Məhkəmə qərarları › İş №2(102)-825/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-825/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-825/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 fevral 2019-cu il İş № 2(102)-825/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1nun, vəkili X2nun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9978/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Almaz Süleymanova) 2(001)4611/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2828,03 ABŞ dollan əsas borcun, 617,22 ABŞ dolları faiz borcunun, cəmi 3445,25 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan, «Azsamand» markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ləğv prosesində olan İddiaçı ASC-nin təl əbləri ödənildikdən sonra qalan məbbləğin Cavabdeh qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Xumar Mərdanova) 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 may 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2828,03 ABŞ dolları əsas borcun, 617,22 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 3045 ABŞ dolları olmaqla, cəmi 6490,25 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan **-NV-*** dövlət qeydiyyat nişanlı, “AZSAMAND” minik markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin «İcra haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən cavabdehdən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan (LPO) İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2013-cü il tarixli, 1155 saylı kredit müqaviləsinə əsasə n bank tərəfindən borcalana avtomobil alınması məqsədi ilə illik 27% ödəniş müdəti keçmiş kredit üçün 54% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit ayrılmışdır və kredit müqaviləsinin müddəti qarşılıqlı razılaşmaya əsasən uzadılaraq 15 fevral 2015-ci il müəyyən edilmiş, kreditin əsas məbləği və ona hesablanmış faizləri ödəniş cədvəli üzrə ödənməli idi. Borclunun öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə 15 fevral 2013-cü il tarixində 1155 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə mülkiyyət hüquq ilə Cavabdeh məxsus olan **-NV-*** dövlət qeydiyyat nişanlı, “AZSAMAND” minik markalı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi tərəflər arasında imzalandıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olara q Azərbaycan Respublikasının DİN DYPİ-də ipotekanın qeydiyyatı aparılmış və müvafiq olaraq 15 fevral 2013-cü il tarixində, AA seriyalı, 075578 saylı Çıxarış verilmişdir. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra LPO İddiaçı ASC-nin “Nərimanov” filialı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit mə-bləğini cavabdehə vermişdir. Lakin, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq həmin kreditin əsas məbləğini və ona hesablanmış faizlərdən ödəniş edilməmişdir. Cavabdeh xəbərdarlıqlara baxmayaraq öhdəliklərini icra etməmiş və bu günə kimi mövcud borclarını ödəməmişdir. Nəticədə kredit borcu ödənilməmişdir. Eyni zamanda borclu kredit borcunu vaxtında ödəsə idi bank həmin məbəlği yenidən kredit verərək qazanc əldə edərdi. B ununla iddiaçıya zərər dəymişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndə si X1nun, vəkili X2 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasi ya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Verilmiş kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız iddia tələbini 3405 ABŞ dolları əldən çıxmış faydanın təmin edilməməsi hissədə münahisəndirmişdir. Cavabdeh isə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə, qətnamə iddiaçının kassasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 15 fevral 2013-cü il tarixli 1155 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 15 fevral 2015-ci il tarixə kimi, illik 27% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafıkinə uyğu n olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı iddia tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməklə cavabdehdən əldə çıxmış faydaya görə 3045 ABŞ dolları tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsini n pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Klnstitutsiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əldən çıxmış faydaya görə 3045 ABŞ dolları tutulması ilə bağlı hissədə tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin olunmamalıdır. İş materiallarından cavabdehin bankdan götürdüyü pul hesabına gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9978/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar