Məhkəmə qərarları › İş №2(102)-825/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-825/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-825/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, əqdin əhəmiyyətsizliyi, əsassız varlanma, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-774/2023 nömrəli mülki iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında yaranmış borc münasibətlərinə əsasən, Cavabdeh (bundan sonra - cavabdeh) Cavabdeh (bundan sonra - iddiaçı) 2020-ci ildə götürdüyü borcdan 52.000 manatı qaytarmamışdır.

2. İddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" QSC-dən 14 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq X2 (cavabdehin atası) və X1 (cavabdehin anası) ilə zaminlik müqaviləsi bağlanılmışdır.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə Ağstafa RPŞ-yə ərizə ilə müraciət edərək, iş qurmaq məqsədilə Əhliman adlı şəxsə 58.600 manat pul verməsini, sonuncunun vədə əməl etmədiyini, sonuncuya 10.000 manat borc pul verdiyini bildirmişdir. Həmin şikayət əsasında Ağstafa RPŞ-nin TB-də araşdırma aparılmış və 07 mart 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir.

4. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı cavabdehin iddiaçıya göndərdiyi səs yazısının olduğu CD-R diskinə baxış keçirilmiş, səs yazısında cavabdehin iddiaçıya “əmi səndən aldığım 53.000 manat və digər pullar da məndədir, hamısını qəpiyinə kimi qaytaracağam” deməsi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 58.600 manat borcun və 270 manat dövlət rüsumu olmaqla, cəmi 58.870 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 20-ci ilin yay aylarında həmkəndlisi cavabdehə 53.000 manat və "xxxx" QSC-dən götürdüyü kreditdən isə 5.600 manat olmaqla, cəmi 58.600 manat borc pul vermişdir. Bankdan kredit götürən zaman cavabdehin atası və anası iddiaçıya zamin durmuşlar. Cavabdeh iddiaçıya olan borcunu vermədiyinə görə iddiaçı onun barəsində Ağstafa RPŞ-nə şikayət vermiş, həmin şikayət əsasında Ağstafa RPŞ-nin TB-də araşdırma aparılmış və 07 mart 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı, eyni zamanda cavabdeh iddiaçıya göndərdiyi səs yazısında borcunu etiraf etmişdir.

7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçının xəbəri olmadan cavabdeh hərbçilərə qanunsuz kredit verməklə faiz əldə etmiş və iddiaçının hesabına əsassız varlanmışdır. Bu səbəbdən cavabdehin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində cavabdehin atası X2 verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun həmkəndlisi, cavabdeh isə oğludur. Oğlu hal-hazırda Rusiya Federasiyasındadır. Oğlu cavabdehdən pul götürərək faizlə hərbçilərə vermişdir. Lakin sonradan müharibə başladığından və hərbçilər pulu qaytarmadığından oğlu cavabdehdən aldığı pulları geri qaytara bilməmişdir. Bundan başqa, iddiaçı onun və həyat yoldaşının zaminliyi ilə "xxxx" QSC-dən 10.000 manat kredit götürmüş, həmin krediti də oğlu banka ödəmişdir. İddiaçının telefonun göndərilmiş səs yazı həqiqətən cavabdehə məxsusdur və oğlu həmin səs yazısında iddiaçıya 52.000 manat borcu olmasını etiraf etmişdir. Həmin borc oğlu na aiddir və gələcəkdə oğlu tərəfindən ödənilməlidir.

9. Məhkəmə iclasında iddiaçının vəkili tərəfindən təqdim edilmiş cavabdehin iddiaçıya telefon vasitəsilə göndərdiyi səs yazısına məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə dinləmələr aparılmışdır. 10.Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 iyun 2022-ci il tarixli, 2(015)-422/2022 saylı qətnaməsi ilə (hakim N.Abbasov) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 52000 manat borc və 270 manat dövlət rüsumu olmaqla, cəmi 52270 manat pulun tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddiaçı və cavabdehin atasının məhkəmə iclasında, verdikləri izahatlara, polis bölməsindəki və məhkəmə iclasında dinlənilmiş səs yazısına əsasən müəyyən etmişdir ki, cavabdeh iddiaçıya 52.000 manat borcu olmuş, həmin borcunu maddi imkanı olan kimi qaytarmağa söz vermişdir. 12.Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 2020-ci ildə 52.000 manat borc pul almış, həmin borcunu qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də, cavabdeh iddiaçıya 52.000 manat borcu qaytarmaq öhdəliyi daşıyır. 13.Məhkəmə, iddiaçının "xxxx" QSC ilə olan borc münasibətləri ilə bağlı hesab etmişdir ki, cavabdeh iştirak etməmiş, həmin müqavilə üzrə sonuncu üzərinə hər hansı bir öhdəlik götürməmiş, iş üzrə iddiaçı bankdan götürdüyü kreditdən cavabdehə 5.600 manat verilməsini qeyd etsə də, həmin faktları təsdiq edəcək mötəbər sübutları məhkəməyə tə qdim etməmiş, qeyd edilən faktlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə cəmi 52.270 pul tutulmalıdır. 14.Məhkəmə iddia tələbinin cavabdehin barəsində xüsusi qərardad çıxarılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, işə məhkəmədə baxılarkən cavabdehin hər hansı bir hərəkət və ya hərəkətsizliyində cinayət əlamətlərinin olması aşkar edilməmişdir. 15.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 427.1, 427.2, 442, 739.1, 740-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 16.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səs yazısını iddiaçının nümayəndəsinin və şahidin ifadəsi ilə təsdiq olunduğunu qəbul etdiyi qətnaməsində göstərmişdir. Halbuki həmin səs yazısında “52.000 olsun, o biri pul olsun hamısı sənə qəpiyinə kimi sənə qaytarılacaqdır” sözləridir. Göründüyü kimi, pulun Azərbaycan manatı olması qeyd olunmur. Belə olan halda məhkəmə məhz onun iddiaçıya Azərbaycan manatı ilə borcunun olmasını sübut etməli idi. Hansı ki, iddiaçını işçisi olmuş və onun tapşırıqlarını yerinə yetirmişdir. Bunun üçün isə iddiaçı ona ayda 500 manat ödəyirdi. Həmin əmək haqqının 3000 manatı iddiaçı tərəfindən indiyə qədər də ona ödənilməmişdir. Şahid qismində dindirilmiş Məhərrəm İsmayılov da hə min səs yazısında qeyd edilən 52000 sözünə görə onun iddiaçıya 52000 manat borcunun olduğunu qeyd etmişdir. Bundan əlavə, məhkəmə qətnaməsindən də göründüyü kimi məhkəmədə iddiaçı iştirak etməmişdir. Onun iştirakı işin obyektiv və ədalətli araşdırılması üçün vacibdir. Belə ki, birinci instansiya məhkəməsində “iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə” iddiaçı tərəfındən verilmiş ərizədə onun iddiaçının guya xəbəri olmadan hərbçilərə qanunsuz kredit verməklə faiz əldə etdiyini və iddiaçının hesabına əsassız varlandığını əsas gətirərək onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Halbuki, iddiaçı sələmçiliklə məşğuldur və onun iddiaçıya cəmi 52000 Rusiya rublu borcu vardır (Rusiyaya getmək üçün ondan almışdır). Onun tapşırığı ilə onun pulunu hərbçilərə çatdırmış və o nlar da həmin pulu faizi ilə ona qaytarmışlar. Bununla bağlı onlarla olan “Whatsapp” səs yazılarını məhkəməyə təqdim edir. Məhkəmə onun Rusiya Federasiyasında olduğu, göndərilən məhkəmə bildirişlərini onun almadığı haqda məlumatlı olduğu halda işə baxmışdır. 18.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-774/2023 nömrəli iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 19.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, işin h allarından göründüyü kimi, tərəflər arasındakı münasibət borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. Cavabdeh iddiaçıdan 2020-ci ildə götürdüyü borcdan 52000 manatı qaytarmamış və şifahi razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bu isə yuxarıda istinad olunan mülki qanunvericiliyin tələbinə əsasən borclunun icranı gecikdirməsi sayılır. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada – qismən təmin etməkdə haqlı olmuşdur.

20. Məhkəmə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bir tərəfdən cavabdeh şikayətində iddiaçıda 3000 manat pulunun olduğunu, digər tərəfdən iddiaçıya 52000 rubl borclu olduğunu qeyd edir ki, bu da inandırıcı deyildir. Çünki birincisi, iddiaçının izahatından göründüyü kimi cavab dehin Rusiyaya getməsindən iddiaçının xəbəri olmamışdır. İkincisi, cavabdehin iddiaçıda 3000 manat pulu olduğu halda onun iddiaçıdan 52000 rubl (təxminən 1100 manat) borc pul alması ağlabatan deyildir. Belə olan halda apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. 21.Cavabdeh məhkəməyə yazılı vəsatət göndərərək göstərmişdir ki, o, şikayətində iddiaçının hərbçilərə sələmə pul verdiyini və ondan da həmin sələm pullarını şişirdilmiş məbləğdə tələb etdiyini, hazırda hərbçilərlə olan səs yazılarını məhkəməyə göndərdiyini göstərmiş, kollegiya məhkəmə iclaslarını dəfələrlə təxirə salıb cavabdehi sübutların hərtərəfli araşdırılması üçün məhkəməyə dəvət etmiş olsa da, cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdehin məhkəməyə göndərmiş olduğu həmin vəsatət qə tnamənin ləğv edilməsi üçün əsas olan mötəbər sübut hesab edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22.Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. 23.Kassasiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, polis şöbəsində verilən izahat təzyiqlə yazılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-740-cı maddələrinə istinad etsə də, həmin maddələrin tələbləri ilə işin həqiqi halları üst-üstə düşmür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24.İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayəti nin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 25.Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 26.Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 27.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 28.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 29.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 30.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 31.Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 32.Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 33.Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 34.Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. 35.Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. 36.Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 37.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və y a bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 38.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 39.Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 40.Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 41.Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 42.Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 43.Maddə 739.1. (əvvəlki redaksi yada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 44.Maddə 739.2. (əvvəlki redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 45.Maddə 740.1. (əvvəlki redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 46.Maddə 740.2. (əvvəlki redaks iyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 47.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 48.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 49.Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti ye rinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 50.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 51.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 53.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 54.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 55.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 56.Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 57.İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri olmuş, Cavabdeh İddiaçı 2020-ci ildə götürdüyü borcdan 52.000 manatı qaytarmamışdır. 58.Məhkəmələr məhz bu əsaslardan çıxış edərək tərəflər arasında formalaşmış münasibətlər baxımından borc müqaviləsinin bağlanması təsbit etmiş və müqavilədən irəli gələn öhdəliyin icra edilmədiyini müəyyən etmiş və cavabdehdən həmin müqavilə üzrə icra edilməyən həddə borcun tutulmasını qət etmişlər. 59.Qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. 60.Məhkəmə tərkibi belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri və onların iradəsinin məzmunu müəyyən olunsa da, lakin müvafiq forma tələbinə əməl olunmaması nəzərə alınmayaraq məhkəmələr bağlanmış müqaviləni etibarlı müqavilə kimi tanımaqla maddi hüquq normalarının tətbiq ində səhvə yol vermişlər. 61.Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı) 62.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməy i öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (Mülki Məcəllənin 739.1-ci maddəsi) 63.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (Mülki Məcəllənin 740.2-ci maddəsi)

64. İstinad olunan normanın tələbindən aydın olur ki, borc müqaviləsinin predmetinin məbləği üç mindən çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. 65.Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). 66.Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir.

67. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardadının 20-ci bəndində göstərilir ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mül ki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). 68.Tərəflər arasında iddia edilən borc münasibətləri yaranan zaman (2020-ci il) qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 69.Beləliklə, baxılan iş üzrə borc müqaviləsinin məbləğinin 3000 manatdan artıq olduğu nəzərə alındıqda qanunvericiliyin məcburi göstərişlərinə zidd olaraq şifahi olaraq bağlanması etibarsızlıq halının yaranmasına səbəb olur. 70.Eyni zamanda nəzərə alınmalıdır ki, vicdanlılıq institutu mülki hüququn təməl pr insiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki,)

71. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarını n hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. 72.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüqu qi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. 73.Qeyd edildiyi kimi bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir. 74.Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. 75.Belə ki, Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılmas ı üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur....Mülki Məcəllənin 337.5-ci maddəsi... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər....Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənl əşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. 76.Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının 52.000 manatdan artıq həddə pul verməsi iş materialları ilə təsdiq olunmur. Bu isə həmin həddə cavabdehin əsassız varlanması ilə bağlı nəticəyə gəlməyə imkan verir. Bundan artıq məbləğdə cavabdehin pul öhdəliyinin olmasını işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etməmişlər. Odur ki, MPM-in 417.1.4-cü maddəsinə əsasən baxılan iş üzrə məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməli, müəyyən olunmuş məbləğ cavabdehdən əsassız varlanma qaydalarına uyğun olaraq tutulmalıdır. 77.Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 270 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 78.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-774/2023 nömrəli mülki iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 52.000 manat pul və 270 manat dövl ət rüsumu, cəmi 52.270 (əlli iki min iki yüz yetmiş manat) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar