Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-825/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(105)-237/2019 saylı qətnaməsindən cavabdeh N oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova, iş № 2(012)-561/2018) İddiaçı ASC-nin cavabdehlər N oğluna və Cavabdeh2 qarşı kredit mü qaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə N oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 1.909.350 ABŞ dolları, faiz borcuna görə 285.332,68 ABŞ dolları məbləğində və cərimə borcuna görə 2755.0 ABŞ dolları, ümumilikdə 2.222.232 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 300.000 manat, faiz borcuna görə 26.848,80 manat, ümumilikdə 326.848,80 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh N oğlundan İddiaçı ASC-n in xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə ödəmənin ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətindəki əmlaklara, yəni-Abşeron rayonu, N saylı qeyri-yaşayış sahəsinə, N-də ümumi sahəsi 68.5 kv.m. olan 4 saylı qeyri- yaşayış sahəsinə, Abşeron rayonu, N-də ümumi sahəsi 578.9 kv.m. olan baxçaya, N-də ümumi sahəsi 371.6 kv.m. olan 7 saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahələri və baxçanın açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına N oğlunun ümumilikdə 2.222.232 ABŞ dolları (Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 326.848,80 manat məbləğində borcunun İddiaçı ASC-nın hesabına ödənilməsi, ipoteka predmetlərinin ümumilikdə ilkin satış qiymətinin 1.491.205,69 ABŞ dolları (sa tış günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilməsi, İddiaçı ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması və ya hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin N oğlundan tutulması, cavabdehlər N oğlunun və Cavabdeh2 həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh2 mülkiyyətindəki əmlakların, yəni Ndə ümumi sahəsi 578,9 kv.m olan baxçanın bazar qiyməti 579.000 manat, AN-də ümumi sahəsi 68,5 kv.m olan 3 saylı qeyri-yaşayış sahəsinin bazar qiyməti 55.000 manat, N-də ümumi sahəsi 68,5 kv.m olan 4 saylı qeyri-yaşayış sahəsinin bazar qiyməti 55.000 manat, N-də ümumi sahəsi 371.6 kv.m olan 7 saylı qeyri-yaşayış sahəsinin bazar qiyməti 372.000 manat müəyyən edilmiş, cavabdeh N oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC ilə N oğlu arasında xx.xx.2013-cü il tarixdə bağl anmış kredit müqaviləsinə əsasən borcalana təmir-tikinti işləri üçün 12 faizlə 36 ay müddətinə 1.915.750 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2015-ci il tarixli 2 saylı əlavə razılaşmaya əsasən borcalana 160.000 ABŞ dolları məbləğində əlavə kredit ayrılmış, həmin məbləğ kreditin qalıq məbləğinə əlavə edilərək kreditin ümumi məbləği 1.909.350 ABŞ dolları təşkil etmişdir. Götürülən kreditin təminatı kimi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Ndə yerləşən qeyri-yaşayış sahələri (4 əmlak) ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə N oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli digər kredit müqaviləsinə əsasən borcalana illik 18 faizlə 24 ay müddətinə 300.000 manat məbləğində kredit verilmişdir. 2017-ci ilin fevral ayında bank iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək N oğlunun kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan bankın xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi 2.308.789,83 ABŞ dolları, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 380.998,80 manat məbləğində borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh N oğlu qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi yalnız ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC və N oğlu xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələrini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göst ərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqavilələri üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin N oğluna verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi N oğlu kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərd ə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi cavabdeh N oğlunun bankla bağladığı kredit müqavilələri üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə digər Cavabdeh2 məxsus olan qeyriyaşayış sahələri ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notari atda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı işin materiallarından görünür ki, iş üzrə müstəqil qiymətləndirici təyin edilmiş və “xxxx” MMC-nin xx.xx.2019-cu tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh2 məxsus N-də ümumi sahəsi 578,9 kv.m olan baxçanın bazar qiyməti 579.000 manat, N-də ümumi sahəsi 68,5 kv.m olan 3 saylı qeyri-yaşayış sahəsinin bazar qiyməti 55.000 manat, N-də ümumi sahəsi 68,5 kv.m olan 4 saylı qeyri-yaşayış sahəsinin bazar qiyməti 55.000 manat, N-də ümumi sahəsi 371.6 kv.m olan 7 saylı qeyri-yaşayış sahəsinin bazar qiyməti 372.000 manat müəyyən edilmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiy a QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-825/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-825/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver