənilməsinə dair öhdəlik götürülsə də, cavabdehin iddiaçıya 25000 manat borcu qalmış, həmçinin kredit müqaviləsi üzrə faizlərin hesablanması şərtləndir ilməmişdir. Ödənilmiş 10000 manat məbləğində pulun 4500 manat hissəsi iddiaçının cavabdehə verdiyi kart hesabına köçürüldüyündən, 5500 manat hissəsini isə cavabdeh şəxsən iddiaçıya verdiyindən, faiz borcu ilə bağlı isə aralarında bağlanmış kredit müqaviləsində hər hansı bir şərt nəzərdə tutulmadığından məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 71-ci, 127-ci maddələri, MM-nin 385.1, 448.1-ci maddələrinin pozuntusuna istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, mə sələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüs urlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Maddə 445.7. (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiya) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
23. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən 10000 manat əsas borc və 1327 manat faiz tutulması hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Kass asiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
30. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
31. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi əsasında yaranmış hüquq münasibətindən irəli gəlir. Məhkəmə nüəyyən etmişdir ki, 2 fevral 2023-cü il tarixdə tərəflər arasında yazılı- etibarlı kredit mü qaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə həmin müqavilə əsasında 35000 manat məbləğində borc pul verilmiş, öhdəliyin icra müddəti bitdiyi xx.xx.2023-cü il tarixinədək həmin borcun tam və ya qismən qaytarıldığı cavabdeh tərəfindən sübut edilməmişdir.
32. Cavabdeh iddianı qismən- 25.000 manat hissədə qəbul etmişdir.
33. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, borc məbləğindən 10.000 manat pulun iddiaçıya qaytarıldığı bildirilsə də, iddiaçı bu halı qəbul etməmiş, cavabdeh isə bu barədə nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.
34. MPM-nin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan və iş də cavabdehin eitrazında istinad etdiyi halı təsdiq edən sübut olmadığından əsas borcla bağlı hissədə qətnamə qanuni və əsaslıdır.
35. Cavabdeh pul öhdəliyinin icrasını gecikdirdiyi üçün iddiaçının MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş borc məbləğinə illik 5 faiz ödənilməsini tələb etmək hüququ olduğundan qətnamənin1327 manat faiz tutulması ilə bağlı hissəsi də maddi hüquq normalarının tələblərinə uyğundur.
36. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş pozuntulara yol verilmədiyindən şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrin in tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2(105)-1281/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.