Məhkəmə qərarları › İş №2(102)-825/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-825/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-825/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-825/21 (Açar sözlər: kredit məbləğinin geri qaytarılması, zaminlik müqaviləsinin xitamı) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh2, İddiaçı vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4761/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə, illik 18 faizlə 15530 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh2 da qeyd edilən müqavilə ilə zamin kredit öhdəliyinə zamin durmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ““xxxx” Kommersiya Bankı ASC iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12155,63 manat əsas, 1816.76 manat faiz, 25,33 manat cərimə borcu olmaqla, cəmi 13997, 72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq, ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər.

5. İddiaçı borcun məbləğini xx xxxxxx 2019-cu ilə hesablamış və barədə maliyyə arayışı təqdim etmişdir.

6. İddia tələbinin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2.1., 472.1 və 472.2-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh (zamin) Cavabdeh2 vəsatəti əsasında iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir.

8. Məhkəmə Ekspertiza Mərkəzinin 27988 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavab deh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxx 2017-ci il tarixli, 473 nkNAR/17 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixə banka olan borcu 13 976,19 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 12154,41 manat; faiz borcu üzrə 1821,78 manat.

9. Cavabdeh (zamin) Cavabdeh2 iddiaya etiraz olaraq göstərib ki, krediti alan şəxs borcunu vaxtlı-vaxtında ödəməyə söz versə də, sözünün üstündə durmamışdır. Bu səbəbdən hazırda kredit ödəmək məcburiyyətindədir. Maddi imkan baxımdan hər ay 100 manat ödəyə bilər. Amma sonra kredit alana qarşı məhkəmədə mülki iddia qaldıracaqdır. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir.

10. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-236/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2017-ci il tarixli, 473 nkNAR/17 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12154,41 manat əsas, 1816,76 manat faiz, 05 manat cərimə borcu olmaqla, cəmi 13976,17 manat (on üç min doqquz yüz yetmiş altı manat 17 qəpik) məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq, iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov)

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18 faizlə 15530 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyin icrası üçün kredit alanla birgə məsuliyyət götürmüşdür.

12. Birinci instansiya məhkməsi işin müəyyən edilmiş hallarına əsasən hessb etmişdir ki, cavabdehlərdən müştərək qaydada 12154,41 manat əsas, 1816,76 manat faiz, 05 manat cərimə borcu olmaqla, cəmi 13976,17 manat borcun əvəzi bankın xeyrinə tutulmalıdır.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 467, 472, 739.1 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh (zamin) Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ona aid hissədə ləğv, iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellya siya şikayətinin dəlilləri ondan ibarət olub ki, işə əsas borclunun iştirakı olmadan baxılıb. Nəticədə kredit öhdəliyinin hansı məbləğdə icra edilməsi, ödənişlərin hansı səbəbdən dayandırılması barədə məlumat almaq mümkün olmamışdır.

16. Ekspert rəyi kifayət qədər aydın deyil. Belə ki, ekspert yalnız bankın təqdim etdiyi sənədlər əsasında rəy vermişdir.

17. Əsas borclunun kredit ödənişinin icrası vaxtının başa çatdığı gündən 1 il keçməsinə baxmayaraq bank ona qarşı iddia qaldırmayıb. Ona görə də zaminliyə müddət keçdiyi üçün xitam verilməlidir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4761/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-236/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli q ətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elnur Həsənov)

19. Apellyasiya instansiyası məhkəməsi iddianın F.Səmədzadəyə münasibətdə təmin olunan hissəsinin qanuniliyini və əsaslılığını yoxlayaraq, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

21. Borclunun məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, məhkəmə iclasının vaxtı və yeri bar ədə rəsmi bildiriş göndərilməsinə baxmayaraq cavabdeh (borclu) Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir.

22. Ekspert rəyinin düzgün olmaması, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməli olması barədə apellyasiya şikaytəinin dəlillərini də apellyaisya instansiyası qəbul etməyib. Həmin dəlilləri rədd edərkən apellyasiya məhkəməsi bunu onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış müqavilədə zaminlik müddəti təyin edilməmişdir. Bu mənada tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədədir. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı bitməmişdir. Bank zaminə qarşı hazırkı iddianı qaldırmaq müddətini ötürməmişdir. Bundan əlavə, cavabdeh ekspert rəyinin mötəbərl iyini şübhə altına alan ilkin sübutlara istinad etməmiş, habelə ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (zamin) Cavabdeh2 (Vəkil2 oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv, iddianın ona qarşı hissədə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasın da iştirak edən İddiaçı vəkili X5 oğlu kassassiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

26. Cavabdeh (zamin) Cavabdeh2 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Buna görə da məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əg ər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin aktını yalnız iddianın ona qarşı təmin edilən hissəsində mübahisələndirmişdir. Buna görə də hazırki kassasiya baxışının predmeti yalnız mübahisələndirilən həmin hissədən ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən (hazırkı qərarın 21, 21-ci bəndləri) tam qiymət verilib.

32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

33. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, zamindən təminat verdiyi kredit borcunun tutulması barədədir.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanıb, həmin müqavilə ilə Cavabdeh2 kre dit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün borclu Cavabdeh1 ilə birgə üzərinə məsuliyyət götürmüşdür.

35. Buna görə də kollegiya hesab edir ki, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı Cavabdeh2 qarşı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar prosessual qaydalara uyğun qiymətləndirilib.

36. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

37. Məhkəmə kollegiyası mühasibatlıq ekspertizası ilə bağlı kassasiy a şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, əvvəla, bu dəlillərə apellyasiya məhkəməsi qiymət verib. Bundan başqa, Cavabdeh2 ekspertin rəyi alındıqdan sonra birinci instansiya məhkəməsində iştirak etmiş və rəylə bağlı etirazını bildirməmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4761/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar