Məhkəmə qərarları › İş №2(102)-8233/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-8233/2018

11.12.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8233/2018 11.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 11 dekabr 2018-ci il № 2(102)-8233/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim T.Qubadov, iş № 2(035)-725/16) iddiаçı İddiaçı cаvа bdeh Cavabdeh qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək mərhum X1 ölənədək aldığı 118,04 manat pensiyanın (dolanacaq təminatının) zərərin əvəzinin ödənilməsi kimi ölənədək onun himayəsində olmuş və ondan dolanacaq təminatı almaq hüququna malik olmuş uşaqları - 22.04.2009cu il təvəllüdlü X7 və 09.03.2012-ci il təvəllüdlü X8 arasında bərabər bölünməklə, hər birinə 59.02 (əlli doqquz manat 02 qəpik) manat hesablanmaqla onların on səkkiz yaşına çatanadək (əyani təhsil forması üzrə təhsil müəssisəsində təhsili aldıqları təqdirdə isə həmin təhsil müəssisəsini bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək onların özünə) Cavabdeh alınaraq iddiаçı İddiaçı ödənilməsi, eyni zamanda mənəvi zərərə görə 600 (altı yüz) manat pulun Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Rəfiyev-sədrlik edən və məruzəçi, E.Hüseynov və G.Abbasov, iş № 2(107)736/18) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zərdab Rayon Məhkəməsinin 19 oktyabtr 2016-cı il tarixli, 2(035)-725/2016 nömrəli qətnaməsi maddi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilmiş, X1 ölənədək aldığı 138,55 manat pensiya (dolanacaq təminatı) zərərin əvəzinin ödənilməsi kimi X1 ölümünədək onun himayəsində olmuş və ondan dolanacaq təminatı almaq hüququna malik olmuş uşaqları 22.04.2009-cu il təvəllüdlü X4 69.28 (altmış doqquz manat iyirmi səkkiz qəpik) mana t və 09.03.2012-ci il təvəllüdlü X5 69.27 (altmış doqquz manat iyirmi yeddi qəpik) manat hesablanmaqla onların on səkkiz yaşına çatanadək (əyani təhsil forması üzrə təhsil müəssisəsində təhsili aldıqları təqdirdə isə həmin təhsil müəssisəsini bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək onların özünə) Cavabdeh alınaraq iddiаçı İddiaçı ödənilməsi, Cavabdeh alınaraq iddiаçı İddiaçı ödənilməli olan məbləğ iddia ərizəsi məhkəməyə verilən tarixdən, yəni 04 iyul 2016-cı il tarixdən hesablanması qət olunmuş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək qətnamə qalan, yəni mənəvi zərərə görə 600 (altı yüz) manat pulun Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 19 iyul 2018-ciil tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehdən 22.04.2009-cu il təvəllüdlü X7 və 09.03.2012-ci il təvəllüdlü X2 18 yaşına çatanadək hər ay 117 manat, ayda cəmi 234 manat, İİ qrup əlil kimi hər ay aldığı 110 manat məbləğində pulun özünün ömrünün axırına kimi, mənəvi zərər kimi isə 2000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək mərh um ərinin İİ qrup əlil kimi hər ay aldığı 110 manat məbləğində pulun özünün ömrünün axırına kimi cavabdehdən tutulması hissəsindən imtina etdiyini bildirərək cavabdehdən 22.04.2009-cu il təvəllüdlü X7 və 09.03.2012-ci il təvəllüdlü X2 18 yaşına çatanadək hər ay 117 manat, ayda cəmi 234 manat və mənəvi zərər kimi isə 2000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17.05.2008-ci ildə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları - 22.04.2009-cu il təvəllüdlü X7 və 09.03.2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdehin 15.11.2014cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının əri X9 aldığı xəsarətdən ölmüşdür. Həmin əməlinə görə cavabdeh Qaradağ Rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdehin təqsiri üzündən iddiaçı ailə başçısını itirmiş və onun iki uşağı atasız qalaraq malik olduqları maddi dolanışıqdan məhrum olmuşlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119 və 1121-ci maddələrinə əsasən ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, adı çəkilən qanunlara əsasən iddiaçının atasız qalan iki azyaşlı uşağının maddi və mənəvi tələbatları uşaqların atasını həyatdan məhrum edən hazırkı cavabdeh tərəfindən təmin edilməlidir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Mahmudov iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən Cavabdeh 15.11.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı hazırkı iddiaçının əri X9 aldığı xəsarətdən ölmüşdür. Törətdiyi əmələ görə Cavabdeh Qaradağ Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi il ə təqsirli bilinmiş, 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X6 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16.06.2015-ci il tarixli qərarı ilə Qaradağ Rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilmiş, mülki iddia qismən təmin edilərək cavabdehdən dəfn mərasimlərinin keçirilməsi üçün çəkilmiş xərcə görə 7000 manat pulun tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi X3 ödənilməsi qərara alınmışdır. Həmin puldan 3500 manatı çox çətinliklə, mal-qara satmaqla, kredit götürməklə cavabdeh (onun pensiyaçı olan ya şlı valideyinləri) tərəfindən ödənilmişdir. Hal-hazırda cavabdeh məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdehin valideynləri şəhid ailəsidir, təqaüdçüdürlər, xəstədirlər. Cavabdehin arvadı və iki azyaşlı uşaqları da hazırda onların yanında yaşayırlar, çox çətinliklə dolanırlar. Tələb olunan pulu ödəməyə cavabdehin heç cür imkanı yoxdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında la zımi qaydada xəbərdar edilmiş olsalar da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 iyul 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 17.05.2008-ci ildə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları - 22.04.2009-cu il təvəllüdlü X7 və 09.03.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Hazırkı Cavabdeh 15.11.2014-cü il tarixdə törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının əri X9 aldığı xəsarətdən ölmüşdür. Cavabdehin təqsiri üzündən iddiaçı ailə başçısını itirmiş və onun iki uşağı atasız qalaraq malik olduqları (atalarının gətirdiyi qazancdan) maddi dolanışıqdan məhrum olmuşlar.Həmin cinayət əməlinə görə Cavabdeh təqsirlilyi sübuta yetirilmiş və o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək 3 il m üddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iddia tələbinin aid olduğu hüquq münasibəti mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərlə bağlı olduğundan həmin hüquq münasibətinin tənzim olunması zamanı Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin deliktlə bağlı normaları tətbiq edilməlidir. Həmçinin, hazırkı iddia tələbinin aid olduğu hüquq münasibəti yetkinlik yaşına çatmayan uşaqların mənafeyi ilə bağlı olduğundan hazırkı münasibətə həm də uşaq hüquqlarına dair normalar tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən edilmiş sorğuya əsasən DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsindən verilmiş cavabd məktubundan aydın olur ki, iddiaçının mərhum əri X9 yaşasaydı, 2018-ci ildə 138.55 manat əmək pensiyası alacaqdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, belə olan vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilərək dolanacaq xərci üçün nəzərdə tutulmuş ödənişin məbləği 138.55 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1121.1, 1122.1, 1122.2, 1125.1-ci, Ailə Məcəlləsinin 59-cu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və sa dalanan qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırkı iddianı verməkdə haqlıdır, iddia tələbi həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır. Belə ki, işin təkzib edilməyən halı ondan ibarətdir ki, iddiaçının mərhum X9 ilə rəsmi nikahlarından iki uşağı - 22.04.2009-cu il təvəllüdlü X7 və 09.03.2012-ci il təvəllüdlü X8 vardır. İddiaçının əri – hazırda mərhum X9 ölənədək 118,04 manat pensiya almaqla uşaqlarının dolanacaqlarını təmin etmişdir. Hazırkı cavabdehin təqsirli əməli, yəni 15.11.2014-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində uşaqlar atalarını (ailə başçısını) itirmişlər. Nəticədə uşaqlar əvvəlki maddi təminatlarından məhrum olmuşlar. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X1 (ailə başçısının) ölümünəd ək onun himayəsində olmuş və onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş 22.04.2009-cu il təvəllüdlü X7 və 09.03.2012-ci il təvəllüdlü X2 həmin dolanacaq təminatını zərərin əvəzinin ödənilməsi formasında on səkkiz yaşına çatanadək, əyani təhsil forması üzrə təhsil müəssisəsində təhsili aldıqları təqdirdə həmin təhsil müəssisəsini bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək hazırkı cavabdehdən almalıdırlar. Qeyd olunanlara əsasən və iddiaçının maddi vəziyyəti, hazırda ölkədəki bazar qiymətləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X1 ölənədək aldığı 138,55 manat pensiya (dolanacaq təminatı) zərərin əvəzinin ödənilməsi kimi X1 ölümünədək onun himayəsində olmuş və ondan dolanacaq təminatı almaq hüququna malik olmuş uşaqları - 22. 04.2009-cu il təvəllüdlü X4 69.28 (altmış doqquz manat iyirmi səkkiz qəpik) manat və 09.03.2012-ci il təvəllüdlü X5 69.27 (altmış doqquz manat iyirmi yeddi qəpik) manat hesablanmaqla onların on səkkiz yaşına çatanadək (əyani təhsil forması üzrə təhsil müəssisəsində təhsili aldıqları təqdirdə isə həmin təhsil müəssisəsini bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək) Cavabdeh alınaraq iddiаçı İddiaçı verilməlidir. Bundan başqa hər ay cavabdehdən alınaraq iddiaçıya ödənilməli olan 138.55 manat məbləğində pul vəsaiti cavabdehin ictimai təhlükəli əməli nəticəsində ölmüş şəxsin uşaqlarının dolanacaq xərci olduğuna üçün məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikasının uşaq hüquqlarının qorunması naminə üzərinə götürdüyü beyləlxalq öhdəliklər və daxili qanunvericiliyin tələbləri nəzərə alınmaqla yuxarıda göstərilən məbləğin tutulması iddiaçının hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etdiyi tarixdən, yəni 04 iyul 2016-cı il tarixdən hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “mənəvi ziyanın ödənilməsinə dair” hissəsinə hüquqi qiymət verərkən yuxarıda göstərilənlərlə yanaşı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 07 saylı qərarında göstərilən tövsiyyələri əsas götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi şərh olunanlara əsasən belə qənaətə gəlmişdir ki, Cavabdeh törətmiş olduğu cinayət əməlinə görə cinayət məsuliyyətə cəlb olunsa da, İddiaçı ərinin ölməsi ilə əlaqədar keçirdiyi məvəvi əz ab və məhrumiyyətlərə görə də hüquqi məsuliyyət, yəni mülki məsuliyyət daşımalı və ondan mənəvi zərərə görə İddiaçı xeyrinə pul məbləği (kompensasiya) tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdirr ki, mənəvi zərərə görə cavabdehdən tutulacaq pul məbləğinin miqdarı müəyyənləşdirilərkən, cavabdehin zərərli nəticəyə səbəb olan əməlinin ehtiyatsızlıqdan baş verməsi, həmin əmələ görə cinayət məsuliyyətə cəlb olunaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və hal-hazırda məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməsi, himayəsində arvadı və iki yetkinlik yaşına çatmayan uşaqlarının və yaşlı valideyinlərinin olması, valideynlərinin şəhid ailəsi olması, əmlak vəziyyəti (iş materiallarında cavabdehin geniş maddi imkana malik olması barədə heç bir süb ut yoxdur), habelə iddiaçının mənəvi ziyanın ödəniməsi tələbinə olan münasbəti əsas götürülməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, iddiaçının ailə başçının ölümünə görə pensiya alması Cavabdeh iddiaçıya vurduğu mənəvi ziyanı ödəməkdən, eləcə də onun təqsiri ucbatından mərhumun ailəsinin dolanacaq xərclərinin azalmasına gətirib çıxarmış hadisəyə görə mərhumun iki övladının dolanacaq xərcini ödəməsindən yayınmasına əsas olmamalıdır. Apellyasiya şikayətinin dəlilərinə iş materiallarına qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(035)-725/16 nömrəli qətnaməsi maddi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etira zlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin ioddiaya qarşı etirazını əsasl andırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübu t o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı, şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlillə ri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 iyul 2018-ci il tarixli, 2(107)-736/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar