Məhkəmə qərarları › İş №2(102)-825/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-825/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-825/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “bağ evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxsin hüquq və vəzifələrinə toxunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(105)-277/2025 nömrəli qərardadından qətnamə ilə hüquq və vəzifələr inə toxunması bildirən Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası olan cavabdehin mülkiyyətçisi olduğu Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə iddiaçının istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququnun tanınması qət edi lmişdir.

3. Birinci instansiya məhkəməsinin qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(012)-496/2022 nömrəli qərardadı ilə həmin Məhkəmənin 11 fevral 2022-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğun hesab edilməsi, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yan var 2025-ci il tarixli, 2(105)-277/2025 nömrəli qərardadı ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və S.Qafari) Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

6. Apellyasiya instansiya sı məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən-qərardadlardan işdə iştirak etməyə cəlb edilməyən şəxslər də apellyasiya şikayəti verməklə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Lakin bu hüquq prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri aşmamalı, mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Bu baxımdan işdə iştirak etməyə cəlb edilməyən şəxslərin apellyasiya şikayəti məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması hallarında mümkün hesab edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamədən şikayət v ermiş bankın qətnamənin onun hansı maraqlarına toxunmasını müəyyənləşdirməmişdir.

7. Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı apellyasiya şikayətində çıxarılmış qətnamənin onun qanuni maraqlarını pozduğunu qeyd etsə də, qanuni maraqlarının pozuntusunun maddi və prosessual hüquq normaları aspektindən nədən ibarət olmasını konkret olaraq göstərə bilməmiş, yalnız mübahisə predmeti olan daşınmaz əmlakın onun xeyrinə ipoteka ilə yüklü edildiyini və əmlak ipoteka ilə yüklü edildikdən sonra şəxsin həmin əmlakdan istifadə hüququnun yarandığını qeyd etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlak üzərində sonradan hər hansı bir şəxsin istifadə hüququnun tanınması ipoteka saxlayanın ipotekanın realizəsi ilə bağlı hər hansı bir hüq uq və vəzifələrinə təsir etməməkdədir. Hətta Azərbaycan Respublikası Mülki Məcəlləsinin 274.1-ci maddəsinin tələbinə əsasən ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi halı belə ipoteka hüququnu dəyişdirmir.

9. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tu tma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

10. Qanunvericiliyin tələbindən göründüyü kimi yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğu təqdirdə ipoteka qoyanla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin müvafiq razılıqlarının olub-olmamasından asılı olmayaraq, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda onlar tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmçinin ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış, həmin mənzildən hər hansı bir əsasla istifadə edən şəxslər də belə öhdəlik götürmüş sayılırlar.

11. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, qəbul edilmiş qətnamə Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının hüquq və vəzifələrinə toxunmadığından apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmiş hesab olunmaqla, apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar da yaratmamışdır.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsində ipoteka qoyan tərəfindən ipoteka predmetinin yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxslərin istifadəsinə (istifadə, icarə və sair) verə bilməsinə dair sərəncam hüququ nəzərdə tutulmuşdur. Lakin qeyd edilən maddə nəzərdə tutulan istifadəyə dair sərəncam ipoteka ilə yüklü edilmiş əmlakın ail ə hüquq münasibətlərindən irəli istifadəsinə dair münasibətləri deyil, ipoteka qoyanla digər şəxslər arasında mülki hüquqi müqavilələr əsasında ipoteka predmetindən istifadəyə dair olan razılaşmaları nəzərdə tutmaqdadır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. Qətnamə ilə hüquq və vəzifələrinə toxunması bildirən Ləğv prosesində olan QSC “Bank Standard” KB kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(105)-277/2025 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 269-cu, “İpoteka haqqında” Qanunun 30-cu, Mülki Pr osessual Məcəlləsinin 57, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

15. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsinin yerləşdiyi bağ evi QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında 16 mart 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı olaraq bank qarşısında 18 mart 2016-cı il tarixli ipoteka müqaviləsi əsasında yüklü edilmiş və 28 mart 2016-cı il tarixində qeydiyyata alınaraq, Dövlət reyestrindən Çıxarış alınmışdır. Sonradan bankla ipoteka saxlayan və başqa şəxslər arasında ipoteka predmeti ilə bağlı müxtəlif məhkəmə mübahisələri olmuşdur. İddiaçının hazırkı tələbini irəli sürməkdə yeganə məqsədi QSC “Bank Standard” KB-nin ipoteka predmetinə tutma yönəldilməsinin qarşısını almasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1- ci maddəsinin mahiyyətindən də görünür ki, ipoteka predmeti hər hansı digər şəxsə istifadəyə verildikdə ipoteka saxlayanın yazılı razılığı alınmalıdır. Lakin hazırkı vəziyyətdə ipoteka saxlayanın hər hansı razılığı alınmamışdır. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsi əsasında İddiaçı ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququ tanındığı halda da ipoteka saxlayanın hüquqları pozulmuş olacaqdır. Belə ki, Bankın iddia tələbi əsasında kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi ipoteka predmetinə yönəldiləcəyi halda məhkəmə qərarının icra olunması mərhələsində əmlakdan məhkəmə qərarı əsasında istifadə hüququna malik olan İddiaçı əmlakdan çıxarılması hissəsində problem yaranacaqdır. Gələcəkdə mübahisə li bağ evinə İddiaçı istifadə hüququna xitam verilməsi ilə bağlı yeni məhkəmə mübahisəsinin olması isə həm ipoteka saxlayan olaraq Bankın hüquqlarına toxunur, həm də məhkəmənin iş yükünü artırmış olacaqdır. Göründüyü kimi, Cavabdeh şəxsi mülkiyyətində olan daşınmaz əmlak üzrə hüquqlar ipoteka müqaviləsi əsasında məhdudlaşdırılmışdır. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən Bankın maraqlarına toxunulmasını nəzərə almamış və Bank tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxl anılmasını xahiş etmişdir.

18. Etiraz işin faktiki halları ilə əsaslandırılmışdır.

19. Etiraz onunla əsaslandırılmışdır ki, bankın şikayət etdiyi qətnamədən məlumatı olmuş, Nümayəndə1 Ləğv prosesində olan QSC “Bank Standart” KB-yə qarşı mübahisəli evdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında özünün və oğlu İddiaçı istifadə hüququnun olması, lakin onların razılıqları olmadan həmin evə ipoteka müqaviləsinin rəsmiləşdirilməsi ilə istifadə hüquqlarından doğan qanunu maraqlarına vurulmuş ziyanın ödənilməsi tələbi ilə Bakı şəhəri, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, kassator həmin işə məhkəmə baxışında iştirak etmişdir. Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı apellyasiya şikayətində qanuni maraqlarının pozuntusunun maddi və prosessual hüquq normaları aspektindən nədən ibarət olmasını konkret olaraq göstərə bilməmiş, yalnız mübahisə predmeti olan daşınmaz əmlakın onun xeyrinə ipoteka ilə yüklü edildiyini və əmlak ipoteka ilə yüklü edildikdən sonra şəxsin həmin əmlakdan istifadə hüququnun yarandığını qeyd etmişdir. İpoteka ilə yüklü edilmiş əmlak üzərində sonradan hər hansı bir şəxsin istifadə hüququnun tanınması ipoteka saxlayanın ipotekanın realizəsi ilə bağlı hər hansı bır hüquq və vəzifələrinə təsir etməməkdədir.

20. Etirazda Mülki Məcəllənin 274.1-ci, “İpoteka haqqında” Qanunun 30.1, 59.3-cü, Mülki Prosessual Məcəllənin 357.1-ci maddələrinə istinad olunmuşdur. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən əsaslı ola raq apellyasiyanı qeyri-mümkün hesab etmişdir.

23. Belə ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. B u cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü m addəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 avqust 2012-ci il tarixli qərarı).

25. Kassatorun şikayətlərinin məzmunundan da müəyyən olunur ki, o, iddiaçı ilə cavabdeh arasında yaranmış yaşayış sahəsindən istifadəyə dair hüquq münasibətlərini özü-özlüyündə mübahisələndirmir. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayətinin verilməsinin iddia olunan əsası iddiaçının istifadə hüququnun tanındığı yaşayış sahəsinin mülkiyyətçi tərəfindən həmin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi proseduruna başlanması ilə əlaqələdirmişdir.

26. Lakin, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının yaşayış sahəsinə istifadə hüququnun məhkəmə qaydasında t anınmasının bankın ipoteka saxlayan kimi hüquqlarına və qanuni maraqlarına təsiri müəyyən olunmur.

27. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi b ağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

28. Göründüyü kimi Qanunun 59.3.1-ci maddəsinin dispozisiya şərtinə görə yaşayış evi və ya mənzil kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğu, həmin əmlaka tutma yönəldiyi və satıldığı halda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun bu normasına görə, ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinə yaşayan şəxslərin bu müqaviləyə razılıqların olması və ya onların istifadə hüquqlarının sonradan yaranması (tanınması) əhəmiyyət kəsb etmir.

29. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunun bu normasının realizəsi üçün ipoteka saxlayanın əlavə prosedur hərəkətlərin etməli olması (zəruri olduğu halda məhkəməyə müraciət etməsi, icra tədbirlərinin həyata keçirilməsi və s.) hazırkı iş üzrə iddiaçının ipoteka predmetinə istifadə hüququnun tanınmasına dair məhkəmə qətnaməsindən şikayət vermək hüququnu vermir. Hər bir halda, kassatorun ipoteka predmetinə dair hüquqlarını və qanundan irəli gələn maraqlarını müdafiə və təmin edilməsinin imkanları qalmaqdadır.

30. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin hüquq və vəzifələrinə toxunmaması nəticəsinə gələrək, apellyasiyanı qeyri-mümkün hesab etmişdir.

31. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunması bildirən Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(105)-277/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar